Azərbaycandakı dini konfessiya rəhbərləri Starmerə müraciət ünvanladılar


Digərləri 25 Mar 2025 13:29:00 80 0

Azərbaycandakı dini konfessiya rəhbərləri Starmerə müraciət ünvanladılar

Azərbaycandakı dini konfessiya rəhbərləri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerə müraciət ünvanlayıblar.

Son.az müraciəti təqdim edir:

-Hörmətli Baş nazir,

Müxtəlif dinlərə mənsub insanların tarixən birlikdə sülh və harmoniya şəraitində yaşadıqları Azərbaycanın dini liderləri olaraq, Birləşmiş Krallıqdakı və İrlandiyadakı erməni kilsəsinin Yeparxiyasının rəhbəri yepiskop Ovakim Manukyanın və Böyük Britaniyanın bir neçə bəzi din xadimi ilə birgə Sizə ünvanladığı və yanlışlıq yaradan son məktubla bağlı dərin narahatlığımızı bildirmək üçün Sizə müraciət edirik. Bölgəmizdəki siyasi hadisələrə din prizmasından baxaraq, bu məktub yanlış məlumatlar ehtiva edir və açıq şəkildə Ermənistanla Azərbaycan arasında mövcud sülh prosesini təhlükəyə atmaq səylərinin bir hissəsidir.

Ermənistanla Azərbaycan arasında münaqişənin yeganə səbəbi 30 ildən artıqdır ölkəmizin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı olub. İndi Azərbaycan öz ərazilərini azad etdikdən, beynəlxalq səviyyədə tanınmış sərhədləri boyunca suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra münaqişə başa çatdı.

Hazırda Azərbaycanda məhkəmə qarşısına çıxan erməni vətəndaşlar "əsir" və ya "hərbi əsir" deyillər. 1991-2023-cü illərdə, eləcə də SSRİ-nin son illərində Ermənistanın Azərbaycana hərbi təcavüzü çərçivəsində azərbaycanlılara qarşı ağır hərbi cinayətlər törətdiklərinə dair çoxsaylı etibarlı və konkret sübutlar mövcuddur. BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc edilmiş "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi cinayətlər və Ermənistan Respublikasının məsuliyyəti haqqında" 2019-cu il üzrə hesabatda (a/74/676 - S/2020 / 90) ermənilərin işğal zamanı törətdikləri insanlıq əleyhinə cinayətlər haqqında ətraflı məlumat verilir: https://t.co/bSVDxuJYSZ

Bəzi şəxslərin əsassız iddialarına baxmayaraq, bu şəxslərin vəkil hüququ təmin olunur, heç vaxt hər hansı bir pis rəftardan şikayət etməyiblər və məhkəmə prosesləri şəffaf şəkildə aparılır. Bu yaxınlarda - martın 13-də BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun rəyində (a/HRC/VGAD/2024/46) Ruben Vardanyan işi üzrə ədalətli məhkəmə icraatından imtina edilməsi barədə iddialar rədd olundu, məhkəmə prosedurları isə beynəlxalq standartlara uyğun olaraq qəbul edildi.

Bu məhkəmə prosesi günahsız təcavüz qurbanlarının hüquqlarının təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi və hərbi təcavüzdə, insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi üzrə Azərbaycanın münaqişədən sonrakı səylərinin bir hissəsidir. Ona görə də bu erməni şəxslərin azad edilməsi çağırışları müharibə cinayətlərinin qurbanı olmuş minlərlə azərbaycanlıya hörmətsizlik, eləcə də Azərbaycanın məhkəmə sisteminə müdaxilə əlamətidir. Bu çağırışlar həmçinin beynəlxalq normaların, eləcə də insanlığın əsas prinsiplərinin təhqir və pozulmasıdır. Cəzasızlıqla barışmaq olmaz.

Hörmətli Baş nazir, Azərbaycan dünyada dini və mədəni müxtəlifliyin mənəvi sərvət kimi qəbul edildiyi unikal məkandır. Multikulturalizm Azərbaycanda dövlət siyasətidir və biz fəxr edirik ki, dünyada etnik, dini, irqi ayrı-seçkiliyin gücləndiyi bir vaxtda Azərbaycan müsəlmanların, xristianların, yəhudilərin və digər konfessiyaların nümayəndələrinin harmoniya, firavanlıq şrəaitində necə bir yerdə yaşamalarının nümunəsi kimi çıxış edir.

Hamımız bilirik ki, eyni şey İngiltərə üçün də xasdır. Burada inklüzivlik, inteqrasiya və qarşılıqlı hörmətə sadiqlik həyatın bütün təbəqələrindən olan insanların inkişaf etmələrinə və harmoniyada yaşamalarına imkan verdi.

Böyük Britaniyada yaşayan və inkişaf edən Azərbaycan icması Britaniya cəmiyyətinin qonaqpərvərliyinin və həmrəyliyinin bariz nümunəsidir. Ermənistanla Azərbaycan arasında əvvəlki münaqişənin dinlə heç bir əlaqəsi yoxdur.

Təəssüf ki, bəzi erməni din xadimləri sülh prosesini pozmaq üçün Ermənistan ilə Azərbaycan arasında əvvəlki münaqişə kontekstində ixtilaf doğuran dini ritorikadan istifadə ediblər.

Erməni cəmiyyətindəki bu daxili fikir ayrılıqlarının indi başqa ölkələrə yayılması təəccüblü olmasa da, London arxiyepiskopu və Böyük Britaniyanın bəzi digər dini liderlərinin yalan şərhlər əsasında bölgəmizdə siyasi müzakirələrə cəlb edilməsi narahatlıq doğurur.

Ermənistan və Azərbaycan 2020-ci ildən intensiv sülh danışıqları aparırlar. Nəzərəçarpan irəliləyiş olsa da, bir neçə məsələ həll edilməmiş qalır. Biz Böyük Britaniyaya Ermənistanla Azərbaycan arasında keçmiş münaqişəyə dair balanslaşdırılmış mövqeyinə və regionumuzda mövcud sülh prosesini dəstəklədiyinə görə minnətdarıq. Biz əminik ki, Böyük Britaniya hökuməti Azərbaycanın regionda möhkəm sülhün bərqərar olması, eləcə də öz vətəndaşları üçün ədalətin təmin edilməsi üzrə səylərini bundan sonra da dəstəkləyəcək. Son dərəcə məsuliyyətli işinizdə Sizə ən xoş arzularımızı bildirir, Birləşmiş Krallıq xalqının daha da çiçəklənməsi və rifahı üçün dua edirik.

Səmimiyyətlə,

Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu

Milix Yevdayev Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr Şarovski Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili Alban-Udi Xristian Dini İcmasının sədri

Zamir İsayev Bakıdakı Sefarad Yəhudi Dini İcmasının rəhbəri.

"Onsuzda bilir onu sevdiyimi" like
  • 25 Mar 13:20  
Şou-biznes "Onsuzda bilir onu sevdiyimi"

"Avroviziya" təmsilçilərimizdən olan müğənni Samirə Əfəndi a

arrow Ətraflı
Maskın keçmiş müğənni arvadı ölümcül diaqnozunu AÇIQLADI like
  • 25 Mar 13:09  
Dünya Maskın keçmiş müğənni arvadı ölümcül diaqnozunu AÇIQLADI

Amerikalı ixtiraçı və milyarder İlon Maskın keçmiş həyat yoldaşı, mü

arrow Ətraflı
Bəy toy gecəsi gəlini o qədər döydü ki... like
  • 25 Mar 13:07  
Digərləri Bəy toy gecəsi gəlini o qədər döydü ki...

Almaniyada bəy toydan sonra gəlini döydükdən sonra toy gecəsini polis nəz

arrow Ətraflı
O mesajlardan sonra istefa verə bilər like
  • 25 Mar 12:59  
Dünya O mesajlardan sonra istefa verə bilər

ABŞ-nin Yəmənə zərbələri ilə bağlı məlumat sızması xəbərindən 

arrow Ətraflı
"90dan çox kostyumum var"  VİDEO like
  • 25 Mar 12:39  
Şou-biznes "90dan çox kostyumum var" VİDEO

Müğənni və meyxanaçı maraqlı etiraf edib.

arrow Ətraflı
Səhvən hökumətin mesaj qrupuna salınan jurnalist məxfi məlumatları gördü like
  • 25 Mar 12:38  
Dünya Səhvən hökumətin mesaj qrupuna salınan jurnalist məxfi məlumatları gördü

ABŞ-də jurnalistin səhvən yüksəkvəzifəli şəxslərin olduğu qrupa əla

arrow Ətraflı
Ev almaq istəyənlərin NƏZƏRİNƏ: 1000dən çox mənzil satışa çıxarılır like
  • 25 Mar 12:28  
Digərləri Ev almaq istəyənlərin NƏZƏRİNƏ: 1000dən çox mənzil satışa çıxarılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) bir sıra mənzillə

arrow Ətraflı
Sabahdan hava istiləşir like
  • 25 Mar 12:25  
Digərləri Sabahdan hava istiləşir

Sabahdan havanın temperaturu yüksələcək, 18 dərəcə isti olacaq. 

arrow Ətraflı
Yeltsinə suiqəsd edən şəxs TAPILDI: elə yerdə işləyirmiş ki.... like
  • 25 Mar 12:18  
Digərləri Yeltsinə suiqəsd edən şəxs TAPILDI: elə yerdə işləyirmiş ki....

Rusiyanın birinci prezidenti Boris Yeltsinə qarşı sui-qəsdin təşkilatçı

arrow Ətraflı
Metroda bu düyməni qəti sıxmayın  təhlükəli hadisələr VİDEOda like
  • 25 Mar 12:17  
Digərləri Metroda bu düyməni qəti sıxmayın təhlükəli hadisələr VİDEOda

Bakı Metropoliteninin stansiyalarında bu ilin ilk 2 ayında sərnişinlər 534

arrow Ətraflı
Ən xoşbəxt BÜRCLƏR like
  • 25 Mar 12:00  
Digərləri Ən xoşbəxt BÜRCLƏR

Bəzi insanlar xoşbəxt bir ulduzun altında doğulmuş kimi görünür. Uğur

arrow Ətraflı
Xalq artisti Dubaydan istirahət VİDEOsunu yaydı like
  • 25 Mar 11:51  
Şou-biznes Xalq artisti Dubaydan istirahət VİDEOsunu yaydı

Xalq artisti Röya Ayxan istirahət üçün Dubaya üz tutan məşhurların sır

arrow Ətraflı
İllüziyalar bitdi: Almaniya yeni təhlükə qarşısında silahlanır like
  • 25 Mar 11:50  
Siyasət İllüziyalar bitdi: Almaniya yeni təhlükə qarşısında silahlanır

Bu, sadəcə bir səsvermə deyildi. Bu, gurultulu və uğultulu bir zəng idi -

arrow Ətraflı
DİN rəhbərinə rep yazan polis işdən QOVULDU  bu ölkədə like
  • 25 Mar 11:44  
Digərləri DİN rəhbərinə rep yazan polis işdən QOVULDU bu ölkədə

Rusiyanın paytaxtı Moskva polisi Daxili İşlər Nazirliyində işləməsi il�

arrow Ətraflı