“BakuBus” qadın sürücü ilə bağlı yayılan VİDEOya aydınlıq gətirdi
Digərləri 10 Dek 2025 11:47:00 50 0
Qadın sürücülərlə bağlı stereotipləri hələ tamamən adlamamış ictimaiyyətdə diqqət yenə avtobus sükanı arxasına keçən qadınlara yönəldi. Belə ki, sosial şəbəkələrdə "BakuBus"ın qadın sürücüsü ilə bağlı video yayılıb. Xanım sürücünün yüksək səslə mahnı dinləməsi izləyicilərin narazılığına səbəb olub.
Bu xəbəri də oxu: Tatlısəs əlini öpdü, reaksiyası gündəm oldu FOTO
Son.az xəbər verir ki, "BakuBus"ın MMC-dən verilən məlumata görə, sözügedən görüntülərin sürücünün fəaliyyətinə hər hansı bir aidiyyəti yoxdur. "Yayılan görüntülərə dair bildiririk ki, qeyd olunan video sərnişin tərəfindən çəkilmiş, daha sonra üzərinə musiqi əlavə edilmişdir. Məlumat üçün bildiririk ki, "BakuBus" MMC-nin istismarında olan bütün avtobuslarda təhlükəsizlik tələblərinə uyğun olaraq radio və musiqi sistemləri deaktiv edilib. Eyni zamanda, avtobusun idarə edilməsi zamanı mobil telefondan istifadə daxili intizam qaydalarına ziddir və bu hal aşkarlandıqda sürücü barəsində müvafiq intizam tədbirləri tətbiq olunur". Məlumatda həmçinin qeyd olunur ki, qadın sürücülər 24 noyabrdan etibarən fəaliyyətə başlayıb və onların ictimai nəqliyyatda fəaliyyəti cəmiyyətdə təqdirlə yanaşı maraq da doğurur. Bu səbəbdən tez-tez sərnişinlər tərəfindən videoya çəkilmələri müşahidə olunur. "Sərnişinlərdən xahiş edirik ki, avtobus hərəkətdə olarkən sürücünü videoçəkiliş etməklə diqqətini yayındırmasınlar. Bu, həm sərnişin təhlükəsizliyi, həm də nəqliyyat vasitəsinin idarə edilməsinə dair tələblərin yerinə yetirilməsi baxımından vacib hesab olunur".(Bizim.Media)
Federal Antikorrupsiya Layihəsinin rəhbəri Vitali Borodin SSRİ xalq artisti
Dekabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və part
ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarların mitinqi zamanı iqt
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da "Jo
Türkiyəli məşhur müğənni Ajda Pekkan yeni reklamın siması olub.
Sumqayıt Bulvarı ərazisindəki dairə sürücülər üçün təhlükəli vəz
2023-cü il dekabrın 27-də Bakının Nərimanov rayonunda bıçaqlanma hadisə
Almaniyanın məşhur lüks idman avtomobili istehsalçısı, "Porsche"
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Meşə Təsərr
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Yusif Mustafayevin kapitan oğlu Tərl
Telefon xəttinin o başında tanımadığınız bir nömrə. Bir toxunuşla aç
Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Q
