Fevral ayı ilə bağlı xəbərdarlıq: Kəskin soyuqlar düşəcək, şaxta olacaq, qar yağacaq
Digərləri 23 Yan 2026 20:03:00 81 0
Qış fəslinin son ayı hesab olunan fevral adətən dəyişkən hava, temperatur dalğalanmaları, eləcə də qar və şaxta ilə müşayiət olunur. Xüsusilə, son illərdə müşahidə edilən kəskin hava dəyişiklikləri fonunda bu il fevralda güclü qar yağışı, boran və sərt şaxta ehtimalı vətəndaşları narahat edən əsas məsələlərdəndir.
Bu xəbəri də oxu: Şəhidin atası vəfat etdi
Maraqlıdır, Bakı və Abşeronda fevral ayı sərt qış günləri ilə yadda qalacaqmı?
Son.az xəbər verir ki, hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov konkret.az-a açıqlamasında bildirib ki, uzunmüddətli hava proqnozlarına əsasən, Bakı və Abşeron yarımadasında fevral ayı ərzində dəyişkən hava şəraiti müşahidə olunacaq.
"Ayın əvvəli nisbətən mülayim və sabit hava ilə başlayacaq. Cənub küləkləri üstünlük təşkil edəcəyi üçün qar ehtimalı çox aşağıdır, əsasən yağmursuz hava gözlənilir. Fevral ayının ikinci ongünlüyü (11-20 fevral) ən dəyişkən və soyuq mərhələ hesab olunur. Bakıda şimal-qərb küləklərinin (Xəzri) güclənməsi ilə kəskin soyuqlar gözlənilir. Bu ongünlüyün ortalarından etibarən (təxminən 14-18 fevral arası) yağıntıların əvvəlcə sulu qara, sonra isə qara keçmə ehtimalı yüksəkdir. Şəhərin hündür ərazilərində (Yeni Günəşli, Yasamal, Badamdar) qar örtüyünün yaranması mümkündür".
C.Hüseynov qeyd edir ki, Fevralın son ongünlüyündə "yalançı bahar" və soyuq dalğaların mübarizəsi müşahidə olunur.
"Havanın temperaturlarında tərəddüdlər gözlənilir. Bir neçə gün temperaturun 15°C-dək yüksəlməsi, ardınca isə qısamüddətli yağışlı və soyuq küləkli hava dalğası ehtimal olunur. Qar yağma ehtimalı nisbətən azdır". Son.az
Sabunçu Rayon İcra Hakimiyyətində stuktur dəyişikliyi ilə əlaqədar olar
Röya Ayxanın qardaşı İsmayıl Nəcəfov ilk dəfə ailəsi ilə bağlı dan
İranın Ali rəhbəri Əli Xameneinin nümayəndəsi Məhəmməd Səidi ölkəy
Avtomobili park etmək üçün ya sms göndərməlisən, ya da mobil tətbiq üz
30 il bundan öncə biz azərbaycanlı qardaşlarımız üçün Araz dəhlizini
23 yanvar-27 mart tarixlərində dünya şöhrətli fotoqraf və fotojurnalist R
Bakı şəhərinin Səbail rayonunda evdə yanğın zamanı yanaraq ölən şəx
Bakının Səbail Rayon İcra Hakimiyyəti başçısının bəzi nümayəndəlik
Müğənni Mənzurə Musayeva açıqlaması ilə diqqət çəkib
Caviar "Aladdin" adlı yeni humanoid robotu təqdim edilib.
Ağdam rayonunun Qaradağlı kəndində fəaliyyət göstərən, Məmmədov Rami
"Barlara gedən qızların əksəriyyəti rusca danışır".
Türkiyə Böyük Millət Məclisində pensiyaların artırılması ilə bağlı
Sosial şəbəkələrdə yayılan görüntülərdə Tovuzda ana və övladının
Meyxanaçı Ağamirzə müğənni Türkan Vəlizadə ilə bağlı maraqlı açı
