Toylara 5 dəqiqəlik ifa üçün 10 min manata gedirəm MÜSAHİBƏ


Şou-biznes 08 Yan 2026 20:36:00 91 0

Toylara 5 dəqiqəlik ifa üçün 10 min manata gedirəm  MÜSAHİBƏ

Natiq Şirinov: "Tələbələrim arasında nadanlar çoxdur"

"Oğlumun qarşısında kimsə nağara ifa edə bilsə, mən sənəti ataram"

"Fonoqram olmasa, Azərbaycanda 5-10 musiqiçi qalacaq" 

Azərbaycan milli ritm sənətinin tanınmış simalarından biri, Xalq artisti Natiq Şirinov nağaranı ənənəvi məkanlardan çıxararaq peşəkar səhnə sənəti səviyyəsinə yüksəldən ifaçılardandır. 1996-cı ildə əsası qoyulan "Natiq Ritm Qrupu" Azərbaycan ritm məktəbinin formalaşmasında mühüm rol oynayıb. 50 yaşlı sənətkar yubileyini bu ilin 17 noyabrında keçiriləcək "Natiq Ritmin 50 illik Ömrü" adlı konsertlə qeyd etməyə hazırlaşır.

Son.az modern.az-a istinadla Natiq Şirinovla müsahibəni təqdim edir:

- Natiq müəllim, bütün işlərinizi tək görürsünüz, ya prodüseriniz var?

- 30 ildir bütün işlərimi özüm görmüşəm. İşlərimi heç kimə həvalə edə bilmərəm. Evdəkilərə də sadəcə bəzi məsələləri tapşıraram. Heç kimə inanmıram. 

- Bu bir az çətin deyil?

- Adam öyrəşir. Həm də işi kimə tapşırasan, ritmi bilən var? Bu sahəni bilən heç kim yoxdur.

- Bəlkə sizin kimi məşhurlaşa bilməyiblər...

- Mən məşhurlaşmaq üçün heç nə etməmişəm. İşimi görmüşəm, sonra məşhurlaşmışam. Bu gün insanlar hər şeyi tez həll etmək istəyir - bahalı maşın, ev, telefon almaq istəyirlər. Bu gün kim sənətlə, mənəviyyatla məşğul olur? 

- Amma sizin konsertlərə gəlirlər..

- Heç konsertə elə adamlar gəlməsə yaxşıdır. Bayaq deyirlər 1100 bilet satılıb. Mən də deyirəm ki, lap 10 nəfər olsun orada, mən ifamı edəcəyəm. Mənə göstərin ki, 19 günə bu qədər bilet satan sənətçi olub. Bir Röya xanım olar. O da ki bu gün dəbdədir. Nağara üçün bu göstərici zarafat deyil. Nə dili var, nə oxuyur, nə şeiri var. 

- Konsertdə xüsusilə görmək istədiyiniz adamlar olur?

- Yox. Heç evdəkilər də bu kateqoriyada deyil. 

- Deməli, onda heç kimi konsertə dəvət etmirsiniz...

- Yox desəm yalan olar. Mənim çox yaxın dostlarım, əzizlərim var ki, həyatımda böyük rolları olub. Bu rol da maddiyyatla bağlıdır. Dostlarım var ki, dövlət işlərində rəhbərlikdə çalışırlar. Onlar maddi tərəfdən mənə çox kömək olublar. Təbii ki, bu adamları özüm konsertə dəvət edirəm. Bilet almaq istəsələr də, qoymaram. Bu mənim boyun borcumdur.

- Kömək etmələrinin səbəbi nə olub? Bu, sənətə sevgiyə bağlıdır ya qohumluq-tanışlıq münasibətinə?

- Bilmirəm. Yəqin ki çox istəyirlər.

- Çox istəmək necə olur?

- Mən çox istəməyi pul verməkdə görürəm. Kim mənə pul versə, demək məni çox istəyir. Bunu evdə də deyirəm. Biri sənə pul verirsə, demək canını da verər. Bu ən böyük həqiqətdi. Evdə arvad-uşaq da sənə desin ki, səni çox istəyirəm, amma sənin ehtiyacın olanda pul verməsin, demək çox istəmək yalandır. İndi bir dənə nəfəs almaq pulsuzdur, qalan hər şey pul olduğuna görə, çox şey də pula bağlıdır. Ona görə də, kim bir-birinə maddi baxımdan yaxın olursa, demək bir-birlərini çox istəyirlər.

- Amma deyirlər sənətçilər puldan aslı olmamalıdır...

- Onu kim deyirsə gəlsin mənə desin. Mən başa salaram ki, elə deyil. 

- Sənət aləmində o qədər adam olub ki, yaşayarkən yoxsul, öldükdən sonra şöhrətli olublar, amma yenə də sənətin arxasınca gediblər.

- Onlar bədbəxt insanlardır. Mən özüm də 11 il evsiz qalmışam, ailəm kasıb olub. Atamla anam güclə 7 uşaq böyüdüb. Atam mühəndis idi, 360 rubl alırdı, anam isə süpürgəçi olub, o da 70 rubl maaş alırdı. Evimizə haram pul girməyib, o demək deyil ki, biz ac qalmışıq. Problemsiz insan yoxdur. Amma mən sənətimlə bir yerə gəldim. Böyük sənətkarların ac qalması yalandır. Hətta peyğəmbərlərimiz də imkanlı olub. Amma tələbələr gətirirlər yanıma, ilk sözləri bu olur ki, nə qədər qazanacaqlar?.. Mən onlara dərs keçmirəm. Biz pulun arxasınca getmirik, o özü bizə gəlir. 

- Dinə bağlılığınız da var...

- Mən Quranı 25 dəfə oxumuşam, ibadət edirəm. Amma rahat insanam. Mənim belə sakit danışmağıma baxmayın, bəzən özümdən də çıxa bilirəm. Bu mənfi haldır. Bunu mənə irad tutanda deyirəm ki, məni bu vəziyyətə siz, haqsızlıqlar saldı. Bu təbii ki, hamıya aid deyil. Amma ritmdən çıxmalar, özümün də ritmdən çıxmağı buna səbəb oldu. Biz Hz. Əlini arxadan vuran dünyada yaşayırıq.

- Dində musiqiyə yanaşmanın birmənalı olmadığı deyilir. Buna baxmayaraq siz musiqinin içindəsiniz...

- Quranı düzgün oxusalar bilərlər ki, musiqi ilə bağlı haram sözü yoxdur, amma musiqinin haram tərəfi çoxdur. Məsələn, dünyada çox sevilən rok musiqisi insanları özündən çıxarır, bu nə qədər haqlı ola bilər ki?

- Nağaranın da üsyankar tərəfləri var?

- Əlbəttə. Amma nağaranın sakit, ağladan tərəfləri də var. Mən konsert verəndə fəlsəfi ritmlər ifa etsəm, bir nəfər oturub orada məni dinləməz. Mən də bunun dalınca getsəm, ağılsız olaram. O yerə ucalmaq çətindir.

- Bəs siz nəyin arxasınca gedirsiniz?

- Gah xalqın nəbzini tuturam, gah onları arxamca çəkirəm, gah xalqın dalınca gedirəm. Qalmışam avara. 

- "Natiq Ritm Qrupu" 5 nəfərlə başladı. Bu gün hansı yerdəsiniz?

- Qrupun təməli 1996-cı ildə qoyulub. İlk adı "Ümid Ritm Qrupu" olub, Türkiyədə bənzər qrup olduğu üçün dəyişib öz adımı verdim. Bu tək mənim adımla bağlı deyil, natiqliklə də bağlı idi. Amma hərə bu gün mənə bir ad qoyur. Bu da başadüşüləndir. 

- Kim hansı adı verir?

- Hər kəs öz adını verir. Amma çalışmaq lazımdır ki, həyatda özünü tapasan, özün olasan. 

- Siz özünüz ola bildiniz?

- Şükürlər olsun ki, hə. Bəlkə də bir az təkəbbürlü olar, amma bu gün küçəyə çıxanda hamı məni tanıyırsa, mənə "ritmin dünyadakı səfiri" deyirlərsə, deməli, özüm ola bilmişəm. Yolu getməyə hamı gedər, əsas tikanlı yerdə cığır açmaqdır. Bu gün belə tanınmağım məni çox sevindirir. Dövlətin də diqqətini həmişə hiss etmişəm. Yeganə insanam ki, cavan olarkən "Əməkdar artist" adını almışam, həmçinin "Xalq artisti" adına da layiq görülmüşəm.

- Dediniz ki, yolunuz tikanlı olub, bəs sizin getdiyiniz yolu bir az hamarlaşdıranlar oldu?

- Maddi tərəfdən olub, bu danılmazdır. Amma baxıram ki, mənim hamarlaşdırdığım yolu bu gün pis günə qoyurlar. 

- Sizin tələbələriniz də var. Onlar bu yolu gedə bilir?

- Tələbələrim çoxdur, amma təəssüf ki, aralarında nadanlar da çoxdur. Bəzən fikirləşirəm ki, bu qədər insanı təmənnasız öyrədib özümə düşmən etmişəm. Sonra Hz. Əli yadıma düşür. İşimə davam edirəm. Ucalan insanları çoxları sevmir, bu, öz tələbələrimə də aiddir. 

- Müəllimlərinə qarşı çıxmalarının səbəbi nə olub?

- Onları özlərindən soruşun. 

- Nə qədər tələbəniz olub?

- Minlərlə. Azərbaycanda əlində nağara olanların çoxu mənim tələbəmdir. 

- Qavaldaşdan da istifadə etmisiniz...

- Qavaldaşı səhnəyə ilk çıxaran, dünyaya ilk göstərən mən oldum. 2012-ci ildə, "Avroviziya" Mahnı Müsabiqəsində.

- Bu sizin, yoxsa təşkilatçıların ideyası idi?

- Mən düşünmüşəm. Düz 3 ay onun üzərində əziyyət çəkdim. Bu Qobustandakı qavaldaş deyil. Forması tamamilə fərqlidir. Adını özüm elə qoydum ki, dünya tariximizi də tanısın. Onun patenti mənə məxsusdur. Əqli mülkiyyət hüquqlarını almışam. Mən onu səhnəyə çıxarmaq istəyəndə gülürdülər ki, o daşla nə edəcəksən?.. 

- Dediniz ki, qavaldaşın patentini almısınız. Amma bu yaxınlarda keçmiş tələbəniz olan Ramil Cahangirovun da qavaldaşdan istifadəsi məsələni məhkəməyə qədər apardı. Bir müddətdir davam edən məhkəmənin nəticəsində sizin uduzduğunuz da bildirilir..

- Mən uduzmamışam. Məhkəmə oldu və o, payını aldı. Məhkəmə prosesi başa çatıb. Hazırda mənə 10 min manat köçürülür: məbləğin yarısı ödənilib, qalan hissə də ödənildikdən sonra pul mənə tam çatacaq. Amma proses bununla bitmir, nə qədər canım sağdır, mübarizə davam edəcək. Mən olmasam da, övladım bu məsələnin arxasınca gedəcək. Onun mənə vurduğu ziyan milyondan çoxdur. "Avroviziya" dövründə o, balaca uşaq idi, yanımda ifa edirdi. Gəlib məndən istəsəydi, verərdim. Amma bir evin sənədi məndədirsə, ora heç kim daxil ola bilməz. Həmin sənədi də mənə dövlət verib. Bu məsələyə 5-6 ekspert baxıb və təsdiqləyib ki, bu qavaldaş sırf mənim əqli fəaliyyətimin nəticəsidir. 

- Yollarınız necə oldu ki, ayrıldı?

- Kimisə atası evdən qovursa, demək ki, səhv ondadır. Nəticə də göstərir ki, düz qərar vermişəm. Bunlar məni sarsıtmır, əksinə güc verir. 

- Bəziləri bildirir ki, bu cür davranmağınızda müəyyən qədər qısqanclıq amili var. Özünüz üçün bu sahədə Ramil Cahangirovu və ya başqa şəxslərdən hər hansı birini rəqib hesab edirsinizmi?

- O dünənki uşaqdır. Mənim üçün nağara sənətində yoxdur. Məndən də ən yaxşısı zamanla oğlum Ümid olacaq. Ümidin qarşısında kimsə nağara ifa edə bilsə, mən sənəti ataram. Oğlum həm məndən, həm də mənim kimi bütün dünyadan öyrənir. Amma heç bir oğul gəlib evin atası ola bilməz. 

- Qastrollarda xaricilər nağara zərb alətini necə qarşılayırlar?

- Öyrənmək istəyənlər çoxdur. 

- Ermənilər də olur?

- Çox olur, yaxınlaşırlar da. Amma özbəklər, gürcülər nağaranı "dhol" (ermənicə nağaraya əsasən "dhol" deyilir - müəllif) kimi tanıyırlar.

- Demək onlar dünyaya daha tez çıxa biliblər...

- Belə çıxır da. Bizim Çingiz Mehdiyevimiz, Zöhrab Məmmədovumuz, Gülağamız var idi. Amma onlar nəyi tanıda bildilər? Ancaq toylarda ifa ediblər. Başqa harada adları olub? Allah hamısına rəhmət etsin, amma onlar toylara görə yaxşı nağara ifa edən olublar. Dünyaya çıxmaq başqadır. Mən dünyada konsert verəndə, çoxları lağ edir, sevmirdilər. Bizdə problem odur ki, özümüz-özümüzü vurmaq istəyirik.  

- Ara Gevorgyan adlı erməni müəllifin "Artsax" əsərini bəziləri Fikrət Əmirovun əsərindən oğurladığını deyirdi. Sizin də o vaxt bununla bağlı şərhiniz olmuşdu. Dediniz ki, bu əsər elə ermənilərə məxsusdur...

- Onun ilk açıqlamasını mən vermişdim. Novruz bayramında cənab Prezidentin şənliyə gələcəyi gözlənilirdi və fonda həmin musiqi səslənirdi. O dövrdə mədəniyyət nazirinin müavini olan hörmətli Ədalət Vəliyevə müraciət edərək dedim ki, bu musiqi dayandırılmalıdır. Soruşdu ki, niyə? Cavab verdim ki, bu, erməni musiqisidir. Ədalət müəllim soruşdu ki, bunu necə sübut edəcəksən? Mən də bildirdim ki, notunu gətirsinlər, Azərbaycanda hansı studiyada, kim tərəfindən ifa edildiyini göstərsinlər, əgər sübut etsələr, səhv olduğumu etiraf edərəm. Amma bu musiqi ermənilərə məxsusdur. Sadəcə, illərlə birgə yaşadığımıza görə bir çox şeyləri də öyrəniblər. Üstəlik, bunu pis də etmirlər, bacarırlar. Dünya da onları qəbul edib. Biz burada nə qədər etiraz etsək də, bunun ciddi təsiri olmur.

- Sizin öz bəstələriniz olub?

- Hindistanlılardan 36 ritm öyrəndim. Kökümüz qaldı, onun üzərinə əlavələr gətirdim. Bu gün dərsliklərdə Azərbaycan nağara sənətinə aid 19 ritm qeyd edilir. Mən 1500 ritm yazmışam və 15 alət düzəltmişəm. Bu zarafat deyil. 

- Peşəkar fəaliyyətə 26 yaşınızda Alim Qasımovun yanında başlamısınız...

- Alim müəllimin yanında tanındım, amma mənim peşəkarlığım Hind məktəbini oxuyandan sonra, 2001-ci ildə olub. Həmçinin, misirli Əhmədi, Bill Cobhamı çox izlədim. 

- Peşəkar fəaliyyətdən əvvəl toylara da gedirsiniz...

- Mən açılışlara gedirdim, toy məclislərindən çıxmış nağara ifaçısı olmuşam. Bəxtim onda gətirdi ki, 1999-cu ildə Alim Qasımovdan iş təklifi aldım. Bu təklifi Asəf Zeynallı adına Musiqi Kollecində "Rast" muğamını ifa edərkən etdi. Həmin vaxtlar Azərbaycanda "Qarabağlar" adlı məşhur restoran var idi, orada çalışırdım. Dörd il Xeyransa Məmmədovanın nağara ifaçısı olmuşam. Mələkxanım Əyyubovanın bir çox musiqilərini ifa etmişəm, eləcə də rəhmətlik Baloğlanın və Məmmədbağırın. Sonuncu dəfə isə Aygün Bəylər üçün səkkiz il nağarada ifa etmişəm. Hətta Alim Qasımov məni dəvət edəndə, buna görə mənimlə bir müddət küsmüşdü də.

- Yaxşı qonorar verirdilərmi sizə?

- Oxuyanlar heç vaxt ifa edənlərə yaxşı pul verməyib. 

- Bəs siz "Natiq Ritm Qrupu"ndakı ifaçılara nə qədər qonorar verirsiniz?

- Azərbaycanda bütün musiqi dünyasından soruşun ki, kim 5 dəqiqəyə ifaçılara 300 manat pul verir? 

- Qrupun maliyyələşməsi, xərcləri haradan gəlir?

- Əllərimin qabarından. Konsert, toy. 

- Konsert ildə bir dəfə olur, onunla qrup saxlamaq çətin olar. Bəs toylardan nə qədər qazanırsınız?

- Qiymət 10 min manatdan 50 minə qədər dəyişir.

- Saata görə dəyişir?

- Dəqiqəyə görə hesablanır. Mən 5 dəqiqəlik ifa üçün 10 min manat alıram. Bir dəfə kimsə dedi ki, nağaranı sadəcə çıxarıb göstərməyə nə qədər pul istəyərsən? Dedim, 5 min. Mən süpürgəçi ananın oğluyam, pul mənim üçün əsas dəyər deyil. Sadəcə, hazırkı reallıq budur ki, insanın dəyərini pulla ölçürlər, hamı pul haqqında düşünür. Bu məqaləni oxuyanlar da deyəcək ki, "bax, nə qədər qazanırmış". Amma heç kim fikirləşmir ki, mən 150 nəfərlik heyətlə işləyirəm. Mən onlara digərləri kimi 10-15 manat vermirəm. Çıxış olub-olmamasından asılı olmayaraq, hər birinə 300 manat ödəyirəm. Əgər 10 min manatın 4-5 mini mənə qalırsa, qoy onlar da evlərinə 300-600 manat pul aparsınlar.

- Qrupunuzda qadın ifaçılar var?

- Əvvəl var idi, indi yoxdur. Öyrətmək istəyərəm, amma baxıram ki, niyyətləri öyrənmək deyil. 

- Fiziki olaraq bir az da çətin işə bənzəyir...

- Nağara güc istəyir. Amma əsas mənəvi gücdür. Şükür ki, mənim gücüm yerimdədir. Düşünürəm ki, Allah mənə ömür versə, 90 yaşıma qədər nağara ifa edərəm. Çünki texnikanı bilirəm, texnikanı da biləndə daha az ağrı hiss edirsən. Şiddətli ağrılarım da olur, indinin özündə də onları hiss edirəm. Əllərim üçün həkimlərə də gedirəm.

- Müğənni Sevda Ələkbərzadə ilə birlikdə işiniz olub. Başqa azərbaycanlı müğənnilərdən təkliflər almısınız?

- Aygün Kazımova çoxdan demişdi, deyəsən 5000 manat pul istəmişdim. Vermədilər deyə, ifa etmədim. Aygün xanımı da çox istəyirəm. (Gülür)  

- "Green Card" da qazanmışdınız. ABŞ-ə getmək istəyirdiniz. Sonra deyəsən planlarınızı dəyişdiniz...

- Məsləhət oldu ki, getməyim. Mən orada nağara məktəbi açmaq istəyirdim. Bu yaşda da başa düşürəm ki, Azərbaycansız qala bilməzdim. Bir də Azərbaycanda dava, mübahisənin içində olmağa öyrəşmişik. Sakit həyat mənim ürəyimi sıxardı.

- Bir az şou sevənsiniz deyəsən..

- Evdə də şou göstərirəm (gülür). Nə qədər ciddiliyim varsa, ondan artıq kövrəkliyim var, lap da çox şou bacarığım var. Amma özümə hesabat verəndə görürəm ki, yaxşı insanam, saxtakar deyiləm.

- Sənətdə saxtakarlıq fonoqram ifalar etməkdir. Siz toylarda fonoqram ifa etmisiniz?

- Onun təməlin qoyanlardan biri bizik (gülür). Bu məcburiyyətdən olur. Həm də texnologiyanın verdiyi müsbət hallardandır. Böyük auditoriyalarda səsin hər yerə getməsi üçün istifadə edirik. Amma onu da deyim ki, fonoqram olmasa, Azərbaycanda 5-10 musiqiçi qalacaq. 

- Sizin xarici ölkələrdə də çox konsertiniz olub. Ölkə daxilində çıxış etmək çətindir ya xaricdə?

- Azərbaycanda çıxış etmək daha çətindir. Çünki bir çoxumuz toy düşüncəsindəyik. Konsertdə də rəqs etmək, şou istəyirik, sənəti görmək çətindir. Mən də bu konsertdə insanlar məndən nə istəyirsə onu da ifa edəcəyəm.

Bakıda bu ünvandakı bina söküləcək  1340 AZN kompensasiya like
  • 08 Yan 20:21  
Digərləri Bakıda bu ünvandakı bina söküləcək 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək.

arrow Ətraflı
İranda vəziyyət kritik həddə: dövlət bayrağı endirildi like
  • 08 Yan 20:08  
Digərləri İranda vəziyyət kritik həddə: dövlət bayrağı endirildi

İranda etirazçılar ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə d

arrow Ətraflı
ABŞnin beynəlxalq təşkilatlardan çıxması çoxtərəfli diplomatiyanın tənəzzülüdür like
  • 08 Yan 19:49  
Siyasət ABŞnin beynəlxalq təşkilatlardan çıxması çoxtərəfli diplomatiyanın tənəzzülüdür

"Donald Trampın ABŞ-nin 60-a yaxın beynəlxalq təşkilatda üzvlüyün�

arrow Ətraflı
Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirildi like
  • 08 Yan 19:28  
Digərləri Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar ola

arrow Ətraflı
Moskvaya uçan təyyarə qəza siqnalı verdi  Eniş edə bilmir like
  • 08 Yan 19:24  
Dünya Moskvaya uçan təyyarə qəza siqnalı verdi Eniş edə bilmir

"Utair" aviaşirkətinə məxsus Dubaydan Moskvaya uçan təyyarə uç

arrow Ətraflı
"Fəxrəddin videonu görəndə deyəcək, burnundan gəlsin" like
  • 08 Yan 19:22  
Şou-biznes "Fəxrəddin videonu görəndə deyəcək, burnundan gəlsin"

Müğənni Xatirə İslam efirdə dediyi "Ailəmdən diqqət görmürəm&qu

arrow Ətraflı
Nazir müavini təyin edilən Natiq Həsənov kimdir?  DOSYE like
  • 08 Yan 19:07  
Digərləri Nazir müavini təyin edilən Natiq Həsənov kimdir? DOSYE

Maliyyə naziri Sahil Babayevin yeni müavini vəzifəsinə Natiq Həsənov təy

arrow Ətraflı
Kənan Əsədova yüksək vəzifə verildi like
  • 08 Yan 19:02  
Digərləri Kənan Əsədova yüksək vəzifə verildi

Dövlət Gömrük Komitəsinin (DGK) aparat rəhbəri vəzifəsinə yeni təyina

arrow Ətraflı
Dünən işdən çıxarılan rəisə yeni vəzifə verildi like
  • 08 Yan 19:00  
Digərləri Dünən işdən çıxarılan rəisə yeni vəzifə verildi

Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən polkovnik S

arrow Ətraflı
ABŞ tərəfindən saxlanılan “Marinera” tankerində kimlər olub? like
  • 08 Yan 18:57  
Dünya ABŞ tərəfindən saxlanılan “Marinera” tankerində kimlər olub?

ABŞ hərbçiləri tərəfindən saxlanılan "Marinera" tankerinin gö

arrow Ətraflı
Daha 19 nəfər həbs edildi, aralarında Ceyda da var like
  • 08 Yan 18:44  
Şou-biznes Daha 19 nəfər həbs edildi, aralarında Ceyda da var

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik is

arrow Ətraflı
"Anam gözümüzün qabağında zəhər içdi, mənə və bacıma da verdi" like
  • 08 Yan 18:19  
Şou-biznes "Anam gözümüzün qabağında zəhər içdi, mənə və bacıma da verdi"

Türkiyəli məşhur müğənni Bayhanın illər əvvəl qatıldığı televiziy

arrow Ətraflı
Tanınmış həkimin kompüterinə dinləmə cihazı qoydular: ElmiTədqiqat İnstitutunda like
  • 08 Yan 18:15  
Digərləri Tanınmış həkimin kompüterinə dinləmə cihazı qoydular: ElmiTədqiqat İnstitutunda

Bakıda həkimin kompüterindən dinləmə cihazı tapılıb. Həkim-radioloq Ra

arrow Ətraflı
Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçd; like
  • 08 Yan 17:57  
Digərləri Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçd;

Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.

arrow Ətraflı
AYB bu şəxsləri xaric edəcək: “500 adamın ildə 15 manatı ilə dolanmaq olar?” like
  • 08 Yan 17:45  
Digərləri AYB bu şəxsləri xaric edəcək: “500 adamın ildə 15 manatı ilə dolanmaq olar?”

Üzvlük haqqı ödəməyənlər Azərbaycan Yazıçılar Birliyindən (AYB) xar

arrow Ətraflı