Azərbaycanda yalnız onlar aptek işlədə biləcək – Yeni


Digərləri 22 Yan 2026 15:55:00 60 0

Azərbaycanda yalnız onlar aptek işlədə biləcək – Yeni

Əczaçılıq fəaliyyəti ilə məşğul olmanın hüquqi əsaslarında dəyişiklik edilib.

Son.az  bildirir ki, bununla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq Qərar imzalayıb.

"Dərman vasitələrinin topdansatışına dair tələblər"

Mövcud qanunvericiliyə görə, fasiləsiz olaraq ixtisasları üzrə 5 ildən çox işləməmiş əczaçılar müvafiq tədris müəssisələrində hazırlıq keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər.

Qərara əsasən, azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar, o cümlədən əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili olan və təhsil müəssisəsini bitirdikdən sonra azı beş il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməmiş əczaçılar Səhiyyə Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində hazırlıq keçdikdən və "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna uyğun olaraq sertifikasiya imtahanından keçdikdən sonra əczaçılıq fəaliyyəti ilə məşğul ola biləcəklər.

"Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması Qaydaları"

Mövcud qanunvericiliyə görə, aptekdən həkim resepti ilə buraхılan dərman vasitələrinin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" Qanuna uyğun olaraq sertifikasiyadan keçmiş əczaçılıq təhsilinə malik mütəxəssis tərəfindən, reseptsiz buraxılan dərman vasitələrinin və digər tibb təyinatlı malların satışı ali və ya orta əczaçılıq təhsilinə malik mütəхəssislər tərəfindən həyata keçirilir.

Qərara əsasən, aptekdən reseptlə və ya reseptsiz buraxılan dərman vasitələrinin, o cümlədən digər tibb təyinatlı malların satışı "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun tələblərinə uyğun olaraq sertifikasiya şəhadətnaməsi qüvvədə olan əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış əczaçılar tərəfindən həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, qərar yanvarın 6-da qəbul edilib, yanvarın 14-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, yanvarın 15-də qüvvəyə minib.

Davosda İlham Əliyev ilə Donald Tramp arasında görüş keçirilib like
  • 22 Yan 15:51  
Siyasət Davosda İlham Əliyev ilə Donald Tramp arasında görüş keçirilib

Son.az xəbər verir ki, yanvarın 22-də Davosda Azərbaycan Respublikasının

arrow Ətraflı
Davosda İlham Əliyevlə Donald Tramp arasında səmimi dialoq like
  • 22 Yan 15:45  
Siyasət Davosda İlham Əliyevlə Donald Tramp arasında səmimi dialoq

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ Prezid

arrow Ətraflı
Yeni global reallıqlar çərçivəsində Azərbaycanın mövqeyləri möhkəmlənir like
  • 22 Yan 15:36  
Digərləri Yeni global reallıqlar çərçivəsində Azərbaycanın mövqeyləri möhkəmlənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 20 yanvar tari

arrow Ətraflı
3000 abonentin qazı kəsiləcək like
  • 22 Yan 15:18  
Digərləri 3000 abonentin qazı kəsiləcək

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində 3000 abonentin qaz təchi

arrow Ətraflı
Hər bir işdə bəxti gətirəcək BÜRCLƏR – ulduzlar onlardan yanadır like
  • 22 Yan 15:15  
Digərləri Hər bir işdə bəxti gətirəcək BÜRCLƏR – ulduzlar onlardan yanadır

Astroloqların şərhlərinə görə, yaxın dövrdə bəzi bürclər üçün ş

arrow Ətraflı
Ötən il korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb like
  • 22 Yan 15:14  
Digərləri Ötən il korrupsiya cinayəti törədən 18 şəxs cinayət başında yaxalanıb

Ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsin

arrow Ətraflı
Nərimanovda faciəvi şəkildə ölən 19 yaşlı Ramalın like
  • 22 Yan 15:11  
Digərləri Nərimanovda faciəvi şəkildə ölən 19 yaşlı Ramalın

Ötən gecə Bakının Nərimanov rayonunda baş vermiş ağır yol qəzasında�

arrow Ətraflı
Azərbaycanda ötən il cinayət işləri üzrə 27 milyon manatlıq əmlak üzərinə həbs qoyulub like
  • 22 Yan 15:09  
Digərləri Azərbaycanda ötən il cinayət işləri üzrə 27 milyon manatlıq əmlak üzərinə həbs qoyulub

Ötən il istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikd�

arrow Ətraflı
Aysun atasına "QOVUŞDU" like
  • 22 Yan 15:01  
Şou-biznes Aysun atasına "QOVUŞDU"

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın atası Yaşa

arrow Ətraflı
Davosda "Sülh Şurasının Nizamnaməsi" imzalanıb like
  • 22 Yan 14:46  
Siyasət Davosda "Sülh Şurasının Nizamnaməsi" imzalanıb

Davosda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Trampı

arrow Ətraflı
Azərbaycanlı məşhurların toy FOTOları müzakirə yaratdı like
  • 22 Yan 14:45  
Şou-biznes Azərbaycanlı məşhurların toy FOTOları müzakirə yaratdı

Azərbaycanlı məşhurların toy fotoları sosial şəbəkələrdə marağa sə

arrow Ətraflı
"Azparkinq"də ödəniş etsəniz belə, cərimə gələ bilər – AÇIQLAMA like
  • 22 Yan 14:29  
Digərləri "Azparkinq"də ödəniş etsəniz belə, cərimə gələ bilər – AÇIQLAMA

"Azparkinq" xidmətindən istifadə edən vətəndaşlar yeni problem

arrow Ətraflı
Hamı Sülh Şurasının bir hissəsi olmaq istəyir  Tramp like
  • 22 Yan 14:25  
Siyasət Hamı Sülh Şurasının bir hissəsi olmaq istəyir Tramp

Hamı Sülh Şurasının bir hissəsi olmaq istəyir.

arrow Ətraflı
Putin Qrenlandiyanın "qiymətini" açıqladı like
  • 22 Yan 14:13  
Dünya Putin Qrenlandiyanın "qiymətini" açıqladı

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Qrenlandiya satışa çıxarıls

arrow Ətraflı