"Mehriban Ələkbərzadə teatra ziyan vurur, tamaşaları plagiatdır"


Şou-biznes 27 Mar 2025 13:54:00 108 0

"Mehriban Ələkbərzadə teatra ziyan vurur, tamaşaları plagiatdır"

Türkiyədə fəaliyyət göstərən Əməkdar incəsənət xadimi, tanınmış aktyor Məlahət Abbasova "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.   Son.az həmin müsahibəni oxuculara təqdim edir.   - Məlahət xanım, "Kanal 7"də yayımlanan "Esaret" serialında Afife obrazını canlandırırsınız. Çəkilişlər necə gedir?   - Çəkilişlər davam edir, lakin "Esaret" serialı aprelin ilk həftəsində başa çatacaq. Buna görə də gərgin iş rejimində çalışırıq.   - Şuşa ilə bağlı hər hansı ekran əsərində yer almaq istərdiniz?   - Əlbəttə, Şuşa ilə bağlı layihədə iştirak etməyi çox istəyirəm. Türkiyədə Azərbaycandan peşəkar rejissor, aktrisa və ya operator axtarılanda mənə müraciət edirlər və mən də hər zaman dəstək olmağa çalışıram. Dəfələrlə bildirmişəm ki, Qarabağa həsr olunmuş filmlərdə tam təmənnasız iştirak etməyə hazıram.   - Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq etmək kimi planlarınız varmı?   Mən hər zaman Azərbaycan və Türkiyə arasında mədəniyyət körpüsü qurmağa çalışmışam. Xaricdə yaşasaq da, Azərbaycanın təbliğatı ilə məşğul olan sənət adamlarıyıq və gördüyümüz işləri hər kəs bilir. Türkiyədə iki peşəkar azərbaycanlı aktyor var: mən və Cahangir Novruzov. Hər zaman iki ölkənin teatrları arasında əlaqə yaratmağa çalışmışıq.   Lakin təəssüf ki, Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər olduğu müddətdə bu əməkdaşlıq mümkün deyil. İstanbul Şəhər Teatrlarının bədii rəhbərinin müavini kimi Mehriban Ələkbərzadəni teatrda ziyarət etdim və işbirliyi üçün müraciət etdim. O isə açıq şəkildə bildirdi ki, nə qədər ki, burada çalışır, mənim teatrda fəaliyyət göstərməyimə imkan verməyəcək.   "Nə qədər mükafat alsan da, səni rejissor kimi qəbul etmirəm. Yuxarıdan tapşırıqla gəlsən belə, məşqində iştirak edib ən kiçik problemi tapıb, tamaşanı dayandıracağam", - dedi. Bu sözlər teatr rəhbərinə yaraşmayan, etikadan kənar bir yanaşma idi.   Mən isə Mehriban Ələkbərzadədən peşəkarlıq gözləyirdim. Çünki dünyada tanınan bir teatrın təmsilçisi kimi qarşısına getmişdim. Lakin illər keçsə də, Mehribanın daha da qısqanc və intriqalarla dolu bir insan olduğunu gördüm. Bu davranış teatr rəhbərinə yaraşmaz. Mən gülərək otağına girdim, gülərək də çıxdım. Çünki onun bu cılız davranışına əhəmiyyət vermədim.   - Sizcə, Mehriban Ələkbərzadənin bu münasibətinin səbəbi nədir?   - Bu, onun xarakteri ilə bağlıdır. Universiteti birlikdə bitirmişik, onu yaxşı tanıyıram. Mehriban Ələkbərzadə qısqancdır, yeniliklərdən qorxur və heç kimlə heç nəyi bölüşmək istəmir. Azərbaycan və Türkiyə arasında teatr sahəsində mədəniyyət körpüsü qurulmasına imkan verməməsi bunun açıq sübutudur.   Mən Türkiyədə 15-dən çox Azərbaycan əsərini bədii şuraya təqdim etmişəm. Bəxtiyar Vahabzadə, Anar, Rüstəm İbrahimbəyov, Elçin Əfəndiyev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə və Həsən Həsənovun əsərlərini səhnələşdirmişəm. 2015-ci ildə Elçinin "Şekspir" tamaşasına görə "İlin ən yaxşı rejissoru" mükafatına layiq görülmüşəm. Mən "İblis" tamaşasını səhnəyə qoymuşam. Mehriban Ələkbərzadəni universitet illərindən tanıdığım üçün mənə mane olmasına təəccüblənmədim. Yenə deyirəm ki, bu düzgün, peşəkar yanaşma tərzi deyildi. Bununla Azərbaycan teatr sahəsi ziyana uğrayır. Mən öz fəaliyyətimə davam edirəm. Mənim önümü kəsməklə əlinə nə keçdi? Mənim çalışdığım İstanbul Şəhər Teatrları dünyanın ən böyük teatrlarından biridir. Bu teatr ilə Milli Dram Teatrı arasında mədəniyyət körpüsü quracaqdıq. Həmişə İstanbul Şəhər Teatrları ilə Akademik Milli Dram Teatrı arasında bir körpü qurmuşam. Dəfələrlə teatrı İstanbul Şəhər Teatrlarına və festivallarımıza dəvət etmişik. Hətta Mehriban Ələkbərzadənin Elçin Əfəndiyevin eyniadlı əsəri əsasında hazırladığı "Qatil" tamaşasını festivala dəvət etdik.   Mehriban Ələkbərzadənin bu əməkdaşlığa mane olmasına təəccüblənmirəm, amma bu, Azərbaycan teatrına ziyan vurur.   - Bildirmişdiniz ki, "İblis" tamaşasını Milli Dram Teatrında səhnələşdirəcəksiniz. Bu məsələ nə yerdə qaldı?   - Teatrın mərhum rəhbəri Azər Paşa Nemətovla altı ay bu layihə üzərində işləmişdik. Təəssüf ki, Azər müəllim dünyasını dəyişdi. Mehriban Ələkbərzadənin teatra rəhbər təyin edildiyini eşidəndə isə bildim ki, bu layihə baş tutmayacaq. Halbuki biz İstanbul şəhər teatrlarının texniki heyəti ilə bu körpünü qurmaq üçün gəlmişdik və bunun üçün İstanbul Bələdiyyəsinin və teatr rəhbərliyimizin dəstəyini almışdıq.   Onlar Azərbaycan teatrları arasında mədəniyyət körpüsünün qurulması üçün hər cür dəstək olacaqlarını bildirdilər. Bilirsiniz ki, əvvəl də "Mahmud və Məryəm" filmini həyata keçirdim. İki ölkənin mədəniyyət nazirliyi arasında o körpünü qurdum. Filmdə Azərbaycan və türk aktyorları birlikdə rol aldılar. Mehriban Ələkbərzadənin mane olması ilə kim itirdi? Azərbaycan teatr sahəsi. Biz niyə buradayıq? Mən və Cahangir Novruzov özümüzü niyə həlak edirik? Azərbaycan ədəbiyyatının, teatr sənətinin tanıdılması üçün əlimizdən nə gəlirsə edirik, amma belə xoşolmayan münasibətlə qarşılaşdıq.   - Mehriban Ələkbərzadənin Azərbaycan teatrına ziyan vurduğunu iddia edirsiniz. Bunu əsaslandırmaq üçün başqa hansı faktları qeyd edə bilərsiniz?   - 2011-2012-ci illərdə Antalyada Türk Dünyası Teatrlar Birliyi təsis edildi. Burada Orta Asiya ölkələri də daxil olmaqla mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin təşkil edilməsi və genişləndirilməsi nəzərdə tutulmuşdu. Mənə zəng edib soruşdular ki, Mehriban necə rejissordur. Cavab verdim ki, yaxşı rejissordur və qrup yoldaşımdır. Bir neçə aydan sonra Şimali Kiprdə Mehriban Ələkbərzadə Elçin Əfəndiyevin "Qatil" əsəri əsasında eyniadlı tamaşanı səhnəyə qoydu. Tamaşa başdan ayağa pornoqrafiya səhnələrindən ibarət idi. Tamaşanın iki-üç nümayişindən sonra Mehriban Ələkbərzadəni Bakıya göndərdilər, onu qovmuş kimi etdilər. Elə bir Azərbaycan əsərini o vəziyyətdə səhnələşdirmək biabırçılıq idi. Şimali Kipr Dövlət Teatrından rəsmən Mehriban Ələkbərzadəni

Elçibəyin əkiz nəvələri oldu like
  • 27 Mar 13:45  
Digərləri Elçibəyin əkiz nəvələri oldu

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin əkiz nəvələri düny

arrow Ətraflı
Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu like
  • 27 Mar 13:40  
Dünya Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu

Yeni Zelandiyanın cənub adasında 6,7 ​​bal gücündə zəlzələ baş ver

arrow Ətraflı
45 yaşına çatmamış şəxslər gənc hesab olunacaq  YENİ QƏRAR like
  • 27 Mar 13:37  
Dünya 45 yaşına çatmamış şəxslər gənc hesab olunacaq YENİ QƏRAR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gənclik yaşını 45 yaşa qaldırıb

arrow Ətraflı
Gürcüstan Prezidenti İlham Əliyevi Novruz Bayramı münasibətilə təbrik edib like
  • 27 Mar 13:26  
Siyasət Gürcüstan Prezidenti İlham Əliyevi Novruz Bayramı münasibətilə təbrik edib

Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prez

arrow Ətraflı
"Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq" like
  • 27 Mar 13:21  
Dünya "Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq"

Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) a

arrow Ətraflı
Azərbaycanda yataqxanada yanğın  sakinlər təxliyə edildi like
  • 27 Mar 13:15  
Digərləri Azərbaycanda yataqxanada yanğın sakinlər təxliyə edildi

Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsind�

arrow Ətraflı
Bakıda sürücüləri buna görə cərimələyirlər like
  • 27 Mar 13:13  
Digərləri Bakıda sürücüləri buna görə cərimələyirlər

Bakının Xətai rayonu, Lütfizadə küçəsində yolboyu çəkilən qoşa xət

arrow Ətraflı
Pensiya və müavinətlərlə bağlı mühüm məlumat like
  • 27 Mar 13:04  
Digərləri Pensiya və müavinətlərlə bağlı mühüm məlumat

Son altı ildə 900 minədək pensiya, müavinət və təqaüd proaktiv qaydada

arrow Ətraflı
Alimlər əsrlər boyu şarj edilmədən işləyə biləcək nüvə batareyası hazırlayıblar like
  • 27 Mar 12:51  
Digərləri Alimlər əsrlər boyu şarj edilmədən işləyə biləcək nüvə batareyası hazırlayıblar

Cənubi Koreyada onilliklər və hətta yüzilliklər boyunca enerji təmin edə

arrow Ətraflı
"Putin tezliklə öləcək" like
  • 27 Mar 12:44  
Dünya "Putin tezliklə öləcək"

​Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin səhhə

arrow Ətraflı
Orta Dəhliz Azərbaycanın logistika sektorunun inkişafını stimullaşdırır  Moody’s like
  • 27 Mar 12:38  
Digərləri Orta Dəhliz Azərbaycanın logistika sektorunun inkişafını stimullaşdırır Moody’s

"Moody's"in son analitik hesabatına görə, Orta Dəhlizin inkişafı

arrow Ətraflı
Şəkidə bıçaqlanan yeniyetmənin SON DURUMU like
  • 27 Mar 12:30  
Digərləri Şəkidə bıçaqlanan yeniyetmənin SON DURUMU

Şəkidə bıçaqlanan yeniyetmənin vəziyyəti məlum olub.

arrow Ətraflı
Havalar isinir  Sabah 21 dərəcə isti olacaq like
  • 27 Mar 12:25  
Digərləri Havalar isinir Sabah 21 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olaca

arrow Ətraflı