Paşinyan mənə Prezident İlham Əliyevə məktub ünvanlamağa imkan vermədi Harutyunyan


Siyasət 03 Mar 2025 21:37:00 95 0

Paşinyan mənə Prezident İlham Əliyevə məktub ünvanlamağa imkan vermədi  Harutyunyan

Ermənistanın baş naziri Nikol Paşinyan mənə Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlamağa imkan vermədi.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Arayik Harutyunyan bugünkü məhkəmə iclası zamanı sərbəst ifadəsində deyib.

"Oktyabrn 18-i axşamçağı bizim Bako Sahakyanla və Arkadi Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng elədim və dedim ki, mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa hazıram, Bako və Arkadi də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni salxayın və bildirin ki, bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi. Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq lazımdır. Paşinyan bir neçə görüş keçirtdi, müxalifətlə görüşdü, demək olar ki, hamıyla görüşdü. Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş zəngi elədi və dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki, müharibə davam edirdi", - o bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 3-də davam etdirilib.

Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməniəsilli təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Son.az 

Əməkdar artist: “Qayınanamın ayağını yuyaram” like
  • 03 Mar 21:21  
Şou-biznes Əməkdar artist: “Qayınanamın ayağını yuyaram”

Əməkdar artist Elnarə Abdullayeva növbəti dəfə qalmaqallı açıqlamalar

arrow Ətraflı
Şəhid atası vəfat etdi like
  • 03 Mar 21:14  
Digərləri Şəhid atası vəfat etdi

Salyan rayonunda Vətən müharibəsi şəhidi Kamran Quliyevin atası Dadaş Qu

arrow Ətraflı
38 yaşlı müəllim faciəvi şəkildə öldü like
  • 03 Mar 21:11  
Digərləri 38 yaşlı müəllim faciəvi şəkildə öldü

Mingəçevirdə gənc müəllim bədbəxt hadisə nəticəsində ölüb.

arrow Ətraflı
Rəsmi Vaşinqtondan Zelenskiyə ŞƏRT like
  • 03 Mar 21:07  
Dünya Rəsmi Vaşinqtondan Zelenskiyə ŞƏRT

"Ukrayna Prezidenti Volodimir Zelenski mövqeyini dəyişərsə, təbii eht

arrow Ətraflı
"Qızımın ərinə QURBAN OLARAM"  VİDEO like
  • 03 Mar 20:57  
Şou-biznes "Qızımın ərinə QURBAN OLARAM" VİDEO

Xalq artisti Fidan Qasımova quda olan əməkdar artist Nahidə Orucova qızı B

arrow Ətraflı
Zelenski: Trampla həmin qalmaqalı... like
  • 03 Mar 20:47  
Dünya Zelenski: Trampla həmin qalmaqalı...

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və vitse-pre

arrow Ətraflı
Bu həftə 4 BÜRCƏ pul "sel" kimi gələcək like
  • 03 Mar 20:42  
Digərləri Bu həftə 4 BÜRCƏ pul "sel" kimi gələcək

Bu həftə bürcün bəzi əlamətləri üçün əsl maliyyə sıçrayışı ola

arrow Ətraflı
47 yaşlı qadın karusellə EVLƏNDİ  FOTOlar like
  • 03 Mar 20:37  
Dünya 47 yaşlı qadın karusellə EVLƏNDİ FOTOlar

Fransada obyektofiliyadan əziyyət çəkən 47 yaşlı Qael Engel üç dəfə m

arrow Ətraflı
2 yaşlı uşaq faciəvi şəkildə öldü like
  • 03 Mar 20:36  
Digərləri 2 yaşlı uşaq faciəvi şəkildə öldü

Tovuzda azyaşlı bədbəxt hadisənin qurbanı olub. 

arrow Ətraflı
Bahar Lətifqızı tanımaz halda  FOTOlar like
  • 03 Mar 20:27  
Şou-biznes Bahar Lətifqızı tanımaz halda FOTOlar

Müğənni Bahar Lətifqızı xarici görünüşü ilə diqqət çəkib. 

arrow Ətraflı
"Mən gözlərinə niyə ox olub batıram bilmirəm"  VİDEO like
  • 03 Mar 19:57  
Şou-biznes "Mən gözlərinə niyə ox olub batıram bilmirəm" VİDEO

Son zamanlar adı qalmaqallarda hallanan Ülviyyə Namazova atmacası ilə diqq�

arrow Ətraflı
İcra başçısı əri tərəfindən döyülən qadını ziyarət etdi  FOTO like
  • 03 Mar 19:53  
Digərləri İcra başçısı əri tərəfindən döyülən qadını ziyarət etdi FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bir neçə g�

arrow Ətraflı