Leyla Əliyeva Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılışında iştirak edib
Digərləri 11 Dek 2025 19:56:00 78 0
Dekabrın 11-də Liv Bona Dea Hospitalında Sümük iliyi nəqli mərkəzinin açılış mərasimi keçirilib.
Bu xəbəri də oxu: Bakıda səkiyə çirkab suyu axır İyrənc vəziyyət yaranıb FOTO
Son.az AZƏRTAC-a istinadən bildirir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və səhiyyə naziri Teymur Musayev iştirak ediblər.
Leyla Əliyeva əvvəlcə Heydər Əliyev Fondunun himayəsi altında xəstəxanada müalicə alan azyaşlıya baş çəkib, onun səhhəti ilə maraqlanıb, hədiyyə təqdim edib.
Sonra Sümük iliyi nəqli mərkəzinin açılışı olub.
Yeni mərkəz həm böyüklər, həm də uşaqlar üçün sümük iliyi köçürmələrini həyata keçirəcək. Məlumat verilib ki, mərkəzdə 6 xüsusi izolyasiya olunmuş palata fəaliyyət göstərir. Həmin infrastruktur illik 80 xəstənin qəbuluna və müalicəsinə imkan yaradır.
Qeyd olunub ki, hazırda xəstəxananın tərkibində 8 çarpayılıq hematologiya şöbəsi də xəstələrin ixtiyarındadır. Şöbədəki bütün palatalar müasir HEPA filtrasiyalı pozitiv təzyiq sistemi ilə təchiz olunub ki, bu da xəstələrin infeksiyalardan maksimum qorunmasını təmin edir. Kimyaterapiya preparatlarının hazırlanması biotəhlükəsizlik kabinlərində, hüceyrə toplanması isə müstəqil aferes bölməsində aparılır.
Eyni zamanda, Qan bankı eritrosit, trombosit, plazma və digər komponentlərin hazırlanması, o cümlədən qranulosit süspansiyonunun əldə olunması imkanına malikdir. Köçürmə xəstələrinin təhlükəsizliyi üçün "işınlama" və filtrləmə prosedurları mütəmadi olaraq tətbiq edilir.
Qeyd edək ki, Sümük iliyi nəqli mərkəzi Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli Qərarı ilə təsdiq edilmiş "Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı"nda dəyişiklik edilməsi haqqında Qərara əsasən verilən lisenziya əsasında açılıb.
Xatırladaq ki, sümük iliyi və kök hüceyrə köçürülməsi müxtəlif hematoloji və onkoloji xəstəliklərin müalicəsində tətbiq olunan müasir və effektiv tibbi prosedurdur. Kök hüceyrələr xəstənin özündən (avtoloji) və ya donorundan (alojenik) əldə edilərək, yüksək dozalı kimyaterapiya sonrası orqanizmə köçürülür. Məqsəd xəstə sümük iliyini sağlam hüceyrələrlə əvəz etmək və qan yaradıcılığını bərpa etməkdir. Son.az
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisad Birliyinin Hökumə
Ermənistan bütün hüquq və öhdəliklərini saxlayaraq KTMT-nin tamhüquqlu
"Time" jurnalı süni intellekt dövrünü formalaşdıran texnologiya
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəs
Azərbaycanda klassik təsviri sənət ənənələrinin yaşadılması və rəss
Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqəd
Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanuns
Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nə
Müğənni Ülviyyə Namazova şəxsi həyatı ilə bağlı açıqlaması ilə s
Binəqədi rayonu ərazisində yerləşən iki evdən oyun aparatı, təmir alə
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XI
2025-cü il dekabrın 12-dən 2026-cü il yanvarın 11-dək Moskva şəhərində
Əməkdar artist Cabir Abdullayev 60 illik yubileyinə hazırlaşır.
