Xankəndidə terror törətmək istəyən Avanesyana hökm oxundu


Digərləri 25 Dek 2025 17:23:00 59 0

Xankəndidə terror törətmək istəyən Avanesyana hökm oxundu

Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyana hökm oxunub.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 16 il həbs cəzası verilib.

Qeyd edək ki, son məhkəmə prosesində dövlət ittihamçısı K. Avanesyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, bu il sentyabrın 14-də Xankəndi şəhərinin erməniəsilli sakini, 1967-ci il təvəllüdlü Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, K.Avanesyan ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə, partlayışların törədilməsi, insanların öldürülməsi və digər ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan terrorçuluq əməli, habelə terrorçuluqla əlaqədar qəsdən adam öldürmə cinayətlərini törətmək məqsədilə Xankəndi şəhərinin ərazisində 2023-cü ilin sentyabr ayına kimi fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmələrdən qalmış odlu silah - "AKMS" markalı avtomat silahı, onun komplekt hissələrini, habelə çox sayda əl qumbaralarını əldə edib həmin şəhərin ərazisində gizlədərək uzun müddət saxlayıb, cinayətkar niyyətini həyata keçirmək üçün sentyabrın 14-də saat 07 radələrində yaşadığı sosial sığınacağı hər hansı bir səbəb bildirmədən tərk edib gizlətdiyi silah-sursatları götürərək atəşə hazır vəziyyətə gətirib, saat 09 radələrində yaşayış olmayan başqa bir evə girib mövqe tutmaqla polis əməkdaşlarının yaxınlaşmasını gözləyib, onun olduğu yeri müəyyənləşdirməyə çalışan polis əməkdaşlarının sayının çoxluğunu müşahidə etdikdən sonra qabaqcadan planlaşdırdığı terrorçuluq və çoxsaylı hakimiyyət nümayəndələrini öldürmək üçün şəraitin yetişdiyi qənaətinə gələrək gizləndiyi yerdən avtomat silahdan ona yaxınlaşan polis əməkdaşlarına nizamsız çoxsaylı atəşlər açıb, ardınca isə əl qumbaralarını polis əməkdaşlarının olduqları yerə ataraq partladıb.

Nəticədə 3 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almış, hadisə yerindən təxliyyə edilərək zəruri tibbi yardımlar gösətirildiyindən həyatlarını xilas etmək mümkün olub.

Bundan başqa, qanunvericiliyin tələblərinə və edilən dəfələrlə xəbərdarlıqlara baxmayaraq, Karen Avanesyan hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmaqdan boyun qaçırdığı üçün polis əməkdaşları tərəfindən odlu silah tətbiq olunmaqla saxlanılıb, ardınca isə zəruri tibbi yardımlar göstərilməklə xəstəxanada müalicə edilib.

Cinayət işi üzrə toplanmış sübutlar əsasında Karen Avanesyan Cinayət Məcəlləsinin 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11 (xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ümumi təhlükəli üsulla iki və daha çox şəxsi terrorçuluqla əlaqədar qəsdən öldürməyə cəhd qəsdən adam öldürməyə cəhd), (qəsdən adam öldürməyə cəhd), 214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə terrorçuluq törədildikdə), 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, saxlama və daşıma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Bu tarixdə qısa iş günü olacaq like
  • 25 Dek 17:21  
Digərləri Bu tarixdə qısa iş günü olacaq

Azərbaycanda 30 dekabr qısa iş günü olacaq.

arrow Ətraflı
Azərbaycanda 5 yaşlı uşaq yüksək hərarətdən öldü like
  • 25 Dek 17:03  
Digərləri Azərbaycanda 5 yaşlı uşaq yüksək hərarətdən öldü

Azərbaycanda respirator virusa yoluxan azyaşlılardan biri dünyasını dəyi�

arrow Ətraflı
"Gmail" istifadəçilərinin nəzərinə Həmin funksiya aktiv olacaq like
  • 25 Dek 17:00  
Digərləri "Gmail" istifadəçilərinin nəzərinə Həmin funksiya aktiv olacaq

"Google" şirkəti istifadəçilərə "@gmail.com" domenind�

arrow Ətraflı
Zaur buna görə Şəbnəmin ad günündən GEDİB like
  • 25 Dek 16:47  
Şou-biznes Zaur buna görə Şəbnəmin ad günündən GEDİB

Müğənni Şəbnəm Tovuzlunun doğum gününü yarımçıq tərk etməsi ilə

arrow Ətraflı
Səidə Bəkirqızı "Space TV"dən getdi like
  • 25 Dek 16:34  
Şou-biznes Səidə Bəkirqızı "Space TV"dən getdi

Tanınmış aparıcı Səidə Bəkirqızı "Space TV" ilə yollarını

arrow Ətraflı
Yevlaxda qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri keçirilib like
  • 25 Dek 16:30  
Kriminal Yevlaxda qarmon və xanəndəlik ixtisasları üzrə ustad dərsləri keçirilib

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

arrow Ətraflı
Dövlət qurumlarının milyonluq vergi borcu: biri azaltdı, digəri 4 dəfə artırdı like
  • 25 Dek 16:28  
Digərləri Dövlət qurumlarının milyonluq vergi borcu: biri azaltdı, digəri 4 dəfə artırdı

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmi

arrow Ətraflı
"Moskva göz yaşlarına inanmır"ın aktrisası vəfat etdi like
  • 25 Dek 16:15  
Şou-biznes "Moskva göz yaşlarına inanmır"ın aktrisası vəfat etdi

"Moskva göz yaşlarına inanmır" filminin ulduzu aktrisa Vera Alento

arrow Ətraflı
Oqtay Əsədovun qızının ölüm səbəbi MƏLUM OLDU like
  • 25 Dek 16:12  
Digərləri Oqtay Əsədovun qızının ölüm səbəbi MƏLUM OLDU

Xəbər verdiyimiz kimi, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı

arrow Ətraflı
Boşanan kişi ehsan PAYLADI like
  • 25 Dek 16:10  
Digərləri Boşanan kişi ehsan PAYLADI

Türkiyənin Bursa şəhərində boşanan bir kişinin atdığı qeyri-adi addı

arrow Ətraflı
Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş musiqili bədii gecə keçirildi  FOTO like
  • 25 Dek 16:03  
Kriminal Xalq şairi Fikrət Qocanın 90 illik yubileyinə həsr olunmuş musiqili bədii gecə keçirildi FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan p

arrow Ətraflı
Baş Prokurorluqdan 13 il əvvəlki cinayət işinin itməsi ilə bağlı iddialara CAVAB like
  • 25 Dek 15:41  
Digərləri Baş Prokurorluqdan 13 il əvvəlki cinayət işinin itməsi ilə bağlı iddialara CAVAB

Bəzi media subyektləri tərəfindən Zaidov Cabir Həsən oğlu barəsində is

arrow Ətraflı
Patent almaq asanlaşır?  YENİ QAYDALAR like
  • 25 Dek 15:38  
Digərləri Patent almaq asanlaşır? YENİ QAYDALAR

İxtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patentin veril

arrow Ətraflı
İradə arıqlayıb "iynəyə sap" oldu like
  • 25 Dek 15:35  
Şou-biznes İradə arıqlayıb "iynəyə sap" oldu

Müğənni İradə İbrahimovanın son görüntüsü sosial şəbəkələrdə di

arrow Ətraflı