Vilayət Eyvazov bu vəzifəyə seçildi
Digərləri 18 Dek 2025 21:31:00 64 0
Azərbaycan Atıcılıq Federasiyasının ümumi yığıncağı keçirilib.
Bu xəbəri də oxu: Üzündən oxuya bilmir, hər il yarısı ana dilindən kəsilir Rus bölmələrində dil problemi
Son.az-ın məlumatına görə, Federasiyanın baş katibi Emin Cəfərov 2022-2025-ci illər ərzində Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyəti, keçirilən yarışlar, əldə olunan nəticələr barədə hesabat verib.
Hesabatda vurğulanıb ki, beynəlxalq yarışlarda iştirak etmək üçün ümumilikdə 66 idmançı cəlb edilib, onlardan 27-si müxtəlif əyarlı medallar qazanması göstəriciləri 80 faiz artırıb. Güllə və stend atıcılığı növü üzrə idmançılar beynəlxalq yarışlarda 21 qızıl, 33 gümüş, 31 bürünc olmaqla 85 medal əldə ediblər. Milli yığma komandanın üzvü Nigar Nəsirova 2025-ci il Dünya Çempionatında 50 metr məsafəyə tapançadan güllə atıcılığı üzrə dünya rekordunu yeniləyib.
Daha sonra Azərbaycan Atıcılıq Federasiyasının Nizamnaməsi səsvermə yolu ilə yeni redaksiyada qəbul olunub. Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib.
Səsvermənin nəticələrinə əsasən, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov növbəti 4 il müddətinə yenidən Azərbaycan Atıcılıq Federasiyasının prezidenti seçilib.
İsmət Əliyev, Zemfira Meftaxetdinova, Tofiq Bəylərov vitse-prezident, Tamirlan Hacıyev, Aynur Cəfərova və Nigar Nəsirova İdarə Heyətinin üzvü seçiliblər.
Sonda federasiya prezidenti Vilayət Eyvazov çıxış edib, göstərilən etimada görə təşəkkürünü bildirib və federasiyanın qarşıdakı fəaliyyət planları barədə danışıb.
Müğənni Səidə Sultan efirlərə çıxmamasının səbəbini açıqlayıb.
Avropa Parlamentində Azərbaycanla bağlı təşkil edilən dinləmələr mahiy
Bəzi güzgülər var ki, ikitərəflidir. Yəni, arxa tərəfi görünür.
Müğənni Rəqsanə İsmayılova növbəti dəfə ayrılıq xəbərlərini yala
Tam orta (11 illik) təhsil bazasında Azərbaycan Dövlət Rəssamlıq Akademiy
Dekabrın 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliy
Bağırsaq xərçənginə qalib gələn 25 yaşlı qadın üç əsas bağırsaq
Azərbaycan dezinformasiyaya qarşı mübarizənin nə demək olduğunu hər kə
Eçmiədzində katolikos II Qareginin tərəfdarları və onun istefasını təl
Köhnə antifriz avtomobil üçün ciddi təhlükə yarada bilər. Avtomobildə
"Evim, yəqin, bir gün, bəlkə də, yenidən sevdiyim bir adamın ürəyi
Orta məktəblərin rus dili bölmələrində təhsil alan şagirdlərin ana dil
Paltarların evin içində paltar ipində və ya radiator üzərində qurudulmas
