Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Siyasət 24 Dek 2025 15:59:00 82 0
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu xəbəri də oxu: KasımJomart Tokayev Prezident İlham Əliyevə zəng edib
Son.az xəbər verir ki, Türkiyə Prezidenti dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidentinin Türkiyəyə, Türkiyə Prezidentinin isə ölkəmizə səfərləri məmnunluqla xatırlanaraq, bütün bunların qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərimizin inkişafında roluna toxunulub.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Azərbaycana səfərini qeyd edərək, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilmiş 12-ci iclasının uğurlu nəticələrini vurğulayıb.
Telefon danışığı əsnasında dövlət başçıları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər böl
Yanvar ayının 8- də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
Amnistiya aktı "Nikosayağı" ləqəbi ilə tanınan bloqer Nicat Şa
Dekabrın 24-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respu
Dekabrın 25-i gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə h
BMW avtomobillərin təmirini məhdudlaşdıran yeni vint başlığı dizaynı �
"Qrip infeksiyası ilə mübarizədə ən təsirli vasitə spesifik peyvən
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana ümumilikdə 45 523.24 ton
"Havaların kəskin soyuduğu qış ayları epidemioloji cəhətdən əsas�
Mikroplastik nəsil sağlamlığını dəyişdirir.
Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda sat
Müğənni Aytac Vidadiqızının şəxsi həyatı ilə bağlı açıqlaması
Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında
Türkiyəli müğənni Sinan Akçıl 10 il ərzində ödənilməyən dayanacaq v
