Niyə Bakının bir tərəfinə qar yağdı, o biri tərəfinə yox? AÇIQLAMA


Digərləri 21 Yan 2026 10:39:00 72 0

Niyə Bakının bir tərəfinə qar yağdı, o biri tərəfinə yox?  AÇIQLAMA

Bakının bir hissəsi ağ örpəyə bürünüb, digər tərəfi isə yox. Bakının müxtəlif nöqtələrində eyni saatlarda kəskin fərqlənən hava şəraiti müşahidə edilib və bəzi yüksəkliklərdə nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Son.az xəbər verir ki, Yeni Günəşli kimi hündür ərazilərdə güclü qar yağaraq yerdə qaldığı halda, Xırdalan və Binəqədi istiqamətində yalnız sulu qar və kəskin soyuq qeydə alınıb. Şəhərin bir hissəsində yolların buz bağlaması və qarın yaratdığı tıxaclar sürücülər üçün ciddi çətinliklər yaratsa da, mərkəzə yaxın və nisbətən alçaq ərazilərdə cəmi bir neçə kilometr məsafədə tam fərqli mənzərə hökm sürüb. Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib ki, Bakıda qarın şəhərin bir hissəsinə yağıb, digər hissəsinə isə yağmaması tamamilə təbii hadisədir: "Bakı çox mürəkkəb mikroiqlim zonalarına malik şəhərdir və qısa məsafələrdə belə hava şəraiti kəskin fərqlənə bilər. Əvvəla, əsas amil temperatur fərqidir. Yeni Günəşli, Xətai və Suraxanı istiqamətində yer səthinin temperaturu qısa müddətdə 0°C-dən aşağı düşüb. Bu səbəbdən yağıntı qar şəklində yerə enib və örtük formalaşdırıb. Xırdalan və Abşeron yarımadasının bəzi şimal-qərb hissələrində isə temperatur 0°C-dən bir qədər yuxarı qalıb, yağıntı ya yağış, ya da sulu qar formasında düşüb və yerə düşən kimi əriyib". O əlavə edib ki, digər mühüm səbəb küləyin istiqaməti və sürətidir: "Qar gətirən hava kütlələri bu dəfə əsasən Xəzər dənizi üzərindən, cənub-şərq və şərq istiqamətindən daxil olub. Bu axın ilk olaraq Bakı şəhərinin şərq və cənub-şərq ərazilərinə o cümlədən Yeni Günəşliyə təsir göstərib. Qar yağmayan yerlər isə isə küləyin kölgəsində qaldığı üçün yağıntının intensivliyi zəif olub. Burada əsas amil relyef və şəhər sıxlığıdır. Xırdalan Bakıdan nisbətən hündürdə yerləşsə də, ərazi daha açıq və küləyə məruz qaldığından qar örtüyü tez dağılıb. Sıx tikililər, asfalt örtüyü və nəqliyyat axını olan ərazilərdə yer səthi daha isti olur və qarın qalıcı olması çətinləşir. Yeni Günəşlidə isə bəzi məhəllələrdə küləkdən nisbətən qorunan sahələr qarın yığılmasına imkan verib. Bakıda bir neçə kilometr məsafədə belə tam fərqli qış mənzərələrinin yaranması ölkəmiz üçün olduqca xarakterik hadisədir". Qeyd edək ki, bu hal illər öncə də Bakıda yaşanmışdı.(Demokrat.az)

Şəbnəm Tovuzlunun makiyajsız görüntüsü MÜZAKİRƏ YARATDI like
  • 21 Yan 10:30  
Şou-biznes Şəbnəm Tovuzlunun makiyajsız görüntüsü MÜZAKİRƏ YARATDI

Müğənni Şəbnəm Tovuzlu makiyajsız görüntüsü ilə sosial şəbəkələ

arrow Ətraflı
Əməliyyat masasından məhkəmə zalına – Ali Məhkəmədən qərar like
  • 21 Yan 10:25  
Digərləri Əməliyyat masasından məhkəmə zalına – Ali Məhkəmədən qərar

Məlum olduğu kimi, yaşamaq hüququ insanın doğulduğu andan malik olduğu t

arrow Ətraflı
Qrenlandiya transatlantik dövrün sonunun başlanğıcına çevrildi like
  • 21 Yan 10:25  
Siyasət Qrenlandiya transatlantik dövrün sonunun başlanğıcına çevrildi

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
20 ilin ərarvadı bacıqardaş çıxdı: like
  • 21 Yan 10:11  
Digərləri 20 ilin ərarvadı bacıqardaş çıxdı:

Braziliyada bir cütlüyün ailə hekayəsi qəfil şokedici bir fakta çevrilib

arrow Ətraflı
Qrenlandiya üzərində niyə bu qədər "QIRĞIN" gedir? like
  • 21 Yan 10:07  
Dünya Qrenlandiya üzərində niyə bu qədər "QIRĞIN" gedir?

Son illər Qrenlandiya böyük dövlətlərin diqqət mərkəzinə çevrilib.

arrow Ətraflı
"Mən olmasaydım, NATO "tarixin zibilliyində" idi" like
  • 21 Yan 10:00  
Dünya "Mən olmasaydım, NATO "tarixin zibilliyində" idi"

ABŞ Prezidenti Donald Tramp NATO-nun mövcudluğunu məhz öz fəaliyyəti ilə

arrow Ətraflı
Qarlı hava şəraitində respublikanın avtomobil yollarında SON VƏZİYYƏT like
  • 21 Yan 09:54  
Digərləri Qarlı hava şəraitində respublikanın avtomobil yollarında SON VƏZİYYƏT

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində m�

arrow Ətraflı
Bəzi istiqamətlərdə avtobuslar gecikə bilər  XƏBƏRDARLIQ like
  • 21 Yan 09:49  
Digərləri Bəzi istiqamətlərdə avtobuslar gecikə bilər XƏBƏRDARLIQ

Ölkə ərazisində müşahidə edilən qarlı və şaxtalı hava şəraiti ilə

arrow Ətraflı
"Tacir kimi oxuyanlar çoxdur, Ədalətdən isə YOXDUR" like
  • 21 Yan 09:45  
Şou-biznes "Tacir kimi oxuyanlar çoxdur, Ədalətdən isə YOXDUR"

Aşıq Namiq Fərhadoğlu son açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Azərbaycan Trampın Sülh Şurasına üzvlük dəvətini qəbul etdi like
  • 21 Yan 09:40  
Siyasət Azərbaycan Trampın Sülh Şurasına üzvlük dəvətini qəbul etdi

16 yanvar tarixində ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxa

arrow Ətraflı
Tramp mətbuat konfransını yarımçıq kəsib Ərdoğana zəng elədi:Nə danışdılar? like
  • 21 Yan 09:39  
Dünya Tramp mətbuat konfransını yarımçıq kəsib Ərdoğana zəng elədi:Nə danışdılar?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp

arrow Ətraflı
Faiq Əhmədov vəzifəsindən azad edildi  YENİ TƏYİNAT like
  • 21 Yan 09:26  
Digərləri Faiq Əhmədov vəzifəsindən azad edildi YENİ TƏYİNAT

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) kadr dəy

arrow Ətraflı
Azərbaycanda iki valyuta BAHALAŞDI like
  • 21 Yan 09:20  
Digərləri Azərbaycanda iki valyuta BAHALAŞDI

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Bakıda dəm qazı daha bir can aldı like
  • 21 Yan 09:15  
Digərləri Bakıda dəm qazı daha bir can aldı

Bakıda 36 yaşlı kişi dəm qazından boğularaq ölüb.

arrow Ətraflı