Prezident yol təmirinə 1.4 milyon manat ayırdı
Siyasət 19 Dek 2025 12:47:00 76 0
Prezident İlham Əliyev Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Avropa Parlamenti real sülh gündəliyinə qarşı: Brüssel–İrəvan xəttinin Cənubi Qafqaz sabotajı
Son.az xəbər verir ki, Sərəncamda deyilir:
"Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsi onlar
Meyxanaçı-müğənni Namiq Qaraçuxurlu yarım milyonluq avtomobili ilə yolda
Məşhur türkiyəli müğənni Onur Akın klip çəkilişi zamanı bədbəxt ha
Türk dövlətlərinin dezinformasiya qarşısında dayanıqlı kommunikasiya si
Mal qara arasında yayılan dabaq xəstəliyi süd məhsullarının satışına
Bakı Apellyasiya Məhkəməsində xüsusilə külli miqdarda dələduzluqda tə
Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.
"Elektron siqaretə münasibətdə cəmiyyətdə yanlış bir təsəvvür f
Müğənni Roza Zərgərli paylaşımı ilə diqqət mərkəzinə düşüb.
Dekabrda 9-u Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizind�
Ötən gün Ağdamın Çəmənli kəndində minaya düşən traktorçu Məmmədo
Müğənni Mənzurə Musayeva həyatının ən ağır günləri ilə bağlı sə
