Bakıda yeni kameralar: yerə zibil atanlar
Digərləri 22 Mar 2025 17:12:00 81 0
Üztanıma kameraları xüsusilə cinayətkarlıqla mübarizədə mühüm rol oynayır. Bu kameralar əsasən parklar, küçələr və insanların sıx olduğu ərazilərdə yerləşdirilir. Üztanıma texnologiyası vasitəsilə həm də piyadaların və sürücülərin yol hərəkəti qaydalarına riayət etməsi təmin oluna bilər.
Bu xəbəri də oxu: İmperator I Pavelin əyləşdiyi taxtın üstünə çıxmışdı SAXLANILDI
Bu fikirləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı üztanıma kameraları haqqında danışarkən deyib.
O bildirib ki, üztanıma kameraları vasitəsilə piyadaların qayda pozuntularına görə məsuliyyətə cəlb olunması mümkündür:
"Nəqliyyat vasitələrinin əksəriyyəti kameralar, radarlar və patrul avtomobillərində quraşdırılmış nəzarət sistemləri vasitəsilə izlənilir ki, bu da sürücülərin qaydalara riayət etməsini təmin edir. Piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi isə ciddi problemlər yaradır. Buna görə də parklarda, küçələrdə və digər ictimai yerlərdə bu texnologiyadan nəzarət məqsədilə istifadə oluna bilər.
Məsələn, piyadaların küçəni zibilləməsi və ya digər ictimai qaydaları pozması zamanı üztanıma sistemləri vasitəsilə həmin şəxslərin kimliyi müəyyən edilərək elektron qərarlar tətbiq edilə bilər. İnsanlar küçədə necə davranmalı olduqlarını bilməlidirlər. Bu, ictimai davranış qaydalarının formalaşması baxımından çox vacibdir".
Elməddin Muradlı hesab edir ki, bunun üçün qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir:
"Qanunda olmayan bir şeyi vətəndaşa qarşı tətbiq etmək mümkün deyil və bu, düzgün də sayılmaz. Ona görə də üztanıma texnologiyalarının tətbiqi ilə bağlı konkret mexanizmlər hazırlanmalıdır".
Qeyd edək ki, hazırda respublika üzrə 4700, o cümlədən Bakı şəhərində 4200 üztanıma kamerası istifadə olunur.
"Yeşilçam" filmlərinin unudulmaz aktrisası Filiz Akın vəfat edib

Meyxanaçı Namiq Qaraçuxurlu başına gələn maraqlı hadisəni sosial media

Beynəlxalq Muğam Mərkəzində "Zəfər" Şəhid Ailələrinə Dəst

Qadın həyatının sevgisi ilə tualet kağızı şöbəsində qarşılaşıb v

Müğənni Şəbnəm Qəhrəmanova görüntüsü ilə gündəmə gəlib.

"Donald Tramp sui-qəsd cəhdi zamanı yaralananda Rusiya Prezidenti Vladim

Bərdə şəhər sakini Xəlilova Gülçin Cəfər qızı 18 mart 2025-ci il tar

Qaradağ rayonu ərazisində, Bakı Dairəvi yolda yol-nəqliyyat hadisəsi baş

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yeri

ABŞ-nın Nyu Meksiko ştatının Las Kruses şəhərindəki Yanq Parkda atışm

Azərbaycanda avtomobillərə qaz avadanlıqlarının quraşdırılması qadağa

ABŞ-də sürətlə yayılan salmonella infeksiyası səbəbilə bəzi şirniyy
