Qazaxıstanın Baş naziri Heydər Əliyev Mərkəzində olub FOTO
Siyasət 03 Mar 2025 17:24:00 93 0
Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Heydər Əliyev Mərkəzində olub.
Bu xəbəri də oxu: İlham Əliyev Migel Anxel Moratinosu qəbul edib
Son.az xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
Baş nazir Oljas Bektenov əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.
Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.
"Azərbaycan inciləri" sərgisi ilə də tanış olan Oljas Bektenova bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
"Musiqi alətləri: Birlik və müxtəliflik" sərgisi ilə tanışlıqdan sonra Oljas Bektenov Azərbaycan xalçalarından ibarət "İlmələrin rəqsi" sərgisinə baxış keçirib.
"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Qazaxıstanın Baş naziri Oljas Bektenov daha sonra xatirə kitabına ürək sözlərini yazıb.
Baş nazir Mərkəzdən xoş təəssüratla ayrılıb.
Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzr�

Xəbər verdiyimiz kimi, Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və

"Bakı şəhəri 231 nömrəli tam orta məktəb direktorunun müəllimlər

"Qardaşımla ömür boyu yola getməmişik. Ömür boyu o məni döyüb. M

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Ukrayna xalqının əmin olacağı etibarlı təhlükəsizlik zəmanətləri al�

Hər il Ramazan ayında ATV ekranlarında iftar və səhər proqramları aparan

Şahin Tofiq oğlu Babayev Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqq

Ulduzlar qətiyyətlə hərəkət etməyə hazır olanlar üçün yeni imkanlar

Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev iflic olub.

Əməkdar artist Fərqanə Qasımova kürəkəni Fəriddən danışıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) 8 mart B

Azərbaycanda gələn ildən közərmə lampalarına qadağa qoyulmasının səb
