"20 dəqiqəyə yaxın vaxtımız gedir" Vətəndaşlar 125lə Lökbatana gedərkən niyə ləngiyir?
Digərləri 04 Fev 2026 17:10:00 63 0
"28 May" metro stansiyasını Lökbatan qəsəbəsi ilə birləşdirən 125 nömrəli marşrut avtobusu bir müddətdir Lökbatan dairəsindən qəsəbəyə gələrkən yolunu dəyişərək "Abşeron" Ticarət Mərkəzi istiqamətinə gedir və oradan fırlanaraq Lökbatana daxil olur. Bu həm gəliş, həm də gediş zamanı baş verir. Lakin həmin ərazidə avtobuslara nə minən, nə də düşən olur. Hər dəfə təxminən 20 dəqiqəyə yaxın vaxtımız gedir".
Bu xəbəri də oxu: Azərbaycanda bütün limanlar BAĞLANDI
Son.az xəbər verir ki, bu şikayətlə "Qafqazinfo"ya vətəndaşlar müraciət ediblər.
Onların sözlərinə görə, dayanacaq olmadığı halda avtobusun "Abşeron" Ticarət Mərkəzindən keçməsi onların xeyli vaxt itirməsinə səbəb olur: "Əvvəllər "28 May" metro stansiyasına "Binə" Ticarət Mərkəzindən gedən avtobus hazırda ilk olaraq Abşerondan keçir, sonra "Sədərəy"in girişində saxlayır, ən sonda isə "Binə"dən keçir. Tələbələr universitetə, digər vətəndaşlar işə gecikir. 130 və 206 nömrəli marşrutlar başda olmaqla bir neçə avtobus yuxarı yolla hərəkət etməsi səbəbindən oradan keçir, ancaq 125-in istiqaməti aşağı yol olduğundan bizə sərf etmir. Lökbatana yaxın metro olmadığı üçün şəhərə getməli olan hər kəs 125-ə minməlidir".
Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, 125 nömrəli müntəzəm marşrut xətti "28 May" m/st - Lökbatan qəsəbəsi istiqamətində hərəkət edir. Marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edir və xətt üzrə ümumilikdə 21 avtobus fəaliyyət göstərir: "Məlumat üçün bildiririk ki, sərnişinlərin "28 May" NMM-dən "Abşeron" Ticarət Mərkəzinə və əks istiqamətdə rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə marşrutun hərəkət istiqaməti həmin ərazidən keçməklə təşkil edilib.
Marşrutun hərəkət trayektoriyasına dayanacağın əlavə edilməsi sərnişinlər üçün nəqliyyat əlçatanlığının artırılması və o istiqamətdə sərnişin gedişlərinin təmin olunmasına xidmət edir".
Türkiyənin məşhur "Arka Sokaklar" serialında Vedat Müdir obrazı
2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəbl�
Əməkdar artist İlkin Əhmədov səhhəti ilə bağlı açıqlaması ilə diqq
Pedofiliya, insan alveri və digər ağır cinayətlərdə ittiham olunaraq həb
Arabesk musiqisinin məşhur simalarından biri, ötən il vəfat edən mərhum�
Bu il rezidentura imtahanları elektron formada olacaq.
Paytaxtın Nizami rayonu ərazisində xəsarət almış şəxsin ölməsi faktı
Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) və oğlu barəsində
Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl yük
"Böyükşor gölündən fevralın 2-də götürülmüş su nümunələrini
Ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin əsas iştirakçıları
Ölkə ərazisində müşahidə edilən qarlı və soyuq hava şəraitinin ictim
Müğənni Rəqsanə İsmayılovanın əmisi Mirəli İsmayılov ilk dəfə canl
Bu gün Bakıda yerləşən 163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10
