2025ci ildə 59 mikro və kiçik sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib
Digərləri 27 Yan 2026 12:49:00 65 0
2025-ci ildə 125 mikro və kiçik sahibkarlıq subyekti "Startap" şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Startapın müəyyən olunması meyarları"na əsasən Ekspertlər Şurası tərəfindən 59 KOB subyektinə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul olunub. Şəhadətnamə almış sahibkarların 48-i hüquqi, 11-i fiziki şəxs olmaqla, 53-ü mikro və 6-sı kiçik sahibkardır. 44 startap Bakı şəhərindən, 15-i isə regionlardandır. Şəhadətnamə almış sahibkarların 10-u qadın sahibkardır. Layihələrin 4-ü "yaşıl layihə"dir. "Startap" şəhadətnaməsi almış biznes subyektləri istehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startapların əsas istiqamətləri maliyyə, təhsil və səhiyyə texnologiyaları, e-ticarət və rəqəmsal marketinq, rəqəmsal ödəniş sistemləri və s. sahələrdə innovativ həlləri özündə ehtiva edir.
Bu xəbəri də oxu: Xaçmazda sahibkarlarla görüş keçiriləcək
Ümumilikdə "Startap" şəhadətnaməsinin verilməsinə başlanıldığı 2021-ci ildən 2026-cı ilin 1 yanvar tarixinə KOBİA-ya 493 müraciət daxil olub ki, onlardan 247-nə "Startap" şəhadətnaməsi verilib.
Qeyd edək ki, "Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir. "Startap" şəhadətnaməsinin verilməsi, yaxud imtina edilməsi haqqında qərar KOBİA tərəfindən Ekspertlər Şurasının rəyi əsasında verilir. Ekspertlər Şurası Agentliyin nəzdində 12 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarının nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Son.azGülnarə Həmidova növbəti uğursuz estetik əməliyyatın qurbanıdır.
Məhkumun Bərdədə evində gizlətdiyi avtomat silahı aşkarlanıb.
Bakının Abbasqulu ağa Bakıxanov dairəsinin ətrafı, Maqsud Əlizadə, Seyi
Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən bazarların biri
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqay�
Noyabr ayında Milli həmrəylik, qardaşlıq və demokratiya komissiyasından �
Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar v
Paytaxtda elə tikililər var ki, nə binadır, nə də xarabaxanadır. İnşaas
Bakıda su təchizatına dair Dövlət Proqramının monitorinqinin həyata keç
Suriya Prezidenti Əhməd Şara yanvarın 28-də Rusiyaya rəsmi səfər etməyi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqay�
"Sığorta çərçivəsində vətəndaşlara təqdim olunacaq dərmanların
