Bir sıra dönərxanalarda nöqsanlar aşkarlandı FOTO
Digərləri 26 Mar 2025 20:12:00 74 0
Naxçıvan Muxtar Respblikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən dönər satışı həyata keçirilən qida obyektlərində bayram günlərində qida zəhərlənmələrinin qarşısının alınması məqsədi ilə növbəti dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Bu xəbəri də oxu: Ramazandan sonra qidalanma necə olmalıdır?
Muxtar respublikanın müxtəlif ərazilərində baş tutan nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi aparılıb.
Dövlət nəzarəti tədbirləri nəticəsində muxtar respublikada fəaliyyət göstərən 48 dönərxanada monitorinqlər keçirilib.
Monitorinqlər zamanı aşağıda adları qeyd olunan dönərxanalarda nöqsanlar aşkar edilib:
- Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 46 ünvanında fəaliyyət göstərən "Dan Yeri Kafe"; - Naxçıvan şəhəri, Nizami küçəsi, Əcəmi seyrəngahında fəaliyyət göstərən "Tac Dönər"; - Naxçıvan şəhəri, Ə.Qəmküsar küçəsində fəaliyyət göstərən "Qızılay" restoranı; - Naxçıvan şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Sizin Kafe" ; - Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Babayev Nizami Abbas oğluna məxsus dönərxana; - Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi fəaliyyət göstərən Kərimov Əhməd Məhəddin oğluna məxsus dönərxana; - Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Abbasov İlqar Tağı oğluna məxsus dönərxana; - Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən Xəlilov Məmməd Əli oğluna məxsus dönərxana; - Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən "Tac Dönər"; - Naxçıvan şəhəri, Atabəylər küçəsində fəaliyyət göstərən "Real Dönər"; - Naxçıvan şəhəri, Əliabad qəsəbəsində fəaliyyət göstərən Vəliyev Xəyal Əbülfət oğluna məxsus dönərxana; - Naxçıvan şəhəri, Əlincə məhəlləsində fəaliyyət göstərən "Nənəmin Təndiri Dönər"; - Şərur şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən "Ailə Dönər". Aparılmış monitorinqlər zamanı dönərxanalarda əvvəlki tarixdə bişirilmiş bişmiş dönərin yenidən istehlakçıya təqdim olunması üçün soyuducuda saxlanıldığı, üzərində heç bir etiket məlumatları olmayan, yararlılıq müddəti bitmiş məhsullardan istifadə edildiyi, temperatur rejiminə əməl olunmadığı, bəzilərinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Bunun nəticəsi olaraq 21.745 kq bişmiş toyuq əti dönəri, 2.5 kq bişmiş mal əti dönəri, 4.8 kq bibər turşusu, 10.135 kq mayonez məhsulları şübhəli hesab olunduğu üçün, 1 paket göbələk, 16 ədəd alkoqolsuz qazlı içki yararlılıq müddəti bitdiyi üçün toxunulmazlığı təmin edilib, 8 halda bişmiş toyuq əti dönəri, 1 halda bişmiş mal əti dönəri, 2 halda mayonez və 2 halda bibər turşusundan nümunələr götürülərək sınaqların aparılması üçün Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Qida Sınaq Laboratoriyasına təqdim edilib.
Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir. Müvafiq araşdırmalar və aparılan monitorinqlərin növbəti nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcək.
Türkiyəli aktyor Doğukan Polatın yeni serialı bəlli olub.

Bakının Yasmal rayonu, A.Mirzə Şərifzadə küçəsində ("Azon" z

İsrail Qəzza zolağında girovlar azad edilməyincə, HƏMAS hərəkatına tə

"Bütün insanların məni sevib, dinləməyinə ehtiyac yoxdur. Hər müğ

Azərbaycanın rayonlarında martın 27-si gündüz hava şəraitinin bəzi yerl

"Təqaüd dələduzluğu" ilə bağlı daha bir cinayət işinin məhk

Azərbaycanın rayonlarında martın 27-si gündüz hava şəraitinin bəzi yerl

Süni intelektin hər keçən il inkişafı, onun müxtəlif sahələrdə birba�

2025-ci il üçün sevgi ulduz falı üç bürcün taleyüklü görüşlərini p

Yəmənin "Ənsar Allah" hərəkatından olan husi döyüşçülər AB

İtaliyalı tədqiqatçılar Misirin Giza piramidalarının altında 1200 metrd�

Oskar mükafatına layiq görülmüş fələstinli rejissor Hamdan Ballal İsrai

"Kənd məktəblərinə müəllim göndərmək cəza deyil, yeni bir fürs�

Danimarka Müdafiə Nazirliyi 2026-cı ildən qadınları orduya cəlb etməyə

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisinə keçirilən seçkid�
