"Titanik" və "Avatar"ın rejissoru Trampa görə ABŞı tərk etdi
Şou-biznes 01 Mar 2025 22:17:00 123 0
Məşhur "Titanik" və "Avatar" filmlərinin rejissoru Ceyms Kemeron ABŞ-ı tərk edib.
Bu xəbəri də oxu: “Hansı kişi mənim kimi birinə qız verər?”
Son.az xarici mediaya istinadən xəbər verir ki, o, bu qərarını Donald Trampın prezident seçilməsindən sonra ölkədə baş verən siyasi dəyişikliklərlə əlaqələndirib.
Kemeron bildirib ki, Trampın seçilməsi ilə ölkədə vəziyyət kəskin şəkildə dəyişib və Amerika "layiq olduğu hər şeydən üz döndərib". O, bu vəziyyətdən dərin narahatlıq keçirdiyini ifadə edib.
Rejissor hazırda Yeni Zelandiyada yaşayır və orada hər gün Tramp haqqında xəbərləri oxumaq məcburiyyətində olmadığını qeyd edib. O, Yeni Zelandiyanı öz vətəni Kanada ilə müqayisə edərək, hər iki ölkənin oxşar dəyərlərə sahib olduğunu və bu mühitin uşaqları üçün daha uyğun olduğunu vurğulayıb.
Ceyms Kemeron kino tarixinin ən uğurlu rejissorlarından biri hesab olunur. Onun "Titanik" və "Avatar" filmləri dünya üzrə ən çox gəlir gətirən filmlər sırasındadır. O, həmçinin "Terminator", "Yadplanetlilər" və "Dərinlik" kimi məşhur filmlərin müəllifidir.
Qeyd edək ki, yaxın zamanda məşhur aktyor Riçard Gir də ABŞ-ı tərk edərək İspaniyaya köçüb. O, Trampın prezident seçilməsi halında ölkəni tərk edəcəyini əvvəlcədən bildirmişdi. /lent.az Son.az
Amerikanın "FedEx" kuryer şirkətinə məxsus təyyarə Newark Hava

Müğənni Cavid Məmmədov Ukraynada səs yarışmasında iştirak etdiyi dövr

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Star

Müğənni Manaf Ağayev mərhum aktrisa Çimnaz Sultanovanın bir neçə günd�

Gəncədə kişi balta və armaturla həyat yoldaşına ölümcül xəsarətlər

Mingəçevirdə yüksək mərtəbəli binada yanğın həyəcanı yaşanıb.

Ezoterik ekspertlər əmindirlər ki, bürcün bütün əlamətləri arasında d

Babası rəhmətə getdiyi gün yarışa çıxan "Səs Azərbaycan"ın

Lənkəranda 10 kiloqram narkotik vasitə və silah-sursat aşkarlanıb.

Biləsuvar rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.
