Xarici işlər nazirinin müavini İƏTin Somali ilə bağlı fövqəladə iclasında iştirak edib
Siyasət 11 Yan 2026 10:36:00 63 0
10 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Yalçın Rəfiyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının Somali ilə bağlı fövqəladə iclasında iştirak edib.
Bu xəbəri də oxu: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yalnız hərbi yolla bərpa edilə bilərdi
Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İƏT-in mənzil qərargahında baş tutmuş fövqəladə iclasın məqsədi Somalinin "Somalilənd" bölgəsinin müstəqil dövlət kimi tanınmasına qarşı Somalinin suverenliyi və ərazi bütövlüyünə dəstək vermək, habelə bu istiqamətdə atıla biləcək birgə addımları müzakirə etmək olub.
İclasda çıxış edən Y.Rəfiyev Azərbaycan Respublikasının Somali Federal Respublikasının suverenliyinə, milli birliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib. Nazir müavini İƏT-in Somali üzrə Təmas Qrupunun fəal üzvü kimi Azərbaycanın beynəlxalq ictimaiyyətin, o cümlədən İƏT üzv ölkələrinin məsələ ilə bağlı kollektiv səylərini dəstəkləyəcəyini nəzərə çatdırıb.
Ölkəmizin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi vurğulanaraq müxtəlif regionlarda, o cümlədən Afrika Buynuzu və Qırmızı dəniz hövzəsində sülh, sabitlik və təhlükəsizliyin bərqərar olması üçün məsuliyyətli və beynəlxalq hüquq çərçivəsində davranmağın əhəmiyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış edilib.
İƏT xarici işlər nazirlərinin 22-ci fövqəladə iclasının sonunda üzv dövlətlər tərəfindən Somali və onun ərazi bütövlüyünə birmənalı və qətiyyətli dəstək ifadə edən qətnamə qəbul olunub.
İranda hökumət əleyhinə aksiyalar artıq iki həftədir ki, davam edir və
Maliyyə davranışı ilə bağlı araşdırmalar göstərir ki, insanların gə
Yaponiyanın şimal-şərq bölgəsində 5,1 bal gücündə zəlzələ qeydə al
Kanada ABŞ Prezidenti Donald Trampın son vaxtlar atdığı aqressiv addımlar
Soyuq havalarda otaqdakı isti hava ilə soyuq pəncərə şüşəsi qarşılaş
Enerji xərclərinin artdığı bir dövrdə bir çox insan alternativ isinmə �
Çox vaxt yumurtanı qaynatdıqdan sonra sadəcə kənara qoyub soyumasını gö
Uşaqlıq dövründə tez-tez rast gəlinən hərarət təkcə uşağın bədə
Mətbəxdə çox vaxt itirmədən, lakin restorandakı kimi ləzzətli bir şam
"Samsung Electronics" şirkəti 2025-ci ilin üçüncü rübündə hə
Dadı və müalicəvi faydaları ilə dünyada getdikcə populyarlaşan bir meyv
Rusiyalı qastroenteroloq Anna Menşikova qəbizliyə səbəb olan gündəlik v�
Havaların soyuması ilə birlikdə artan təbii qaz ödənişləri bir çox ins
Bakıda yeni yolun çəkilişinə hazırlıq işlərinə başlanılıb.
ABŞ Prezidenti Donald Trampın administrasiyası İrana qarşı mümkün zərb�
