Baş Prokurorluq və DİN həmin qətllə bağlı birgə məlumat yaydı
Digərləri 05 Yan 2026 10:55:00 86 0
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 2 il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsinin müəyyən olunması barədə birgə məlumat yayıb.
Bu xəbəri də oxu: 40 yaşdan tez ölməmək üçün bu qidalardan uzaq durun
Son.az-ın xəbərinə görə, məlumatda deyilir:
"Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kompleks tədbirlər həyata keçirilir.
Həyata keçirilən tədbirlərin davamı olaraq, Xaçmaz rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində 2023-cü ilin yanvar ayında itkin düşmüş Xaçmaz rayonu sakini, 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovun qəsdən öldürülməsi müəyyən edilib.
İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1975-ci il təvəllüdlü Surəddin Həsənalıyevin aralarında yaranmış mübahisə zamanı Əmirəddin Əkbərovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi və cinayətin izlərini itirmək üçün meyiti basdırmasına əsaslı şübhələr müəyyən edilib.
Əmirəddin Əkbərovun meyitinin basdırıldığı yer müəyyən olunaraq prokuror-kriminalistin və ekspertin iştirakı ilə çıxarılıb, aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Surəddin Həsənalıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".
"Venesuela hakimiyyəti ölkə Prezidenti Nikolas Maduro və xanımı Siliy
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Ərəstun Oruclunun m�
Ötən gün Oğuz rayonunun Bucaq kəndi ərazisində baş verən yol-nəqliyyat
Əməkdar artist Elza Seyidcahan "Öz aramızda" verilişinin qonağı
Prezident İlham Əliyev fiziki cəhətdən güclüdür, o, mütəmadi olaraq pe
Dekabrın 25-i yol-nəqliyyat hadisəsində başından xəsarət alan 10 yaşlı
Plastik cərrahiyyə kişilər üçün artıq tabu mövzusu deyil. Getdikcə dah
İbrahim Tatlısəs canlı yayımda verdiyi açıqlama ilə yenidən gündəmə
Birləşmiş Ştatların başqa bir ölkənin legitim dövlət başçısına qar
Nikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı ABŞ-ın Venesueladakı hərb
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məh
ABŞ ilə Venesuela arasında gərginliklə bağlı yayılan xəbərlər beynəl
Yanvarın 5-nə keçən gecə Kiyevə növbəti hücum həyata keçirilib, dağ�
2026-cı ilin martında Azərbaycanda rəsmi bayramlar və istirahət günləri
Yanvarın 5-də Biləsuvar Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10
