ICESCOnun Baş direktoru İlham Əliyevi təbrik edib
Siyasət 22 Dek 2025 16:29:00 67 0
ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Prezident 2026cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı paylaşım edib FOTO
Son.az xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Doğum gününüz münasibətilə Sizə öz adımdan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO adından səmimi təbriklərimizi çatdırmaqdan və ən yüksək ehtiramımızı ifadə etməkdən şərəf duyuram.
Bu əlamətdar gün Sizin müdrik liderliyinizi və Azərbaycan Respublikasının tərəqqisinə, sabitliyinə, beynəlxalq mövqeyinin möhkəmlənməsinə sarsılmaz sadiqliyinizi qeyd etmək üçün yaxşı fürsət yaradır. Zati-alinizin rəhbərliyi ilə Azərbaycan mədəniyyətlərarası dialoqa, sülhə, əməkdaşlığa və davamlı inkişafa böyük töhfələr verməklə İslam dünyasında və onun hüdudlarından kənarda fəal rol oynamaqda davam etmişdir.
ICESCO Azərbaycan Respublikası ilə xüsusilə təhsil, süni intellekt, mədəniyyət və irs sahələrində sıx və məhsuldar əməkdaşlığa böyük əhəmiyyət verir. Ortaq məqsədlərimizə və dəyərlərimizə nail olmaq üçün bu tərəfdaşlığı daha da möhkəmləndirməyə sadiq qalırıq.
Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə və hörmətli ailənizə möhkəm cansağlığı, davamlı uğurlar və rifah arzulayıram. Həmçinin Sizin rəhbərliyinizlə dost Azərbaycan xalqına bundan sonra da tərəqqi və firavanlıq diləyirəm.
Zati-aliləri, icazə verin, Sizə ən yüksək hörmət və ehtiramımı bildirim".
Müğənni Xatirə İslam Moskvadan paylaşdığı yeni fotolarla sosial şəbə
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə parlame
Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə "
Azərbaycanda rayonların birində qohumunun 13 yaşlı qızı ilə intim münas
Dünya bazarında qızılın qiyməti rekord səviyyəyə çatıb.
Müğənni Şəbnəm Qəhrəmanova açıqlaması ilə diqqət çəkib.
Trend Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşları Prezident İlham Əl
Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Pr
Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətinə hücum edib. Hücu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ilin Azərbayca
2026-cı ildə Xəzəryanı şəhərləri birləşdirəcək dəniz kruizlərinin
Dekabrın 22-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətən
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətində (QSC) aparılm�
Milli Məclisdə müzakirəyə çıxarılan və birinci oxunuşdan keçən Əmə
Xəbər verdiyimiz kimi, müğənni Dəniz Əsədova Amnistiya aktı ilə azadl
