Azərbaycana 63 kq narkotik keçirən sürücü bəraət aldı
Digərləri 04 Fev 2026 13:26:00 81 0
İrandan Azərbaycana 63 kiloqram 805 qram narkotik vasitə olan marixuana keçirən şəxs bəraət alıb.
Bu xəbəri də oxu: Quru dondurmanın zərərləri Alarkən diqqətli olun AÇIQLAMA
Son.az Oxu.Az-a istinadən xəbər verir ki, Dağıstan vətəndaşı, 1961-ci il təvəllüdlü Həsən Həmzələəliyev uzun illər beynəlxalq yükdaşıma ilə məşğul olub. O, Sumqayıt şəhəri, Yaşma bağları ərazisində "Linkoil-İ MMC"-yə məxsus otaqda müvəqqəti məskunlaşıb və əsasən Rusiya-İran marşrutu üzrə yük daşıyıb. Bir müddət əvvəl o, sifariş əsasında Rusiyadan İrana yük aparıb. Yükü boşaltdıqdan sonra o, İrandan Rusiyaya aparmaq üçün yük axtarıb və iranlı bir maklerin vasitəsilə Rusiyaya bir maşın kahı yükü tapıb. O, mal sahibi ilə razılığa gəlib və yüklər "Volvo" markalı yük avtomobilinə yüklənilib.
Həsən Həmzələəliyev idarə etdiyi avtomobillə İrandan Azərbaycana, Azərbaycandan isə Rusiyaya getmək üçün yola çıxıb. O, İran sərhədindən problemsiz keçsə də, Azərbaycan Dövlət Gömrük Komitəsinin Astara gömrük postunda saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, kahı yükü kimi maşına yüklənən 22 karton qutusunun 4-də narkotik vasitə olan marixuana var. Avtomobilin yükü boşaldılıb və qutular açılıb. Nəticədə həmin dörd qutudan 76 ədəd bağlamalarda ümumi çəkisi 63 kiloqram 805 qram marixuana aşkar edilərək götürülüb və sürücü saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi yeni Epşteyn sənədlərində sensasiy
Sumqayıtda qanunsuz ticarətə qarşı keçirilən reyd zamanı Şəhər İcra
İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik və fahişəlik is
Paytaxtda dönərxanaların birində xoşagəlməz hadisə baş verib. Vətənda
Yasamal rayonu, MİDA-2 Yaşayış Kompleksində yerləşən binanın fasadı
Azərbaycanda fevralın 5-də qar yağacağı, yolların buz bağlayacağı göz
Azərbaycan və Ermənistan ikitərəfli ticarət və iqtisadi əməkdaşlığı
Əməkdar artist Babək Niftəliyev açıqlmasaı ilə diqqət çəkib.
Ötən gün axşam saatlarında paytaxtın Heydər Əliyev prospekti "Koro�
2026-cı il iyunun 1-dən etibarən elektron ticarət bəyannamələrinin identi
Canlı yayım zamanı aparıcı İsa Şükürov ilə rəqqasə Rena Ağamuradov
Biznesmen İlon Mask tarixdə sərvəti 800 milyard dolları ötən ilk insan ol
