Rusiyada FSB interneti və telefon əlaqəsini kəsmək hüququ əldə edəcək
Dünya 27 Yan 2026 14:59:00 46 0
Rusiya operatorları FSB-nin tələbi ilə interneti dayandırmaqla məcbur edilə bilər.
Rusiya rabitə operatorları Federal Təhlükəsizlik Xidmətinin (FSB) tələbi əsasında xidmət göstərməni dayandırmaqla bağlı məcburi addımlar atmalı olacaq.
Son.az bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.
Bildirilib ki, bu barədə "Rabitə haqqında" qanuna ediləcək dəyişikliklər artıq hökumətin qanunvericilik komissiyası tərəfindən təsdiqlənib.
Dəyişikliyə görə, operatorlar təhlükəsizlik orqanlarının tələbini yerinə yetirmək üçün mobil və ev internetini kəsə biləcək. Rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiya Nazirliyi tərəfindən hazırlanmış dəyişikliklər "Rabıtə haqqında" federal qanuna əlavə olunacaq. Hökumətin qanunvericilik fəaliyyətinə dair komissiyası artıq bu təşəbbüsü dəstəkləyib.
Layihəyə əsasən, operatorlar vətəndaşların və dövlətin təhlükəsizliyi üçün təhlükə yaradan hallarda rabitə xidmətlərini dayandırmalıdır. FSB-nin belə tələblər göndərə biləcəyi konkret hallar isə prezident və hökumət tərəfindən ayrıca normativ aktlarla müəyyən ediləcək. Eyni zamanda operatorlar xüsusi xidmətlərin tələblərinə əməl etməklə müqavilə öhdəliklərini yerinə yetirmədikləri halda abonentlər qarşısında məsuliyyət daşımayacaqlar.
Dəyişiklik layihəsi Daxili İşlər Nazirliyi, FSB, İqtisadi İnkişaf Nazirliyi və Rospotrebnadzor daxil olmaqla bir sıra qurumlarla razılaşdırılıb. Həmçinin sənədə Rusiya Federasiyası Ədliyyə Nazirliyi, Hökumət yanında Qanunvericilik və müqayisəli hüquq institutunun və prezidentin dövlət-hüquq idarəsinin rəyi verilib.
Ayxan Son.az
Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı qayd
Xalq artisti Gülyanaq Məmmədovanın oğlu Uğur ad günündə Xalq artisti A
Özbəkistandan Azərbaycana gətirilən qurudulmuş yemiş və halva məhsullar
Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir daha hamımı
Azərbaycanın ümumittifaq dərəcəli voleybol hakimi Rafiq Ağayev vəfat edi
Goranboy Rayon İcra Hakimiyyətinə yeni Baş mühasib təyin olunub.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sab
Toy məclislərinin tanınmış aparıcısı Pünhan İsmayıllı müğənni Qum
Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə xeyli yanlış fikirlər tira
Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb, açarlar
Aparıcı Afaq Gəncəli bir neçə gün əvvəl yayılan videosundan danışıb
Müğənni Rəqsanə İsmayılova ilə aparıcı Səidə Bəkirqızı arasında
Moskva ətrafında yerləşən Balaşixa şəhərində hosteldə baş verən yan
Rusiya ordusu Ukraynanın Xarkov və Zaporojye vilayətlərində yaşayış mən
