Afra Kənanla öpüşmə səhnlərini rədd etdi
Şou-biznes 28 Yan 2026 23:13:00 64 0
ATV-də yayıma başladığı ilk gündən reytinqləri alt-üst edən "A.B.İ." serialı bu dəfə uğurları ilə deyil, pərdəarxası qalmaqalla gündəmə gəlib. İddiaya görə, gənc aktrisa Afra Saraçoğlu ssenaridə yer alan öpüşmə səhnəsində rol almağı rədd edib.
Bu xəbəri də oxu: Serialda 3 qadın hamilə qaldı, heç biri ərindən deyil Ölkə ayağa qalxdı
Son.az-ın məlumatına görə, cvəmi 3 bölümü yayımlanan "A.B.İ." serialı qısa müddətdə "Uzak Şehir" və "Taşacak Bu Deniz" kimi iddialı rəqiblərini geridə qoyaraq ən çox izlənilən layihəyə çevrilib. Jurnalist Onur Akayın sözlərinə görə "Çağla" obrazını canlandıran Afra Saraçoğlu ssenaridə Kənan İmirzalıoğlu ilə öpüşməli olduğu səhnəyə etiraz edib. Mənbə bu hadisəni belə şərh edib: "Türkiyədə ilk dəfə Türkan Şoraydan sonra Afra Saraçoğlu ssenaridə yazılan öpüşmə səhnəsini rədd etdi! Serial hələ başlamazdan əvvəl aradakı yaş fərqi müzakirə mövzusu olmuşdu. Görünür yeni nəsil aktyorlar artıq təkcə rolu seçmir, həm də səhnə sərhədlərini özləri müəyyən edirlər."
Serial hələ istehsal mərhələsində olarkən 51 yaşlı Kənan İmirzalıoğlu ilə 28 yaşlı Afra Saraçoğlunun tərəf müqabili olması sosial şəbəkələrdə geniş mübahisələrə səbəb olmuşdu. Bir çox istifadəçi aradakı yaş fərqinin "eşq" mövzusu üçün uyğun olmadığını müdafiə edirdi. Afranın bu son qərarı həmin müzakirələri yenidən alovlandırıb. Lalə Qüdrətova Son.az
Ağızda dağılan teksturası, qovrulmuş küncütün ətri və qozun ləzzəti
"Oqtay sağ olsa idi, bugünkü Dilarə ilə fəxr edərdi".
Yanvarın 24-də Maştağa qəsəbəsinin südçülük sovxozu ərazisində baş
ABŞ Prezidenti Donald Trampın İrana doğru böyük bir donanmanın hərəkət
Müğənni Aysel Əlizadə efirdə göz yaşı töküb.
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Sabirabad rayonunun bəzi kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Müğənni Nadir Qafarzadə uşaqlıq illərindən danışarkən kövrək anlar
"Google" insanların telefonları vasitəsilə gizlicə şəxsi danı
Son zamanlar avtomobillərin bəzi ikinci əl hissələrinin yenisindən baha ol
Gürcüstanın Marneuli bələdiyyəsinin Baydar kəndində ağır yol qəzası
Türkiyəli müğənni Teoman illər əvvəl hazırladığı maraqlı CV-si il
Müasir dövrdə bir çox gənc sosial şəbəkələrdə məşhurlaşmaq arzusun
Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birind�
"Kızılcık Şerbeti" serialında "Fatih Ünal" xarakterin�
