Lerikdə vəziyyət hələ də acınacaqlıdır


Digərləri 24 Yan 2026 14:03:00 70 0

Lerikdə vəziyyət hələ də acınacaqlıdır

Son günlər qarlı hava şəraitinin yaratdığı fəsadlar Azərbaycanın əksər bölgələrində həllini tapıb unudulsa da, Lerikə yağan qarın yol açdığı problemlər hələ də sakinləri çarəsiz vəziyyətdə qoyub. 

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə sosial mediada çoxsaylı paylaşımlar edilib. 

Belə ki, rayonun Cəngəmiran, Rvarud, Coni, Anzolu və digər kəndlərinin sakinləri çıxılmaz vəziyyətə düşüblər. Vətəndaşlar bildirir ki, rayonla kəndlər arasında nəqliyyat və piyada əlaqəsi kəsilib, kənd sakinləri öz vəsaitləri hesabına əraziyə texnika gətirsə də, bu da yetərsiz olub. Kəndlərə 1.5 metr hündürlüyündə yağan qar elektrik enerjisinin verilişində də fasilələrə yol açıb. Zuvand-Lerik avtomobil yolunun isə 5 gündür yağan qar səbəbi ilə tamamilə bağlandığı qeyd olunub.  

Hətta vəfat edən şəhid bacısı Əntiqə Qənbərova fəsadların nəticəsi, yolların qardan bağlanması səbəbindən 3 gün sonra torpağa tapşırılıb. 

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, 19-21 yanvar tarixlərində Lerik rayonu ərazisində intensiv yağan qarın qalınlığı Lerik şəhərində 1-1,2 metr, dağlıq ərazilərdə isə 1,3-1,5 metr olub: "Nəticədə yaşayış məntəqələrinə gedən avtomobil yolları bağlanıb, ərazilərə elektrik verilişi dayandırılıb. "52 saylı Yol İstismarı İdarəsi" MMC-nin ağır texnikaları ilə 56 km-lik Lənkəran-Lerik avtomobil yolu qardan təmizlənib, avtomobillərin hərəkəti bərpa edilib. Lerik elektrik şəbəkəsi ərazi icra nümayəndələri, bələdiyyələr və ərazidə yaşayan əhalinin köməkliyi ilə elektirik verilişini əsasən bərpa edib.

Ərazilərə gedən əsas magistral avtomobil yolları rayonda olan şəxsi texnikalar və "52 saylı Yol İstismarı İdarəsi" MMC-nin ağır texnikaları cəlb edilməklə təmizlənsə də, 22-23 yanvar və bu gün davam edən külək nəticəsində yenidən bağlanıb.

Hazırda avtomobil yollarının qardan təmizlənməsi ilə bağlı işlər davam etdirilir. Rayonumuzun Çayrud inzibati ərazi dairəsinə gedən avtomobil yolu qardan təmizlənib. Axşam saatlarında əsən külək yolu bağladığından səhər saatlarından yolun təmizlənməsi üçün yenidən texnikalar işə cəlb edilib.

Rayon ərazisində qaz, su, rabitə ilə bağlı ciddi problemlər qeydə alınmayıb. Rayon İcra Hakimiyyəti tərəfindən rayonun bütün əraziləri ilə mütəmadi əlaqələr saxlanılır, qarşıya çıxan problemlərin həlli istiqamətində operativ tədbirlər həyata keçirilir".

Yataq dəsti aylarla təravətli qoxsun deyə nə etmək lazımdır? like
  • 24 Yan 14:00  
Digərləri Yataq dəsti aylarla təravətli qoxsun deyə nə etmək lazımdır?

Hamımız üçün xoş bir duyğudur: yeni yuyulmuş yataq dəsti ilə hazırlan

arrow Ətraflı
Çində ölkənin nüfuzlu hərbi liderlərinə qarşı istintaq başlayıb like
  • 24 Yan 13:50  
Dünya Çində ölkənin nüfuzlu hərbi liderlərinə qarşı istintaq başlayıb

Çində iki yüksək səviyyəli hərbi rəsmin barəsində istintaq açılıb.

arrow Ətraflı
Adnan Əhmədzadənin həbsdə ilk doğum günü  Haradanharaya... like
  • 24 Yan 13:41  
Digərləri Adnan Əhmədzadənin həbsdə ilk doğum günü Haradanharaya...

Beş ay əvvəl həbs xəbəri ilə ölkə gündəmini dəyişən məşhur iş a

arrow Ətraflı
Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb like
  • 24 Yan 13:41  
Digərləri Özünü qaz idarəsinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Xəzər rayonunda naməlum şəxsin evləri gəzərək qaz sayğacının qüsurl

arrow Ətraflı
Mütəxəssis bioenerji ilə müalicənin sirlərini açıqladı like
  • 24 Yan 13:25  
Digərləri Mütəxəssis bioenerji ilə müalicənin sirlərini açıqladı

"Bioenerji ilə müalicə insanın daxili enerji balansını qorumağa, psi

arrow Ətraflı
"Şerloks"da ad günü keçirən şəxs həbs olunub: "Hesab artıq gəlib..." like
  • 24 Yan 13:11  
Digərləri "Şerloks"da ad günü keçirən şəxs həbs olunub: "Hesab artıq gəlib..."

Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsində yerləşən "Şe

arrow Ətraflı
Oturaq həyat tərzi olanların NƏZƏRİNƏ like
  • 24 Yan 13:00  
Digərləri Oturaq həyat tərzi olanların NƏZƏRİNƏ

Zəncəfilin tərkibindəki gingerol maddəsi tromb əleyhinə təsiri ilə tan�

arrow Ətraflı
Əhmədlidə tikintiyə icazə verilməyən ərazidə ağaclar kəsildi, yerinə daş döşəndi like
  • 24 Yan 12:40  
Digərləri Əhmədlidə tikintiyə icazə verilməyən ərazidə ağaclar kəsildi, yerinə daş döşəndi

Bakı şəhəri, Xətai rayonu ərazisində, Əhmədli qəsəbəsində yaşıll�

arrow Ətraflı
Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib like
  • 24 Yan 12:33  
Digərləri Ötən il KOB evlərində sahibkarlara 543 mindən çox xidmət göstərilib

2025-ci ildə sahibkarlara vahid məkanda xidmətlərin göstərildiyi KOB evlə

arrow Ətraflı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq like
  • 24 Yan 12:29  
Digərləri Bazar günü Bakıda 8 dərəcə isti olacaq

Yanvarın 25-də gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Bakının məşhur restoranında ərəb turistin pulu oğurlanıb like
  • 24 Yan 12:28  
Digərləri Bakının məşhur restoranında ərəb turistin pulu oğurlanıb

Bakının Səbail rayonu ərazisində yerləşən "Passage 145" restor

arrow Ətraflı
Türkiyədə yenidən zəlzələ baş verdi like
  • 24 Yan 12:27  
Digərləri Türkiyədə yenidən zəlzələ baş verdi

Türkiyənin Balıkəsir vilayətinin Sındırğı rayonunda 4,1 bal gücündə

arrow Ətraflı
21 yaşlı gənc dəm qazından öldü like
  • 24 Yan 12:18  
Digərləri 21 yaşlı gənc dəm qazından öldü

Qusarda gənc oğlan dəm qazından boğulub.

arrow Ətraflı
Süni intellektə bağlılıq depressiya riskini artıra bilər  ARAŞDIRMA like
  • 24 Yan 12:14  
Digərləri Süni intellektə bağlılıq depressiya riskini artıra bilər ARAŞDIRMA

Sosiallaşmaq üçün süni intellektdən istifadə depressiya və narahatlıqla

arrow Ətraflı
Bakıda narkotikdən istifadə edən sürücü həbs edilib like
  • 24 Yan 11:54  
Digərləri Bakıda narkotikdən istifadə edən sürücü həbs edilib

Bakıda narkotik vasitədən istifadə edən sürücü həbs edilib.

arrow Ətraflı