Türkiyədə neft emalı zavodunda partlayış oldu
Digərləri 30 Yan 2026 00:58:00 70 0
Türkiyədə Kocaelinin İzmit rayonunda yerləşən "Tüpraş" neft emalı zavodunun benzin çənində hələlik müəyyən edilməyən səbəbdən partlayış baş verib. Hadisədən sonra ərazidən qatı tüstü kütlələri yüksəlib.
Bu xəbəri də oxu: Bu şəxslərə maaşının 3 qatı qədər müavinət ödəniləcək
Son.az xəbər verir ki, partlayış zavodun çən sahəsində qeydə alınıb. İlkin məlumatlara görə, hadisə birbaşa benzin saxlanc çənlərindən birində baş verib.
Hadisə yerinə dərhal çox sayda yanğınsöndürən, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Partlayış nəticəsində ölən və ya yaralanan olmayıb.
Zavod rəhbərliyi hadisə ilə bağlı rəsmi bəyanat yayıb:
"İzmit neft emalı zavodumuzda bu axşam saat 21:30 radələrində çən sahəsində yanğın baş verib və texniki təhlükəsizlik qruplarımız tərəfindən qısa müddətdə nəzarət altına alınıb. Heç bir əməkdaşımız xəsarət almayıb. Müəssisədə əməliyyatlar normal rejimdə davam edir."
Partlayışdan sonra yaranan yanğın zavodun daxili təhlükəsizlik sistemləri və yanğınsöndürənlərin müdaxiləsi ilə böyümədən söndürülüb. Hazırda ərazidə soyutma işləri aparılır və hadisənin dəqiq səbəbləri araşdırılır. Lalə Qüdrətova Son.az
Mətbəxdə tez-tez eşitdiyimiz "soğanları çəhrayılaşana qədər qov
Mütəxəssislər xəbərdarlıq edir ki, modemi 24 saat açıq saxlamaq həm ci
Bəzi ölkələrdə Çindən gətirilən yeni avtomobillər artıq ikinci əl ba
Lənkəranda Xəzər dənizində nəhəng beton bünövrələr üzə çıxıb.
Qızılın qiyməti yenə rekordu təzələdi. Bir günə qızılın qramında a
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Xəbər verdiyimiz kimi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov il
29 yanvar 2026-cı il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bay
Xəmirin mayalanması unlu məmulatların qabarmasını, dad və tekstura qazanm
Dünya enerji böhranı və yüksək maliyyə xərcləri ilə mübarizə apardı
Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə
