Azərbaycanda minlərlə insan istifadə edir: İnfarkt riskini 53 faiz artırır


Digərləri 16 Dek 2025 08:41:00 67 0

Azərbaycanda minlərlə insan istifadə edir: İnfarkt riskini 53 faiz artırır

Alimlər elektron siqaret istifadəsinin ürək-damar sağlamlığı üçün ciddi risklər yaratdığını müəyyən ediblər. Aparılan elmi araşdırmalara görə, elektron siqaret istifadə edən şəxslərin infarkt keçirmə ehtimalı istifadə etməyənlərlə müqayisədə 53 faiz, insult riski isə 73 faiz daha yüksəkdir.

Son.az xəbər verir ki, elektron siqaretlərin sağlamlığa təsiri ilə bağlı araşdırmanın nəticələri açıqlanıb. News Medical Life Sciences portalının məlumatına əsasən, tədqiqatçılar elektron siqaret istifadəsi ilə infarkt və insult riski arasındakı əlaqəni təhlil ediblər.

Araşdırma çərçivəsində əvvəlki illərdə aparılmış 12 elmi tədqiqatın nəticələri nəzərdən keçirilib. Bu tədqiqatlar infarktla bağlı 430 min 875, insultla bağlı isə 1 milyondan çox iştirakçını əhatə edib.

Nəticələrə əsasən, elektron siqaret istifadə edən şəxslərin infarkt keçirmə ehtimalı bu məhsullardan istifadə etməyənlərə nisbətən 53 faiz daha yüksəkdir.

Araşdırmada xüsusilə daha əvvəl adi siqaret çəkmiş və hazırda elektron siqaret istifadə edən şəxslərdə riskin daha da artdığı müəyyən olunub. Bu qrupda olan insanların insult keçirmə ehtimalının siqaret çəkməyənlərlə müqayisədə 73 faiz daha yüksək olduğu bildirilib.

"Zərərsiz alternativ kimi qiymətləndirilməməlidir"

Tədqiqatçılar əldə edilən nəticələrin elektron siqaretlərin "zərərsiz alternativ" kimi təqdim olunmasının doğru olmadığını göstərdiyini vurğulayıblar. Uzun illərdir məlumdur ki, tütün məhsullarının istifadəsi koronar arteriya xəstəlikləri, yüksək təzyiq və insult da daxil olmaqla ürək-damar xəstəliklərinin əsas risk faktorları sırasındadır.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın məşhur "Below Deck" realiti-şousunun ulduzu Fraser Olender elektron siqaret istifadəsinə bağlı zəhərlənmə səbəbindən infarkt keçirmişdi.

Lalə Qüdrətova Son.az

Eyni ayaqqabını hər gün geyinməyin  Mikrobioloqdan xəbərdarlıq like
  • 16 Dek 08:07  
Digərləri Eyni ayaqqabını hər gün geyinməyin Mikrobioloqdan xəbərdarlıq

Mikrobioloq ayaq qoxusundan qurtulmağın yollarını açıqlayıb.

arrow Ətraflı
Tıxac probleminə son: Uçan elektrik avtomobili gələn il yollarda ola bilər like
  • 16 Dek 07:07  
Digərləri Tıxac probleminə son: Uçan elektrik avtomobili gələn il yollarda ola bilər

ABŞ mərkəzli texnologiya şirkəti Alef Aeronautics həm yerüstü hərəkət

arrow Ətraflı
Niyə səhər çimmək olmaz?  VİDEO like
  • 16 Dek 06:06  
Digərləri Niyə səhər çimmək olmaz? VİDEO

Səhər saatlarında duş qəbul etmək sağlamlığa mənfi təsir göstərə

arrow Ətraflı
Bu qarışımı içsəniz, qışda heç xəstələnməyəcəksiniz like
  • 16 Dek 05:05  
Digərləri Bu qarışımı içsəniz, qışda heç xəstələnməyəcəksiniz

Qış aylarında H3N2 qripi, Covid-19, RSV və rinovirus kimi infeksiyaların ya

arrow Ətraflı
Ölümə aparan arıqlama üsulu  Ağciyər deşilə bilər like
  • 16 Dek 04:04  
Digərləri Ölümə aparan arıqlama üsulu Ağciyər deşilə bilər

Son vaxtlarda dünyada incə bel görünmək məqsədilə qabırğaların kəsi

arrow Ətraflı
Qanda dəmiri artıran məhsullar açıqlandı like
  • 16 Dek 02:02  
Digərləri Qanda dəmiri artıran məhsullar açıqlandı

Dəmir çatışmazlığının qarşısını alan məhsullar açıqlanıb.

arrow Ətraflı
Pulqabınıza bunları qoymayın  Kasıblaya bilərsiniz like
  • 16 Dek 01:01  
Digərləri Pulqabınıza bunları qoymayın Kasıblaya bilərsiniz

Maliyyə mütəxəssisləri gündəlik pul idarəçiliyində diqqət edilməli o

arrow Ətraflı
“Müəllim” sözünü düzgün yaza bilməyənlərlə sağollaşmışıq”  Emin Əmrullayev like
  • 16 Dek 00:59  
Digərləri “Müəllim” sözünü düzgün yaza bilməyənlərlə sağollaşmışıq” Emin Əmrullayev

"İnanıram ki, son 10 ildə müəllimlərimizin keyfiyyəti əsaslı şək

arrow Ətraflı
Hacıqabulda ağır qəza  ölən var like
  • 16 Dek 00:53  
Digərləri Hacıqabulda ağır qəza ölən var

Hacıqabul rayonu ərazisində ağır yol qəzası baş verib.

arrow Ətraflı
Fatma Mahmudova KİMDİR? – Ön cəbhədə səhnə quran Xalq artisti like
  • 16 Dek 00:51  
Şou-biznes Fatma Mahmudova KİMDİR? – Ön cəbhədə səhnə quran Xalq artisti

Bu gün Xalq artisti Fatma Mahmudova reablitasiya mərkəzinə yerləşdirilib.

arrow Ətraflı
Protein tozları həqiqətən lazımlıdır?   Mütəxəssisdən açıqlama like
  • 16 Dek 00:40  
Digərləri Protein tozları həqiqətən lazımlıdır? Mütəxəssisdən açıqlama

Protein tozları uzun illərdir xüsusilə idman edən və əzələ kütləsini

arrow Ətraflı
“Bu, böyük tərbiyəsizlik idi” like
  • 16 Dek 00:32  
Şou-biznes “Bu, böyük tərbiyəsizlik idi”

Müğənni Roza Zərgərli onun barəsində yayılan və "fiziki məhdudiyy

arrow Ətraflı
Azərbaycanın ən çox investisiya yatırdığı ölkə məlum oldu like
  • 16 Dek 00:18  
Digərləri Azərbaycanın ən çox investisiya yatırdığı ölkə məlum oldu

2025-ci ilin ilk 9 ayında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xa

arrow Ətraflı
Məşhur serial final edir like
  • 16 Dek 00:07  
Şou-biznes Məşhur serial final edir

"Bahar" serialının gələcəyi artıq dəqiqləşib. Mövsümün əv

arrow Ətraflı
Günün qoroskopu: Sağlamlığınıza diqqət ayırmaq faydalı olacaq like
  • 16 Dek 00:01  
Digərləri Günün qoroskopu: Sağlamlığınıza diqqət ayırmaq faydalı olacaq

Son.az 16 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:

arrow Ətraflı