Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026cı il üzrə ilk iclası keçirilib
Digərləri 03 Fev 2026 18:45:00 80 0
3 fevral tarixində Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib.
Bu xəbəri də oxu: Bacısı ilə birlikdə faciəvi şəkildə ölən gəncin
Son.az xəbər verir ki, Müşahidə Şurasının sədri Dağbəyi İsmayılovun rəhbərliyi ilə keçirilən görüşdə Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov və İcraçı direktorun müavini Natiq Məmmədli iştirak ediblər.
İclasın gündəliyinə əsasən Medianın İnkişafı Agentliyinin Aparat rəhbəri Rəqsanə Kərimova tərəfindən Agentliyin 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim olunub. Hesabatda media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin və kommunikasiyaya məsul şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, cəmiyyətin media savadlılığının artırılması istiqamətində həyata keçirilən tədbirlər, həmçinin Agentlik tərəfindən media sahəsində beynəlxalq əlaqələrin qurulması və inkişafı ilə bağlı görülən işlər, təşkil edilən beynəlxalq tədbirlər barədə ətraflı məlumat verilib. Şura üzvləri tərəfindən nizamnaməyə uyğun olaraq icra edilən layihələrin əhatə dairəsinin daha da genişləndirilməsi üçün yeni təkliflər irəli sürülüb, Agentliyin qarşıdakı dövrdə fəaliyyətinin təşkili üçün prioritet istiqamətlər müəyyənləşdirilib.
Daha sonra Agentliyin Maliyyə və təminat departamentinin direktoru Orxan Hümbətzadə qurumun Nizamnaməsinə uyğun olaraq, bütün fəaliyyət istiqamətləri əhatə edilməklə cari il üçün maliyyə planlaşdırması barədə ətraflı məlumat verib, Şura üzvləri tərəfindən 2026-cı il üçün nəzərdə tutulmuş büdcə çərçivəsində vəsaitlərin bölgüsü məqsədəuyğun və qənaətbəxş hesab edilib.
Bununla yanaşı, müzakirələr zamanı media sahəsinin davamlı inkişafını təmin edəcək strateji layihələrin icrası, innovativ yanaşmaların təşviqi və mövcud resurslardan səmərəli istifadə imkanları geniş müzakirə olunub, bu istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Son.az
İllərdir insanların diqqət yetirmədiyi dırnaq qayçısındakı (dırnaq k�
"Azərbaycan, Ermənistan və Gürcüstanda bankların əsas maliyyə göst
"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçı
Almaniyada yaşayan Orxan Atabay çox maraqlı bir məsələ haqda məlumat yay�
Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim
Müğənni Aysun İsmayılovanın ailəsi ilə bağlı açıqlamalar ictimaiyyə
Müğənni Nazim Pişiyari Xalq artisti Vasif Adıgözəlov və mərhum müğən
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KBM�
Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var.
Həbsdən azad olunduqdan sonra teleaparıcı Azər Zahid yenidən sosial şəb�
2025-ci ildə Azərbaycandan Gürcüstana 1,586 milyon ABŞ dolları dəyərind�
2020-2025-ci illər ərzində Suriyadan Azərbaycana repatriasiya olunmuş vət�
Şəhidlər xiyabanında nalayiq hərəkətlər edərək video çəkən, sosial
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
