Dünyada fəlakət gözlənilir Azərbaycana da yaxınlaşır
Digərləri 02 Yan 2026 00:23:00 80 0
Dünya Bankı 2026-cı ildə qlobal iqtisadiyyatın orta hesabla 2,7% artacağını proqnozlaşdırır.
Bu xəbəri də oxu: "Türk Hava Yolları" 114 uçuşu
Son.az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov Globalinfo.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu göstərici ölkələr üzrə fərqli olacaq:
"Bankın proqnozlarına görə gələn il ABŞ-da iqtisadiyyat 1,6 - 2,6%, Çində 4,4 - 4,8% aralığında, Avropada isə 1,0 - 1,5% civarında arta bilər. Lakin biz dəfələrlə bu proqnozların özünü doğrultmadığının şahidi olmuşuq. Növbəti il üçün verilən proqnozların bundan daha artıq olması gözlənilən deyil. 2026-cı ildə bəşəriyyətin üzləşəcəyi ən böyük problem ərzaq təminatı ilə bağlı olacaq. Verilən proqnozlar göstərir ki, gələn il dünya müasir tarixin ən ciddi qlobal ərzaq təhlükəsizliyi böhranlarından biri ilə üzləşəcək və yüz milyonlarla insan kifayət qədər ciddi ərzaq qıtlığı keçirəcək".
Sabiq nazir qeyd edib ki, BMT-nin 2026-cı il üçün proqnozuna görə, gələn il dünyada 318 milyon insan aclıq vəziyyətində və ya bundan daha pis bir durumda olacaq:
"Bu da aclığın 2019-cu illə müqayisədə iki dəfədən çox insanı əhatə edəcəyi anlamına gəlir. Nə qədər acınacaqlı olsa da, deməliyik ki, bu gün müasir dünyada aclığın qlobal humanitar maliyyələşdirilməsi sahəsində ciddi problemlər yaşanır. Qlobal humanitar maliyyələşmənin kəskin azaldılması səbəbindən növbəti ildə BMT-nin Ərzaq Proqramı çərçivəsində aclıqdan əziyyət çəkən insanların yalnız az bir qisminə yardım göstərmək mümkün olacaq.
BMT 2026-cı ildə Ümumdünya Ərzaq Proqramı çərçivəsində aclıqdan əziyyət çəkən 318 milyon insanın ən həssas təbəqəsi hesab edilən 110 milyon insana yardım etməyi planlaşdırsa da, bunu etmək mümkün olmayacaq. Bu qədər insanı aclıqdan xilas etmək üçün təqribən 13 milyard ABŞ dolları məbləğində vəsait tələb olunur. Lakin mövcud proqnozlar onu göstərir ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı çərçivəsində növbəti ildə ən yaxşı halda bu məbləğin təxminən yarısını əldə etmək mümkündür".
Fikrət Yusifovun fikrincə, dünyada aclığın yaranmasının başlıca səbəblərindən biri münaqişələr və müharibələrdir:
"Bu gün Sudan, Yəmən, Haiti, Fələstin, Əfqanıstan, Konqo Demokratik Respublikası kimi ölkələrdə milyonlarla insan aclıq həddindədir. Qəzza zolağında 1,6 milyondan çox insan kəskin qida çatışmazlığı ilə üzləşir. Əgər bölgədə döyüşlər yenidən başlayarsa, aclıq riski də böyüyəcək. Ərzaq təminatı sahəsində Azərbaycan hökumətinin qarşısında ciddi vəzifələr durur. Biz aqrar-sənaye ölkəsi olsaq da, bu gün ölkə əhalisinin təlabatı üçün zəruri olan ərzağın 3/4 hissəsindən çoxunu xaricdən idxal edirik. Ərzaq təminatı sahəsində xaricdən bu qədər asılılıq hökumətimizi ciddi düşündürməlidir. Bu problemin tezliklə həll olunması yolunda kordinal addımlar atmasaq, ölkənin ərzaq təhlükəsizliyi məsələsi dünya bazarlarında baş verən proseslərdən asılı vəziyyətdə qalacaq". Son.az
Müasir avtomobil istehsalçıları hər yeni modeli "ən qabaqcıl" t
İstanbulda güclü yağan qar və buzlanma riski ilə əlaqədar 5 rayonda okty
Son.az 2 yanvar 2026-cı il üçün günün ulduz falını təqdim edir:
Yeni ilin ilk günündə dünya üzrə internet axtarışlarında 2026-cı illə
Yutub alqoritminin yeni istifadəçilərə tövsiyə etdiyi videoların təxmin�
Mətbuatda yayılan məlumatlara görə, İranın qərbində polislə qarşıdur
2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 149.8 milyon ABŞ dolları də
2025-ci ildə döyüş meydanındakı vəziyyət xeyli dəyişdi. Ən çətin pr
Vaşinqton administrasiyası Los-Anceles, Portlend və Çikaqo şəhərlərində
Meyxanaçı Namiq Qaraçuxurlu 20 il əvvəl Xalq artisti Aygün Kazımovanın o
Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qazla bağlı tətbiq olunan lim
Naxçıvanda məsciddə yanğın baş verib. Son.az xəbər verir ki, bu bar�
Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən "Purple Karaoke & Live
D vitamini kalsiumun bədən tərəfindən sorulmasına kömək edərək sümük
