Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq


Digərləri 01 Fev 2026 11:55:07 59 0

Azərbaycanda toy qaydaları dəyişir – Yeni model belə olacaq

Son günlər qızılın qiymətinin sürətlə bahalaşması toy və nişan mərasimlərinə hazırlıq görən ailələr üçün ciddi narahatlıq yaradıb. Toyun təməlində dayanan əsas amillərdən biri qızıl-zinət aksesuarları olduğundan, bəziləri düşünür ki, qəfil bahalaşma ailələri mərasimi təxirə salmağa və ya gözləməyə vadar edə bilər.

Qızılın bahalaşması toy industriyasına hansı təsiri göstərəcək? Ailələr bu şəraitdə toy planlarını necə qurmalı olacaqlar?

Son.az Globalinfo.az-a istinadla xəbər verir ki, iqtisadçı və Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini Rövşən Əmircanov deyib ki, qiymətlər yüksəldikdə eyni həcmdə zərgərlik məmulatı əldə etmək üçün daha çox vəsait tələb olunur və bu, toy xərclərinin ümumi bölgüsünə təsir edir:

"Nəticədə ailələr büdcəni yenidən hesablayır və xərcləri daha real imkanlara uyğunlaşdırırlar. Amma qızılın qəfil və kəskin bahalaşması toya hazırlaşan ailələri gözləməyə və ya mərasimi təxirə salmağa vadar etməyəcək, belə ehtimal azdır. Qiymətlərin qısa müddətdə kəskin artması bəzi ailələrin qərarvermə prosesinə təsir göstərə bilər. Bu halda daha əlçatan seçimlərə üstünlük verilməsi, zinət alışının mərhələli şəkildə aparılması və ya xərclərin yenidən planlaşdırılması müşahidə oluna bilər. Praktikada daha çox xərclərin yenidən bölgüsü və mərasimin formatının optimallaşdırılması üstünlük təşkil edir".

Ekspert bildirib ki, qızılın qiyməti yüksəldikcə zinət xərclərinin büdcədə payı artır:

"Bu, digər istiqamətlər üzrə xərclərin daha diqqətlə planlaşdırılmasını zəruri edir. Nəticədə daha yüksək büdcəli seçimlərdən daha münasib qiymət-keyfiyyət balansına malik variantlara keçid güclənir və toy planlamasında prioritetlər yenidən müəyyənləşdirilir. Qızılın bahalaşması toy sənayesində müəyyən dəyişikliklər yarada bilər. Zərgərlik sektorunda daha yüngül çəkili və daha əlçatan qiymət seqmentində olan məhsullara marağın artması mümkündür. Toy xidmətləri bazarında isə premium paketlərə tələbin müəyyən qədər zəifləməsi, orta büdcəli paketlərə marağın artması ehtimalı var. Bu, ümumi bazar aktivliyinin azalmasından daha çox, tələbin strukturunda dəyişiklik kimi qiymətləndirilə bilər".

İqtisadçının sözlərinə görə, ailələr əsasən zinət alışını optimallaşdırmağa və xərcləri mərhələli şəkildə planlaşdırmağa çalışırlar:

"Daha yüngül çəkili zinət seçimləri, alışın bir neçə mərhələyə bölünməsi, mövcud zinət əşyalarının yenilənməsi və ya dəyişdirilməsi kimi həllər daha çox tətbiq olunur. Eyni zamanda digər toy xərcləri üzrə də daha qənaətli qərarlar verilir. Bu yanaşma həm mərasimin təşkilini mümkün edir, həm də büdcə risklərini azaldır. Gözlənilən təsir toyların sayının azalmasından daha çox, onların planlaşdırılma modelinin dəyişməsi ilə əlaqədar olacaq. Yəni toyların sayında kəskin azalma gözlənilmir, lakin xərclərin optimallaşdırılması, zinət seçimlərinin yenilənməsi və toy xidmətləri bazarında daha çevik təkliflərin formalaşması tendensiyası güclənə bilər. Bu, bazarın mövcud iqtisadi şərtlərə uyğunlaşmasını sürətləndirən amillərdən biri kimi dəyərləndirilir".

Sosioloq Mail Yaqub qeyd edib ki, Azərbaycanda toyların azalmasının əsas səbəbi təkcə qızılın bahalaşması deyil:

"Toyların azalması səbəblərindən biri boşanmaların sayının çox olmasıdır. Bu, ailə qurmaq istəyən gənclərdə tərəddüd yaradır və onların evlənmək qərarına təsir göstərir. Bundan başqa, qızılın bahalaşmasından çox şadlıq evlərindəki yüksək qiymətlər və toy xərclərinin çoxluğu da ailələrin planlarına mənfi təsir edir. Bu, ailə qurmaq istəyən gənclərin qərarına zərbə vurur və sözügedən tendensiyanın qarşısını almaq lazımdır. Yalnız qızılın qiyməti ilə iş həll olunmur, burada yüzlərlə xərclər var. Kasıb ailə bu xərcləri necə qarşılasın, necə ailə qursun?! Bunu kapitalizmlə, rəqabətlə əlaqələndirənlər var. Amma təkcə bu fikri bildirib dayanmaq olmaz. Bu gün kapitalizmin ən çox yayıldığı ölkələrdə belə, iqtisadiyyatla məşğul olan alimlər həyəcan təbili çalır, dövlətin müdaxilə etməli olduğunu bildirirlər".

Sosioloq vurğulayıb ki, ölkəmizdə əhalinin artım tempi də qənaətbəxş deyil:

"Azərbaycanda 1991-ci ildə müstəqillik əldə edildikdən sonra qeydə alınan ən aşağı doğum göstəricisi 2025-ci ildə müşahidə olunub. Bu, ciddi həyəcan təbilidir. Ölkəmizdə əhali sayı onsuz da azdır. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır. Az xərclə evlənməyi mədəniyyətə çevirmək lazımdır".

Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Dəhşətli soyuqlar gəlir: hava kəskin DƏYİŞƏCƏK like
  • 01 Fev 11:45  
Digərləri Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ – Dəhşətli soyuqlar gəlir: hava kəskin DƏYİŞƏCƏK

İstanbul Böyükşəhər Bələdiyyəsinin Fəlakət Koordinasiya Mərkəzi (AK

arrow Ətraflı
Bir aya 495 manat "qaz pulu" gəldi like
  • 01 Fev 11:00  
Digərləri Bir aya 495 manat "qaz pulu" gəldi

Qəbələ sakini Tofiq İbrahimova qazdan istifadəyə görə bir ay üçün 495

arrow Ətraflı
Tehrana uçan təyyarə Ankaraya təcili eniş etdi like
  • 01 Fev 10:40  
Dünya Tehrana uçan təyyarə Ankaraya təcili eniş etdi

İstanbul-Tehran reysini həyata keçirən "AJet" şirkətinə məxsus

arrow Ətraflı
Nərimanovda restoranda yanğın oldu like
  • 01 Fev 10:20  
Digərləri Nərimanovda restoranda yanğın oldu

Bakı şəhərinin Nərimanov rayonunda yanğın qeydə alınıb.

arrow Ətraflı
Masazırda bataqlıq yaranıb  FOTO like
  • 01 Fev 10:09  
Digərləri Masazırda bataqlıq yaranıb FOTO

Son günlər intensiv yağıntılar nəticəsində Abşeron rayonu, Masazır qə

arrow Ətraflı
Bu xəstəliyi olanlar əsgər aparılmır like
  • 01 Fev 09:51  
Digərləri Bu xəstəliyi olanlar əsgər aparılmır

Azərbaycanda hərbi xidmətə çağırılan şəxslərin sağlamlıq vəziyyət

arrow Ətraflı
Sərnişin soyunub təyyarədən tullanmağa cəhd etdi like
  • 01 Fev 08:41  
Dünya Sərnişin soyunub təyyarədən tullanmağa cəhd etdi

Vyetnamdan Taylanda uçan "AirAsia" aviaşirkətinə məxsus sərnişi

arrow Ətraflı
Harri pul tapmır like
  • 01 Fev 08:08  
Dünya Harri pul tapmır

Britaniya şahzadəsi Harri ciddi maliyyə çətinlikləri ilə üzləşir.

arrow Ətraflı
Batareya iki dəfə daha uzun enerji saxlayacaq  Smartfonda bunları edin like
  • 01 Fev 07:07  
Digərləri Batareya iki dəfə daha uzun enerji saxlayacaq Smartfonda bunları edin

Enerji sərfiyyatını azaldan, batareyanın köhnəlməsini ləngidən və tele

arrow Ətraflı
Bu içkilər yaddaşı like
  • 01 Fev 05:05  
Digərləri Bu içkilər yaddaşı

Harvard Universitetinin dietoloqları beyin fəaliyyətini artıran və yaddaş

arrow Ətraflı
Qışın "antivirus" sirri açıldı: Xəstələnməmək üçün like
  • 01 Fev 04:04  
Digərləri Qışın "antivirus" sirri açıldı: Xəstələnməmək üçün

Ailə həkimi Sophi Nyuton bildirib ki, soyuqdəymə, qrip və mövsümi virusla

arrow Ətraflı
Göyərçin hara uçacağını necə bilir?  “Kompas” tapıldı like
  • 01 Fev 02:02  
Digərləri Göyərçin hara uçacağını necə bilir? “Kompas” tapıldı

İllərdir alimlər göyərçinlərin və digər quşların necə böyük məsaf

arrow Ətraflı
Hər 10 məktəblidən 1i obezdir like
  • 01 Fev 01:01  
Digərləri Hər 10 məktəblidən 1i obezdir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məktəblərdə sağlam qidalanma ilə

arrow Ətraflı
Kürdəmirdə ağır qəza, 4 nəfər yaralandı like
  • 01 Fev 00:56  
Digərləri Kürdəmirdə ağır qəza, 4 nəfər yaralandı

Kürdəmirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-n�

arrow Ətraflı