İdarə qapılarında növbələrə son: Rəqəmsal inqilab başlayır
Digərləri 23 Mar 2025 14:41:00 75 0
Hazırda yeni sistem vasitəsilə hər ay bir milyondan çox kağız sənədin istifadəsinə qənaət edilir ki, bu da ildə təxminən 2 mindən çox ağacın kəsilməsinin qarşısını alır. Bununla yanaşı, Milli Məlumat Mübadiləsi Sistemi dövlət orqanları arasında operativ və etibarlı məlumat mübadiləsini təmin edir.
Bu xəbəri də oxu: Türkiyədə silahlı hücum Azərbaycan vətəndaşı yaralandı
Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq, rəqəmsal hökumətə keçid baş verəcək. Bu, "Rəqəmsal İnkişaf Konsepsiyası"nda öz əksini tapıb. Sənəddə deyilir ki, Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini, vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Bəs nəzərdə tutulan yeniliklər bizə nə verəcək? Vətəndaşların bu sistemə öyrəşməsi üçün işlər görülürmü?
Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Hər ay bir milyondan çox kağıza qənaət edilir
Prosesdə aparıcı qurumlardan biri kimi çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) "Kaspi" qəzetinə verilən məlumata görə, qurum tərəfindən həyata keçirilən ən mühüm təşəbbüslərdən biri Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsistemidir: "Bu sistem sayəsində dövlət qurumları arasında sənəd mübadiləsi tam rəqəmsal formada və təhlükəsiz şəkildə aparılır. Hazırda 2 200-dən çox dövlət qurumu və alt strukturlar RSD altsisteminə qoşulub və bu sistem vasitəsilə hər ay bir milyondan çox kağız sənədin istifadəsinə qənaət edilir ki, bu da ildə təxminən 2 mindən çox ağacın kəsilməsinin qarşısını alır. Bununla yanaşı, İRİA tərəfindən təqdim edilən "digital.bridge" - Milli Məlumat Mübadiləsi Sistemi dövlət orqanları arasında operativ və etibarlı məlumat mübadiləsini təmin edir. Artıq vətəndaşlar dövlət qurumlarına bir çox sənədləri təqdim etmək məcburiyyətində deyil, çünki həmin məlumatlar birbaşa "digital.bridge" üzərindən əldə edilə bilir. Bu yenilik təkcə vətəndaşlara rahatlıq yaratmır, həm də dövlət xidmətlərinin sürətini artırır və bürokratik maneələri aradan qaldırır. Sistem vasitəsilə həyata keçirilən məlumat mübadilələrinin sayı bir milyardı ötüb və bu proses nəticəsində ildə 10 mindən çox ağacın kəsilməsinin qarşısı alınır".
"23 növ rəqəmsal sənədin hüquqi qüvvəsi təmin edilib"
Qurumdan bildirilir ki, 2024-cü ildə yenilənmiş "mygov" rəqəmsal hökumət platforması çərçivəsində də mühüm addımlar atılıb: "Artıq vətəndaşlara həyat hadisələri üzrə rəqəmsal hökumət xidmətləri təqdim olunur. Məsələn, ailə qurmaq, valideyn olmaq, ailə üzvünün vəfatı kimi həyat hadisələri ilə bağlı bütün dövlət xidmətləri inteqrasiya olunub və elektron qaydada əlçatan edilib. Bununla yanaşı, vətəndaşlara aid bir sıra sənəd və məlumatlar da rəqəmsal formada təqdim edilir. Hazırda "mygov" platformasında 40-dan çox məlumat və rəqəmsal sənəd mövcuddur. Ölkə prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, şəxsiyyət vəsiqəsi, doğum, ölüm və nikah haqqında şəhadətnamələrin rəqəmsal versiyaları artıq fiziki versiyaları ilə bərabər hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki, vətəndaşlar artıq fiziki sənədləri təqdim etmədən, "mygov" üzərindən rəqəmsal şəxsiyyət vəsiqələrini və digər sənədlərini istənilən dövlət və özəl quruma təqdim edə bilərlər. Bundan əlavə, 2025-cü ildə qəbul edilən qanun dəyişiklikləri ilə daha 23 növ rəqəmsal sənədin hüquqi qüvvəsi təmin edilib. Bu isə ölkədə kağız sənədlərdən istifadənin daha da azalmasına və rəqəmsal hökumət konsepsiyasının genişlənməsinə töhfə verir".
"Vətəndaşlar buna hazırdırmı" sualına gəldikdə isə, İRİA-dan bildirilir ki, vətəndaşların rəqəmsal hökumət həllərinə daha rahat və səmərəli şəkildə inteqrasiya olunması üçün müxtəlif istiqamətlərdə işlər görülür: "İlk növbədə, dövlət xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə istifadəçi dostu interfeyslərə malik rəqəmsal hökumət xidmətləri, platforması təqdim olunur. Bu, vətəndaşların mürəkkəb texniki biliklərə ehtiyac duymadan rəqəmsal xidmətlərdən asanlıqla yararlanmasına imkan verir. Bununla yanaşı, mütəmadi maarifləndirmə kampaniyaları təşkil edilir, xüsusi təlim proqramları, seminarlar həyata keçirilir".
İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrup

Bloger Asya Aslanova (Asyafuad) keçmiş həyat yoldaşı, videoqraf Fuad İsmay

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Qaxıstanın Mangistau vilayətində qazax milli geyimləri ilə bağlı yeni d�

Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda hərəkət

Astroloqlar tez aşiq olmağı bacaran bürc dairəsinin nümayəndələrini aç

Martın 23-nə keçən gecə Rusiya ordusu Kiyevə hücumu azı 3 nəfərin həy

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə ünsiyyətini r

Ötən gün Marneuli bələdiyyəsinin Sadaxlı kəndi ərazisində yol-nəqliyy

Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin həyat yoldaşı Nita Amban

"Elza Seyidcahana deməli idim ki, şlyapan xoşuma gəlmir deyə səni İt

Cənubi Koreyanı bürüyən meşə yanğınları dörd nəfərin həyatına son

İsrail Misir vasitəçilərinin köməyi ilə HƏMAS hərəkatına Qəzza zola�

Azərbaycanda martın 24-də gözlənilən hava şəraiti açıqlanıb.
