Elektron siqaretlər niyə qadağan olunur? Deputat açıqladı


Digərləri 18 Dek 2025 17:35:00 87 0

Elektron siqaretlər niyə qadağan olunur?  Deputat açıqladı

"Elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsinin qadağan olunması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər ictimai sağlamlıq baxımından əsaslandırılmış və vaxtında atılan addımdır".

Son.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, elektron siqaretlər xüsusən yeniyetmələr və gənclər arasında nikotin asılılığının genişlənməsinə şərait yaradır.

Onun sözlərinə görə, dadlandırıcılar, cazibədar dizayn və marketinq siqaretə "zərərsiz alternativ" kimi yanlış təsəvvür formalaşdırır, bunu əyləncə kimi təqdim edir və ilk istifadəyə giriş baryerini aşağı salır. Bu isə uzunmüddətli perspektivdə həm tütün məhsullarına keçidi, həm də nikotin asılılığının dərinləşməsini artırır.

T.Mirkişili vurğulayıb ki, bu məhsulların tərkibi və keyfiyyətinə nəzarət praktikada çətindir. Əlavə edib ki, bazarda standartlardan kənar, qeyri-qanuni və mənşəyi şübhəli məhsulların dövriyyəsi geniş yayılıb. Nəticədə risk yalnız nikotinlə məhdudlaşmır; insan sağlamlığı üçün mənfi nəticələr yaradan kimyəvi qarışıqların istifadəsi ehtimalı yüksəlir:

"Tərkibində müxtəlif kimyəvi maddələr olan buxarların insan orqanizminə, xüsusilə də tənəffüs yollarına verəcəyi ziyanlar dünyada artıq sübut edilmişdir".

Millət vəkili vurğulayıb ki, qadağa dövlətin iqtisadi və profilaktik səhiyyə siyasətinin məntiqi davamıdır.

"Xəstəlik yarandıqdan sonra müalicə xərclərini artırmaqdansa, risk faktorlarını məhdudlaşdırmaq daha effektiv və daha ucuz yanaşmadır. Bu qərar təkcə fərdi sağlamlığı deyil, həm də ailələrin sosial rifahını və əmək məhsuldarlığını qorumağa xidmət edir.

Bu baxımdan, idxal-istehsal-satış-istifadə zəncirinin bütövlükdə qadağan olunması, xüsusilə gənclərin qorunması və uzunmüddətli səhiyyə yükünün azaldılması üçün məqsədyönlü, ictimai marağa uyğun qərardır. Bu həm də ölkədə insan kapitalının qorunmasına yönələn mühüm siyasətdir".

Mina Mikayılova Son.az

“Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub  FOTO like
  • 18 Dek 17:34  
Kriminal “Uşaqların səsi” adlı konsert proqramı təqdim olunub FOTO

Yunan filosofu Platon musiqini yalnız sənət deyil, həm də təhsil və əxla

arrow Ətraflı
6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı like
  • 18 Dek 17:32  
Digərləri 6 il axtarışda olan Azərbaycan vətəndaşı Almaniyada saxlanıldı

Almaniyada saxlanılan Azərbaycan vətəndaşı Ukraynaya deportasiya olunub. 

arrow Ətraflı
Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı  FOTO like
  • 18 Dek 17:30  
Şou-biznes Səhər saxlanılan məşhurlardan birinin evindən üyüdücü çıxdı FOTO

Türkiyədə səhər saatlarında məşhurlara qarşı keçirilən əməliyyatı

arrow Ətraflı
Damarları daraldır, infarkt riskini artırır  Azərbaycanda da like
  • 18 Dek 17:10  
Digərləri Damarları daraldır, infarkt riskini artırır Azərbaycanda da

Tədqiqatlar göstərir ki, elektron siqaretlər və "vaping" cihazlar

arrow Ətraflı
Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTVyə bu kadrlara görə like
  • 18 Dek 17:00  
Şou-biznes Müğənni ilə psixoloq arasında GƏRGİNLİK: MTVyə bu kadrlara görə

MTV kanalında efirə gedən "Xoş Sabah" proqramında canlı yayım z

arrow Ətraflı
Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var like
  • 18 Dek 16:56  
Digərləri Hindistanda dəhşət: Fillər kəndlərə hücum etdi, ölənlər var

Hindistanda vəhşi fillərin ardıcıl hücumları yerli sakinlər arasında pa

arrow Ətraflı
Beybutovun 4 milyonu kimdədir?  Cavid Hüseynli azadlığa buraxıldı like
  • 18 Dek 16:45  
Digərləri Beybutovun 4 milyonu kimdədir? Cavid Hüseynli azadlığa buraxıldı

İş adamı Quvat Beybutovun 4 milyon manatını dələduzluq yolu ilə ələ k

arrow Ətraflı
Rus kürüsü Trampa necə çatdı? like
  • 18 Dek 16:41  
Digərləri Rus kürüsü Trampa necə çatdı?

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiyanın X

arrow Ətraflı
Aİnin Cənubi Qafqazda "alov" axtarışı  Külə dönən nüfuz... like
  • 18 Dek 16:30  
Siyasət Aİnin Cənubi Qafqazda "alov" axtarışı Külə dönən nüfuz...

Son günlər Avropa Parlamentinin gündəmində yenidən Azərbaycan mövzusu &q

arrow Ətraflı
"Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib"  Peskov like
  • 18 Dek 16:20  
Dünya "Putin və Ərdoğan həmin məsələni müzakirə etməyib" Peskov

Putin və Ərdoğan Aşqabadda S-400 məsələsini müzakirə etməyiblər.

arrow Ətraflı
Hadisədən "2025"ə vida RƏQSİ like
  • 18 Dek 16:10  
Şou-biznes Hadisədən "2025"ə vida RƏQSİ

Hadisə yeni paylaşımı ilə müzakirələrə səbəb olub.

arrow Ətraflı
Qubada sərnişin avtobusu ana və övladını vurdu  ölən var like
  • 18 Dek 16:05  
Digərləri Qubada sərnişin avtobusu ana və övladını vurdu ölən var

Qubada sərnişin avtobusu ana və övladını vurub.

arrow Ətraflı
Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq?  AÇIQLAMA like
  • 18 Dek 16:00  
Digərləri Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq? AÇIQLAMA

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bina və qurğuların getdikcə

arrow Ətraflı
Rüşvət alan bağça müdiri işdən qovuldu like
  • 18 Dek 15:58  
Digərləri Rüşvət alan bağça müdiri işdən qovuldu

Zaqatalada bağça müdiri rüşvət ittihamı ilə vəzifəsindən kənarlaşd�

arrow Ətraflı