“Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir” Yunus Oğuz


Digərləri 12 Yan 2026 12:52:00 79 0

“Dünya artıq Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir”  Yunus Oğuz

"Dünya artıq  Amerikanın timsalında birqütblü idarəetməyə doğru gedir. Yəni faktiki olaraq  ABŞ Rusiyanı və Çini sıradan çıxarıb və dünyanı təkbaşına idarə etmək istəyir. Təbii ki, bunun əsas səbəbi təkcə geosiyasət deyil, həm də geoiqtisadiyyat və geostrateji vəziyyətdir. Bu gün dünyada üç əsas resurs uğrunda mübarizə gedir: enerji resursları,  təbii sərvət və mədən ehtiyatları, bir də su hövzələri. Hazırda hər biri uğrunda qlobal miqyasda mübarizə aparılır". 

Son.az xəbər verir ki, bu fikirləri yazıçı-publisist,  siyasi şərhçi  Yunus Oğuz Olaylar.az-a açıqlamasında söyləyib:

"Bu gün İranla bağlı çox ciddi proseslər baş verir. Birinci faktor İranın daxilində xalqdır - insanlar ayağa qalxır. İkinci faktor Amerikadır. ABŞ  İranla  Çin arasında gizli neft ticarətinin qarşısını almaq istəyir.  Amerika çox yaxşı bilir ki, əgər  Çini  ram  etmək  istəyirsə onda  olmayan enerji  resurslarının  qarşısını  almalı və  İranla     birbaşa  danışıqlar  aparmaq  lazımdı. Amerika  İranda  siyasi  və  ideoloji  rejimi  birmənalı  şəkildə  dəyişmək  istəyir. Amma  Çin  dəyişmək  istəmir.  Bilirsiniz  ki,  Çindən və  Hindistandan  üç  marşrut  üzrə məhsul  daşınır. Bunlardan  biri  baha  da  olsa  Qırmızı  dəniz  üzərindən, ikincisi demək olar  ki, artıq  Rusiya  sıradan  çıxarılıb. Üçüncü marşrut Şimal Buzlu okeanı üzərindən həyata keçirilir ki, bu da xeyli xərc tələb edir. Dördüncü marşrut isə Çinin təklif etdiyi "Bir kəmər, bir yol" layihəsidir və bu yol  Azərbaycandan keçir. Məhz bu səbəbdən  Azərbaycan geosiyasi baxımdan mühüm mövqedədir.   Azərbaycan  isə  dünyada  şaxələndirilmiş  yaşıl  enerji  layihəsini  həyata  keçirir. Amerika istəmir ki, İran kimi ideoloji rejimə malik bir ölkənin  sərhədləri   üzərindən məhsullar daşınsın. Bu onun üçün strateji risk yaradır.  Maraqlı tərəfi odur ki, bu məsələdə Rusiya   İranın əleyhinə mövqe tutur. Nəyə  görə? Çünki əgər Amerika İran-Çin neft axınını kəsərsə, Rusiya Çinə daha çox neft sata biləcək.    Ona görə də ABŞ  İranla bağlı birbaşa danışıqlar və ya təzyiqlər yolu ilə bu axını dayandırmaq niyyətindədir. Burada başqa bir aktor da var - Avropa. Tramp Qrenlandiya mövzusu ilə Avropanın diqqətini yayındırır və bu məsələ istəsə də, istəməsə də Avropanı parçalayır. Dördüncü güclü faktor isə Türkiyədir. Türkiyədə də siyasi rejimi dəyişmək istəyən qüvvələr var. Lakin ölkənin daxili problemləri mövcuddur - xüsusilə kürd məsələsi. Türkiyə hazırda diqqətini əsasən Suriyaya yönəldib, amma İranı da yaxından izləyir. Əsas sual budur: bu aktorlar bir-biri ilə necə razılaşacaqlar?

Bilirsiniz ki, məsələn Çin Venesuela neftinin təxminən 80 faizini alırdı. İndi bunu Amerika satacaq. Eyni ssenari İran üçün də hazırlanır: Çin neft almaq istəyəndə  onu Amerikadan alsın. Ona görə də düşünürəm ki, gec-tez  ABŞ İrana müdaxilə edəcək. Ola bilsin, bu çox yaxın zamanda baş versin. Bu müdaxilə nəticəsində Amerika İranda ideoloji və siyasi rejimi dəyişəcək. Əgər İran buna razı olmazsa, vəziyyət çox ağırlaşacaq.  İran siyasi və iqtisadi islahatlara getsə federativ dövlət yaranacaq. Molla rejimi də bunu istəmir, çünki son nəticədə, bu ölkənin parçalanması deməkdir.Ona görə də,dövləti xalqlar həbsxanasına çevirib. Şahın oğlunun hakimiyyətə gətirilməsi məsələsi də gündəmdədir. Məncə, bu daha çox İsrailin oyunudur. Amma Tramp açıq şəkildə bildirib ki, "ondan dövlət başçısı olmaz".


Xəbərə aid fotolar

Şamaxıdakı zəlzələ Bakıda ola bilər?  Qurban Yetirmişli AÇIQLADI like
  • 12 Yan 12:50  
Digərləri Şamaxıdakı zəlzələ Bakıda ola bilər? Qurban Yetirmişli AÇIQLADI

Şamaxıda qeydə alınan zəlzələlər əhali arasında narahatlıq yaradıb.

arrow Ətraflı
KOBİA Zərdabda sahibkarları dinlədi like
  • 12 Yan 12:48  
Digərləri KOBİA Zərdabda sahibkarları dinlədi

Tədbirdə Zərdab rayonunda dövlət dəstəyi alətlərindən istifadə olunma

arrow Ətraflı
Abşeronda təhlükəli ərazi PLANA DÜŞDÜ  yüksək məbləğdə kompensasiya ödəniləcək like
  • 12 Yan 12:38  
Digərləri Abşeronda təhlükəli ərazi PLANA DÜŞDÜ yüksək məbləğdə kompensasiya ödəniləcək

Abşeron rayonunun Məmmədli kəndində, Həsənbəy Ağayev və Ziya Bünyado

arrow Ətraflı
Saba Tümer məşhur serialda rol alacaq like
  • 12 Yan 12:30  
Şou-biznes Saba Tümer məşhur serialda rol alacaq

"Kızılcık şerbeti" serialında məşhur aparıcı Saba Tümer də

arrow Ətraflı
Yas məclisləri ilə bağlı QƏRAR like
  • 12 Yan 12:24  
Digərləri Yas məclisləri ilə bağlı QƏRAR

Azərbaycanda yas mərasimləri keçirilərkən süfrə açılması, ehsan veril

arrow Ətraflı
Tələbənin vəfatı ilə bağlı dövlət qurumları araşdırmaya başladı like
  • 12 Yan 12:19  
Digərləri Tələbənin vəfatı ilə bağlı dövlət qurumları araşdırmaya başladı

Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırma ba

arrow Ətraflı
Elnur Qasımov müdir təyin olundu like
  • 12 Yan 12:15  
Digərləri Elnur Qasımov müdir təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğu

arrow Ətraflı
Ağadadaş Ağayevi döyən Nurəddin Cəlilov cəzadan azad olundu like
  • 12 Yan 12:10  
Kriminal Ağadadaş Ağayevi döyən Nurəddin Cəlilov cəzadan azad olundu

Xalq artisti Ağadadaş Ağayevlə dava etdiyinə görə azadlıqdan şərti mə

arrow Ətraflı
Tələbə dərs vaxtı öldü like
  • 12 Yan 12:07  
Digərləri Tələbə dərs vaxtı öldü

Gəncədə tələbə dərs vaxtı qəfil vəfat edib.

arrow Ətraflı
Prezidentin sədrliyi ilə su təchizatı və tullantı sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramına həsr olunan müşavirə keçirilib  FOTO like
  • 12 Yan 12:01  
Siyasət

Yanvarın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədr

arrow Ətraflı
Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR like
  • 12 Yan 12:00  
Digərləri Bakının kəndlərində torpağı olanlara ŞAD XƏBƏR

Ötən il Bakının bütün rayonlarında torpaq sahələrinin qiymətində art�

arrow Ətraflı
"Kişidən kiçik hədiyyə götürmürəm, maşın, ya ev OLMALIDIR" like
  • 12 Yan 12:00  
Şou-biznes "Kişidən kiçik hədiyyə götürmürəm, maşın, ya ev OLMALIDIR"

Kanal S TV-də yayımlanan "Aysu ilə Şou" verilişinin aparıcısı

arrow Ətraflı
Müsavat funksionerinin 26 yaşlı oğlu qəzada öldü like
  • 12 Yan 11:56  
Digərləri Müsavat funksionerinin 26 yaşlı oğlu qəzada öldü

Bir neçə gün əvvəl Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində

arrow Ətraflı
Mənzurə Musayevanın  baş həkim qardaşı İŞDƏN ÇIXARILDI like
  • 12 Yan 11:22  
Şou-biznes Mənzurə Musayevanın baş həkim qardaşı İŞDƏN ÇIXARILDI

Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi Mətləb Musayev tut

arrow Ətraflı