Putinin böyük planı açıqlandı


Digərləri 22 Mar 2025 21:49:00 74 0

Putinin böyük planı açıqlandı

Rusiya lideri Vladimir Putin Ukraynada mümkün sülh danışıqları zamanı heç nəyi riskə atmaq istəmir, onun böyük planları var.

Son.az xəbər verir ki, bu barədə CNN-nin analitik materialında deyilir.

"Rusiya lideri və ətrafı açıq şəkildə bəyan edir ki, strateji məqsədləri dəyişməz olaraq qalır. Sülhdən danışsa da, Kreml münaqişənin "əsas səbəblər"inin aradan qaldırılmasında israrlıdır. Bura Ukraynanın suverenliyinin ləğvi, hökumətin (Prezident Volodimir Zelenskinin) dəyişdirilməsini və NATO-nun Şərqi Avropadakı təsirinin məhdudlaşdırılması daxildir.

Putin 2022-ci ildə Kiyevdə rusiyapərəst rejim qurmaq, Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünün qarşısını almaq məqsədilə genişmiqyaslı işğala başlayıb. Döyüş meydanında uğursuzluğa düçar olsa da, bu məqsədindən dönməyib", - materialda vurğulanır.

Mənbə qeyd edir ki, Rusiyanın başqa ölkədə məqsədlərinə nail olmasının ən asan yolu hərbi variant yox, müdaxilə və seçki prosesidir:

"Ona görə də Kreml Zelenskinin legitimliyinə şübhə ilə yanaşır və seçkilərdə israr edir, bu prosesdən öz məqsədləri üçün istifadə etməyə çalışır. Putin həm də Ukraynanın neytral dövlət olaraq qalmasını və NATO-ya üzv olmamasını istəyir".

Kremlin qlobal ambisiyalarına gəlincə, CNN hesab edir ki, Putin Rusiyanın böyük dövlət statusunu bərpa etməyə və ABŞ-nin dünyada təsirini zəiflətməyə çalışır: "Bu məqsədlə Qərbin əleyhdarları olan ölkələrlə - Çin, Şimali Koreya, İran və digərləri ilə koalisiya yaradır".

Analitik Monika Uaytın fikrincə, Rusiya bütün mühüm danışıqlar masasında olmaq istəyir, sabitliyi pozmaqla proseslərdə aparıcı rol oynamağa çalışır.

"Putin əmindir ki, Rusiya dünya nizamının müəyyən edilməsində iştirak etməlidir. Bəlkə də Vaşinqtonda onunla həmfikir olanlar var. Məsələn, Tramp hesab edir ki, dünyanın ən qüdrətli ölkələri ərazilərin yenidən bölüşdürülməsi olsa belə, öz mülahizələri ilə hərəkət etmək hüququna malikdir", - materialda bildirilir.

Siyasi ekspert Mark Qaleotti bu barədə söyləyir: "Trampın nöqteyi-nəzərindən Ukrayna ABŞ və Rusiya arasında razılaşmanı qəbul etməli olan vassal dövlətdir". (Teleqraf) Son.az

İmamoğlunun gətirildiyi məkan hazırda  FOTO like
  • 22 Mar 21:40  
Digərləri İmamoğlunun gətirildiyi məkan hazırda FOTO

21:40 İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və di

arrow Ətraflı
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ: Dalğanın hündürlüyü 6 metrə çatacaq like
  • 22 Mar 21:27  
Digərləri Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ: Dalğanın hündürlüyü 6 metrə çatacaq

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilm�

arrow Ətraflı
ABŞdə atışma  3 ölü, 14 yaralı var like
  • 22 Mar 21:10  
Dünya ABŞdə atışma 3 ölü, 14 yaralı var

Amerikanın Nyu-Meksiko ştatının Las Kruses şəhərindəki parkda atışma n

arrow Ətraflı
Osman Sınavla vida mərasimində təsirli anlar like
  • 22 Mar 20:56  
Şou-biznes Osman Sınavla vida mərasimində təsirli anlar

Bu gün türkiyəli məşhur rejissor Osman Sınavla vida mərasimi keçirilib.

arrow Ətraflı
Bu ərazilərdə qar yağmağa başladı like
  • 22 Mar 20:47  
Digərləri Bu ərazilərdə qar yağmağa başladı

Bu gün saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərin

arrow Ətraflı
Sabah bu ərazilərdə qaz olmayacaq like
  • 22 Mar 20:42  
Digərləri Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Şərur rayonunun bir sıra kəndlərində qaz təchizatında müvəqqəti

arrow Ətraflı
ABŞ “Qızıl Qübbə” müdafiə sistemini hazırlayır like
  • 22 Mar 20:27  
Dünya ABŞ “Qızıl Qübbə” müdafiə sistemini hazırlayır

ABŞ ordusu ölkəni uzaqmənzilli raket zərbələrindən qorumaq məqsədilə

arrow Ətraflı
İmamoğlu ona verilən sualları belə cavablandırdı like
  • 22 Mar 20:15  
Digərləri İmamoğlu ona verilən sualları belə cavablandırdı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun

arrow Ətraflı
Günay bahalı zinət əşyasını itirdi like
  • 22 Mar 20:05  
Şou-biznes Günay bahalı zinət əşyasını itirdi

Müğənni Günay İbrahimli bahalı zinət əşyasını itirib.

arrow Ətraflı
20ci əsrin ən məşhur casusu öldü like
  • 22 Mar 19:56  
Dünya 20ci əsrin ən məşhur casusu öldü

20-ci əsrin ən məşhur casuslarından biri Oleq Qordiyevski Böyük Britaniya

arrow Ətraflı
İranda yaşayış binasında partlayış  21 nəfər yaralandı like
  • 22 Mar 19:44  
Digərləri İranda yaşayış binasında partlayış 21 nəfər yaralandı

Tehranda yaşayış binasında partlayış baş verib.

arrow Ətraflı
Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı like
  • 22 Mar 19:41  
Digərləri Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun

arrow Ətraflı
Azərbaycanda yeni doğulan körpəyə banka qoyuldu like
  • 22 Mar 19:38  
Digərləri Azərbaycanda yeni doğulan körpəyə banka qoyuldu

Azərbaycanda yeni doğulan körpəyə banka qoyulub. 

arrow Ətraflı
Bürclər ikinci yarıları ilə bu yaşda görüşürlər like
  • 22 Mar 19:29  
Digərləri Bürclər ikinci yarıları ilə bu yaşda görüşürlər

Bəlkə də hər bir insan sevgisi ilə nə vaxt qarşılaşacağını düşün�

arrow Ətraflı