Gələn ildən onların gəlirlərindən daha çox pul tutulacaq
Digərləri 13 Dek 2025 15:06:00 53 0
"Qanunvericiliyə edilən yeni dəyişikliklərə əsasən, sabit qəbz və ailə kəndli təsərrüfatları üçün mövcud rejim saxlanılsa da, dərəcələr artırılacaq. Belə ki, gələn ildən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, sabit qəbzdə regional əmsallarda 3 faizlik dərəcə 5 faizə, 5 faizlik dərəcələr isə 8 faizə çatdırılacaq".
Bu xəbəri də oxu: Kolbasanın üstündə bu söz varsa, qəti almayın
Son.az xəbər verir ki, bunu "qafqazinfo"ya açıqlamasında deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu o deməkdir ki, toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və eləcə də fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət üçün ödəniş minimum aylıq əməkhaqqının 5 faizi miqdarından 8 faizədək artırılır: "Digər sabit qəbz tələb olunan fəaliyyət növlərində isə dərəcələr 3 faizdən 5 faizə çatdırılır. Bu fəaliyyət növləri üzrə regional əmsalların tətbiqini də nəzərə aldıqda, paytaxt və bir sıra iri şəhərlərdə ödənilən məbləğ daha yüksək olur. Belə ki, Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2,0, Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində 1,5 və digər şəhər və rayonlarda is 1,0 əmsalından istifadə edilir".
Deputat bildirib ki, yeni dəyişikliklərdən sonra, sözügedən fəaliyyətlə məşğul olanların ödənişlərində artımlar qeydə alınacaq: "Məsələn bərbər fəaliyyəti ilə məşğul olanlar əvvəl Bakıda 24 manat (400 manat (minimum əmək haqq) x 3 faiz x 2 əmsal) ödəyirdisə, 2026-ci ildən etibarən 40 manat (400 manat (minimum əmək haqqı) x 5 faiz x 2 əmsal) ödəyəcəklər. Yəni bərbərlərin aylıq ödənişində Bakı şəhərində 16 manat artım qeydə alınacaq. Belə 2 faizlik artım x2 əmsal = 4 faiz edir. Minimum əməkhaqqı da 400 manat olduğu üçün 16 manat (400 manat x 4 faiz) artım qeydə alınır.
Moskvada tələbə idman zalında paylaşdığı video səbəbindən həbs olunu
Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış iş
Yasamalda çoxmərtəbəli binada baş verən yanğında ölən Bakı Milli Geyi
"Samsung"un "TriFold" ekranının təmiri iPhone 17 Pro-nun
Aktrisa Zümrüd Qasımova sosial şəbəkədə ona tənqid yazanlara cavab veri
Sumqayıtda 27 yaşlı qadının ailəsi onun abortdan sonra öldüyünü bildir
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
Mədəniyyət Nazirliyi bir sıra yazıçı və nəşriyyatla yeni alqı-satqı
Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında
1900-cu illərin Bakısı sosial şəbəkələrdə gündəmə gəlib.
Azərbaycanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrd
"iPhone" istifadəçiləri "Apple" ID məlumatlarının oğu
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Məşhur türk serialı "Veliaht"ın 13-cü bölümündə "Tərə
