Vanna otağının divarına asın: Həm rütubəti çəkir, həm də hüzur verir
Digərləri 25 Yan 2026 23:00:00 66 0
Vanna otaqları evlərin ən çox rütubət yığılan hissəsidir. Bu nəinki xoşagəlməz qoxulara, həm də kif və göbələk yaranmasına səbəb ola bilər. Mütəxəssislər bu problemi həll etmək üçün həm təbii, həm də estetik bir üsul təklif edirlər.
Bu xəbəri də oxu: Bazarlarda satılan bu qidaya İran boyaları vurulurmuş iştahla yeyirik
Son.az xəbər verir ki, evkalipt sadəcə xoş qoxulu bir bitki deyil, o, vanna otağının mühitini tamamilə dəyişə bilən xüsusiyyətlərə malikdir.
Evkalipt yarpaqları havadakı artıq nəmi çəkməyə kömək edir, beləliklə kif yaranma riskini azaldır.
İsti duş qəbul edərkən yaranan buxar evkaliptin tərkibindəki efir yağlarını aktivləşdirir. Bu isə vanna otağını təbii ətirli bir relaksasiya zonasına çevirir.
Bu bitkinin qoxusu soyuqdəymə, burun tutulması və sinüzit zamanı nəfəs almağı asanlaşdırır.
Bu üsulu tətbiq etmək olduqca sadədir:
Bir neçə təzə evkalipt budağını bir araya gətirərək ip və ya rezinlə bağlayın.
Dəstəni duş başlığının arxa hissəsinə elə asın ki, su ilə birbaşa təmasda olmasın, lakin isti suyun buxarı ona toxunsun.
Yarpaqlar quruyana və qoxusunu itirənə qədər (təxminən 3-4 həftə) istifadə edə bilərsiniz.
Yarpaqların su ilə birbaşa təması onların daha tez xarab olmasına və qoxunun azalmasına səbəb ola bilər.
Evkalipt bəzi ev heyvanları (xüsusilə pişiklər və itlər) üçün zəhərli ola bilər. Əgər evdə heyvan varsa, onların bu bitkiyə toxunmadığından əmin olun. Lalə Qüdrətova Son.az
"Rollarımı çox seçmirəm. Hər dəfə yaxşı təklif gəlir. Bir aktyo
Dünən sosial mediada İran şəhərlərindən birində çəkildiyi bildirilən
Əməkdar artist Mətanət İsgəndərli konserti zamanı oğlu Kərimi və gəl
İranda davam edən kütləvi etirazlar zamanı ölənlərin sayı ilə bağlı
Kartof və qatığın möhtəşəm uyğunluğu ilə hazırlanan bu təam həm ö
Bakıda piyada ilə sürücü arasında qeyri-adi insident baş verib.
Naxçıvanda ağır qəza 6 nəfərin xəsarət almasına səbəb olub.
Türkiyənin "Qalatasaray" klubu İspaniyanın "Jirona" kom
Gorus şəhərində qumbara partlayışı nəticəsində iki nəfər ölüb, dah
Tanınmış qastroenteroloq Arzu Yusifova Fövqəladə Hallar Nazirliyinin (FHN)
Nyu-Yorkdan Berlinə, Tokiodan Parisə qədər dünyanın bir çox böyük metro
Ermənistanın Baş naziri Nikol Paşinyan öz rok qrupunu yaradıb.
Rusiya Venesuelanın sabiq Prezidenti Nikolas Maduronun dərhal azadlığa burax
NATO-nun Norveçdə qış təlimi zamanı gözlənilməz böhran baş verib.
