Finlandiya şirkətindən avtomatik fokuslanan eynək: Uzaq və yaxın görmədə anında netləşmə
Digərləri 09 Yan 2026 08:41:00 84 0
Finlandiyanın eynək istehsalçısı IXI istifadəçinin baxışına görə avtomatik fokuslanan və zahirən adi eynəklərdən fərqlənməyən yeni nəsil ağıllı eynəklərini təqdim edib. Bu texnologiya klassik optik eynəklərdəki bir çox problemi aradan qaldırmağı vəd edir.
Bu xəbəri də oxu: Zaur Şahbalayev İŞDƏN ÇIXARILDI
Son.az xəbər verir ki, eynəklər göz hərəkətlərini izləyən sensorlar (fotodiodlar və infraqırmızı LED-lər) və maye kristal linzalar sayəsində işləyir:
Sistem istifadəçinin hara baxdığını saniyələr içində dərk edir və linzanın optik gücünü (reçetini) avtomatik dəyişir.
Klassik "varifokal" (uzağı və yaxını eyni linzada birləşdirən) eynəklərdə uzağı görmək üçün linzanın yuxarı hissəsinə baxmaq lazımdırsa, IXI eynəklərində ehtiyac olduqda bütün linza uzaq və ya yaxın görmə üçün istifadə edilir.
Klassik eynəklərdən fərqi Sabit böyütmə sahələri olmadığı üçün görmə bucağında daralma və ya kənarlarda bulanıqlıq yaranmır.
IXI-nin baş direktoru Niko Eiden bildirir ki, bu texnologiya insana gənclik illərindəki təbii və net görmə hissini geri qaytarır.
Elektron komponentlərə rəğmən eynəyin çəkisi cəmi 22 qramdır, yəni adi eynəklərlə eynidir.
Bəzi məhdudiyyətlər Eynəklər batareya ilə işləyir və hər gecə şarj edilməlidir. Şarj girişi eynəyin qulpu hissəsində gizlədilib.
Sürücülük zamanı istifadə üçün sınaqlar davam edir. Sistemdə hər hansı elektron xəta baş verərsə, eynək avtomatik olaraq standart uzaqgörmə rejiminə keçir (fail-safe).
İndiyədək 40 milyon dollardan çox investisiya alan şirkət, eynəkləri gələn il satışa çıxarmağı planlaşdırır. Məhsul ilk olaraq Avropada, daha sonra isə ABŞ bazarında təqdim ediləcək.
Niko Eiden bu yeniliyi fotoaparatlardakı avtofokus inqilabına bənzədir: "Bəlkə də 10-15 il sonra insanlar sabit fokuslu eynəklərdən necə istifadə etdiklərinə təəccüblənəcəklər." Lalə Qüdrətova Son.az
"İncə səhər" verilişində müğənni Rüfət Axundova "Ən �
Çinli alimlər yerin təxminən 15 metr altında qurulan yeni araşdırma siste
Aşıq Zülfiyyə İbadova həyat yoldaşı ilə ayrılması haqda iddiaya əsə
Süni intellekt sahəsində tanınmış mütəxəssis və "OpenAI"nin
OpenAI süni intellektin səhiyyə sahəsində istifadəsini genişləndirmək m
Qış aylarında avtomobil yollarında yaranan buzlanma həm sürücülər üç�
Şərqi Qaradəniz sahilləri boyunca uzanan Kaçkar dağlarına dırmaşan tür
Hamımızın ətrafında eyni hadisəni dönə-dönə danışan kimsə mütləq
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Təmizlik üçün saatlarla vaxt ayıra, bahalı yuyucu vasitələr ala bilərsi
"Xına məclisini başıbütöv adam aparar: oğlu, qızı, həyat yoldaş�
"Mənim öz siyahım var. Özümündür. Oradakı adamları verilişimə ç
İranın paytaxtı Tehranda başlayan etiraz aksiyaları şiddətlənərək geni
Qlobal əmtəə bazarlarında lityum strateji əhəmiyyətini yenidən qazanır.
