DİN bank kartlarından oğurluqlarla bağlı məlumat yaydı
Digərləri 27 Yan 2026 11:13:00 77 0
Daxili İşlər Nazirliyi ilə Mərkəzi Bankı arasında qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində kiber risklər sistemli şəkildə təhlil olunur, bank müştərilərinin məlumatlandırılması təmin edilir.
Bu xəbəri də oxu: Bu şəxslərə kommunal ödənişlərlə bağlı pul verilir
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a bildirilib ki, ötən il görülən tədbirlər nəticəsində onlayn məkanda talama məqsədilə istifadə edilən şübhəli internet resurslarından 372 sayda saxta sayt, link və keçidlər müəyyən edilərək bloklanıb. Bu, bank kartlarına qanunsuz müdaxilə hallarının azalmasına mühüm təsir göstərib.
Aparılan təhlillər göstərir ki, bank kartı istifadəçiləri şübhəli əməliyyatlarla rastlaşdıqda vaxt itirmədən müştərisi olduqları bankı məlumatlandırdıqları hallarda qabaqlayıcı tədbirlər effektiv olur və kartdakı vəsaitin oğurlanmasının qarşısı alınır. Bu zaman bank kartına müdaxilənin istiqaməti operativ şəkildə müəyyən edilir və risklər neytrallaşdırılır.
Daxili İşlər Nazirliyi bir daha bank kartı istifadəçilərinə tövsiyə edir ki, hər hansı şübhəli əməliyyat, naməlum link və ya saxta internet resursu ilə qarşılaşdıqları zaman dərhal müştərisi olduqları bank və polis orqanları ilə əlaqə saxlasınlar və bu cür hallara biganə yanaşmasınlar. Bu, həm şəxsi maliyyə təhlükəsizliyinin, həm də ümumi kiber təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Xidmətlər Zərfinə ilk mərhələdə ölüm riskinin ən yüksək olduğu ür
Azərbaycanda icbari tibbi sığorta çərçivəsində Xidmətlər Zərfi geniş
İsrail ABŞ-la yeni, 10 illik hərbi yardım sazişi imzalamağı və maliyyə
"Bakıda 106 ambulator poliklinik müəssisənin fəaliyyətində struktur dəyi
Bakıda məhkəmə sədrinin arvadına xəsarət yetirdikdən sonra intihar etm�
"Qeyri-formal məşğul əhali sığortalı qismində özləri çıxış ed
Aparıcı Vüsalə Əlizadə obyektivlərə tuş gəlib.
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan Mərkəzi Bankı (AMB) "Finans Kredit" və "SF Azerba
İcrabi Tibbi Sığorta çərçivəsində ən çox icra olunan əməliyyatlar a�
Qeyri-dövlət və neft-qaz sektorunda çalışan şəxslərin 2500 manatadək o
Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin tibbi təminatı il�
Bir vətəndaşın mağazadan aldığı şokoladı yeyərkən içindən aboy bı
Bakı şəhərində metronun "28 May" stansiyasının yaxınlığında
Yanvarın 26-na keçən gecə Qəbələdə "Nissan Navara" markalı av
