Aksiz dərəcələrinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi ləğv edilir
Digərləri 29 Dek 2025 14:01:00 85 0
Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin qaytarılması qaydalarında dəyişiklik ediləcək.
Bu xəbəri də oxu: Əminağa Sadıqovun elmi adı ləğv edildi
Trend-in məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Qanun layihəsində yuxarıda sözügedən istisnanın aradan qaldırılması təklif edilir.
191.5-ci maddədə bildirilib ki, bu Məcəllə ilə müəyyən edilən aksizli mallara tətbiq edilən aksiz dərəcələrinin "Tibbi sığorta haqqında" Qanunla müəyyən edilmiş hissəsi icbari tibbi sığorta fonduna ödənilir.
"Tibbi sığorta haqqında" Qanuna əsasən, Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat, vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı məbləğində icbari tibbi sığorta haqqı ödənilir.
Məşhur fransız münəccimi Nostradamusun 2026-cı illə bağlı proqnozları
Gəncədə "Megastore" mağazasına basqın edən Nicat Abdullayevin m
Vergi Məcəlləsinə edilən bir sıra dəyişiklikləri təsdiqlənib.
Bakı-Ələt-Qazax magistralının Hacıqabul rayonu ərazisindən keçən hiss�
"2026-cı il dövlət büdcəsi haqqında" qanunu təsdiqlənib.
Qızı tərəfindən yaşadığı evdə öldürülən məşhur türk müğənni
Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadis
Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmala
Alimlərin fikrincə, çatbotlardan istifadə hər kəsdə psixoz yaratmır, lak
Əməkdar artist Sevinc Sarıyeva son açıqlaması ilə müzakirələrə səbə
Plastik cərrah, Səhiyyə Nazirliyinin eksperti Vüqar Ələkbərovla bağlı B
Həkim Yeni il bayramını mədə problemləri olmadan keçirmək üçün tövsi
AzTV-də "100 il" adlı qısametrajlı sənədli film yayımlanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban
