WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadıldı
Digərləri 29 Yan 2026 18:40:00 58 0
2026-cı ilin 17-22 may tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində təşkil olunacaq tərəfdaş tədbirlərinə yüksək maraq olduğunu nəzərə alaraq, qeydiyyat müddəti uzadıldı. Müraciətlərin qəbulu üçün son tarix 3 fevral 2026-cı il olaraq müəyyən edilib.
Bu xəbəri də oxu: Bu küçələrdə yol yenidən təşkil ediləcək
Son.az xəbər verir ki, Şəhərsalma sahəsində beynəlxalq dialoq və əməkdaşlıq platforması olan WUF13 qurum və təşkilatlara Forumun "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna uyğun tədbirlər təşkil etmək imkanı yaradır. Müraciətlər https://events.unhabitat.org/ vasitəsilə təqdim edilməlidir.
Tədbirlərin təşkili üçün müraciətlər yeddi kateqoriya üzrə qəbul olunur: Şəbəkələşmə (Networking), Vahid BMT (One UN), Dayanıqlı İnkişaf Məqsədlərinin tətbiqi (SDGs in Action), Şəhər kinoteatrı (Urban Cinema), Şəhər Kitabxanası (Urban Library), Şəhərlərin Səsi (Voices from Cities) və WUF Akademiyası (WUF Academy).
Müraciət edən qurum və təşkilatlar ilkin mərhələdə "UN-Habitat"ın Qlobal Tədbir İdarəetmə Sistemi (GEMS) platforması üzərindən onlayn qaydada qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat prosesi tamamlandıqdan sonra istifadəçilər şəxsi paneldə yerləşən "Applications / Müraciətlər" bölməsinə daxil olaraq müvafiq kateqoriyalar üzrə tələblərlə tanış ola və müraciətlərini yekunlaşdıra bilərlər. Qeyd edək ki, hər bir kateqoriya üzrə yalnız bir müraciət təqdim edilə bilər.
Forumun əsas və strateji mexanizmlərindən biri olan Tərəfdaş tədbirləri dayanıqlı şəhər inkişafı sahəsində qabaqcıl təcrübələrin, innovativ yanaşmaların və praktik həll yollarının beynəlxalq səviyyədə təqdim olunmasına şərait yaradır. Bu tədbirlər vasitəsilə iştirakçılar şəhərsalma sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, institusional əməkdaşlıqlar qurmaq və qlobal şəhər gündəliyinə töhfə vermək imkanı əldə edirlər.
Qeydiyyat və tədbirlərin təşkili ilə bağlı əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlamaq mümkündür.
Hesablama Palatası Gənclər və İdman Nazirliyinin idmanın inkişafı istiqa
Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali x�
Müğənni Sevinc Ağaşirinova maraqlı və müzakirələrə səbəb olan açı
Azərbaycan Milli İncəsənət Muzeyində teatr və kino rejissoru, yazıçı,
Yaşıl və Qırmızı xətlərdə intervallar qorunmaqla qatarların qrafik üz
Son dövrlər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəna Məlikova qurumun s�
"Günə Uğurla" verilişinin qonağı olan müğənni Əlikram Bayram
"Volkswagen" yüksək gərginlikli batareyalarda aşkar edilən həddi
Çində keçirilən məhkəmə prosesində məhkəmə məşhur Min ailəsinin 11
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşları təltif
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşlarına
Maxaçqala yaxınlığında hərəkətdə olan taksi qəza nəticəsində su kan
