Dişlərin sayı və vəziyyəti ömür uzunluğuna təsir edir ARAŞDIRMA
Digərləri 17 Yan 2026 11:30:00 69 0
Yaponiyanın Osaka Universitetinin alimləri 75 yaş və üzəri 190 mindən çox şəxsin sağlamlıq və diş məlumatlarını təhlil edərək maraqlı nəticə əldə ediblər.
Bu xəbəri də oxu: Yeni sədr Əfqan Cəlilov kimdir? DOSYE
Son.az-ın məlumaına görə, araşdırma göstərib ki, ağızdakı sağlam və plomb edilmiş dişlərin sayı ölüm riskini proqnozlaşdırmaqda əsas göstəricidir. Çürük və ya itirilmiş dişlərin çoxluğu isə erkən ölüm riski ilə birbaşa əlaqəlidir.
Alimlər bildiriblər ki, dişlərin müalicə edilərək qorunması təkcə ağız sağlamlığına deyil, ümumi orqanizm sağlamlığına da müsbət təsir göstərir.
ScienceAlert nəşrinin məlumatına görə, tədqiqatçılar çatışmayan və ya çürük dişlərin erkən ölümə səbəb ola bilməsini izah edən iki əsas mexanizm üzərində dayanırlar.
Bunlardan biri xroniki iltihabdır. Diş çürükləri və diş əti problemləri orqanizmdə xroniki iltihaba səbəb ola bilər və bu vəziyyət digər orqanlara da yayıla bilər.
Digər səbəb isə qidalanma problemləridir. Diş sayının azalması çeynəməni çətinləşdirir, bu da sağlam və balanslı qidalanmanı mümkünsüz edərək ümumi sağlamlığa mənfi təsir göstərir.
Xəbərdarlıq edilib ki, yaşlılıq dövründə təkcə dişlərin sayı deyil, onların klinik vəziyyətinin mütəmadi izlənməsi daha uzun və sağlam həyat üçün kritik əhəmiyyət daşıyır.
Mina Mikayılova Son.az
Qanunvericilikdə natamam iş vaxtı anlayışı təkmilləşdirilib.
Məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətlİ işçilərin siya
Laçın şəhərində inşası nəzərdə tutulan yeni kanat yolu layihəsi üzr
Araşdırmalar göstərib ki, hücumçular təxminən 15 metr məsafədən Bluet
Antalyanın Manavgat rayonunda 21 yaşlı Azərbaycan vətəndaşı Tanverdi Sal
ABŞ-nin sabiq prezident Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin əl�
Ailə problemləri üzündən son illərdə tez-tez gündəmə gələn türkiyə
Maqnit fırtınalarının sayının artması 2028-ci ilə qədər davam edə bil
Bu gündən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və 595
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yanvarın 17-dən 22-
Yanvarın 17-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 11 sayl�
Tovuz rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.
"Efirdə oxuyub gedirəm, mənə pul verirlər? Yox.. Mən maaş alıram, o
