Bakıda tarixi abidəyə zərər vuruldu, yağış suyu evlərə doldu


Digərləri 06 Dek 2025 18:39:00 50 0

Bakıda tarixi abidəyə zərər vuruldu, yağış suyu evlərə doldu

Bakıda təmir zamanı tarixi abidəyə zərər vurulub.

Son.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 213 ünvanında yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş yaşayış binasının yaxınlığında 2023-cü ildə "VEST PARK" MMC tərəfindən yeni yaşayış binasının tikintisinin aparılması planlaşdırılıb.

"Tarixi abidənin yaxınlığında tikinti işləri aparılacağı üçün yeni inşa olunacaq binanın layihəsinə baxılması məqsədilə 29 avqust 2023-cü il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət ünvanlanıb.  Dövlət Xidmətinin 5 sentyabr 2023-cü il tarixli cavab məktubunda planlaşdırılan tikinti nəticəsində sözügedən tarixi abidəyə təhlükə yarana biləcəyi nəzərə alınaraq, mümkün risklərin qarşısının alınması məqsədilə sözügedən şirkətin vəsaiti hesabına tarixi binada təmir-bərpa işlərinin həyata keçirilməsi tələb olunub.

7 noyabr 2023-cü il tarixində binanın bünövrəsinin gücləndirilməsi, fasad hissəsində, daxili həyətində və dam örtüyündə təmir-bərpa işlərinin layihəsi hazırlanmış və qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıb, Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra şirkət tərəfindən bərpa işlərinə başlanılıb.

Lakin təmir-bərpa işlərinin gedişi zamanı təsdiq olunmuş layihənin tələbləri kobud şəkildə pozulub".

Əlavə olunub ki, Dövlət Xidmətinə təqdim edilərək razılaşdırılan layihədə mövcud dam örtüyünün (ruberoid) saxlanılması nəzərdə tutulduğu halda, şirkət tərəfindən həmin örtük yeni metal kirəmit tipli konstruksiya ilə əvəz edilib, damda yerləşən tüstü və havalandırma bacaları tamamilə qapadılıb və quraşdırılan əlavə konstruksiyalar binanın dayanıqlılığına əlavə təhlükə yaradıb:

"Bu səbəbdən də Dövlət Xidməti tərəfindən işlər dayandırılıb, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2025-ci il tarixli Qərarı ilə "VEST PARK" MMC təqsirli hesab edilib.

Abidənin tarixi görkəminə qaytarılması tələbinə "VEST PARK" MMC tərəfindən layihədən kənar quraşdırılmış dam örtüyü sökülüb və zədələnib. Nəticədə yağan yağış suları sakinlərin mənzillərinə dolub.

Binanın dam örtüyünün şirkət tərəfindən tezliklə təmir edilməsi üçün aidiyyəti üzrə tədbirlər görüləcək".

Köçəryan: Müharibəyə bu söz səbəb oldu like
  • 06 Dek 18:33  
Digərləri Köçəryan: Müharibəyə bu söz səbəb oldu

"Ermənistan (Baş nazir) Nikol Paşinyandan qurtulmalıdır".

arrow Ətraflı
Qarabağ erməniləri ilə bağlı like
  • 06 Dek 18:28  
Digərləri Qarabağ erməniləri ilə bağlı

Ermənistan hökuməti Qarabağdan köçən ermənilərin dövlət hesabına evl

arrow Ətraflı
Murad Dadaşov oğlunun toyuna kimlərii çağırıb? like
  • 06 Dek 18:21  
Şou-biznes Murad Dadaşov oğlunun toyuna kimlərii çağırıb?

Bu gün Xəzər TV-nin baş direktoru, Xalq artisti Murad Dadaşovun oğlu Kamal

arrow Ətraflı
Məşhur aktrisa özündən 14 yaş kiçik şəxsə ƏRƏ GETDİ: like
  • 06 Dek 18:18  
Şou-biznes Məşhur aktrisa özündən 14 yaş kiçik şəxsə ƏRƏ GETDİ:

Hollivud ulduzu, "Sex and the City" serialının Samantası Kim Ketral

arrow Ətraflı
Polis əməkdaşları Cəlilabadda yanğının qarşısını aldılar  FOTO like
  • 06 Dek 18:11  
Digərləri Polis əməkdaşları Cəlilabadda yanğının qarşısını aldılar FOTO

Cəlilabad rayonunda baş verən yanğının qarşısı polis əməkdaşları t�

arrow Ətraflı
36 dəqiqəyə iki kilo ət yedi, xəstəxanaya yerləşdirildi  FOTO like
  • 06 Dek 17:48  
Dünya 36 dəqiqəyə iki kilo ət yedi, xəstəxanaya yerləşdirildi FOTO

Böyük Britaniyada 22 yaşlı Ris Çadfild adlı şəxs qida yarışmalarında

arrow Ətraflı
Həmin aparıcılarından ikisi azadlığa buraxıldı like
  • 06 Dek 17:18  
Digərləri Həmin aparıcılarından ikisi azadlığa buraxıldı

Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan əməliyyatd

arrow Ətraflı
13 min avroluq ayaqqabını qızdan çəkinib təmirə götürmədim like
  • 06 Dek 17:03  
Digərləri 13 min avroluq ayaqqabını qızdan çəkinib təmirə götürmədim

"Vəzifəli şəxs eyni 5 cüt ayaqqabının hər gün birini geyinir ki, həmi�

arrow Ətraflı
“Mən də ərimi çimizdirirəm” like
  • 06 Dek 16:48  
Şou-biznes “Mən də ərimi çimizdirirəm”

Müğənni Kəmalə Günəşli efirdə səsləndirdiyi fikirlə sosial şəbək�

arrow Ətraflı
İcra başçısının müavini 20 il sonra İŞDƏN ÇIXDI like
  • 06 Dek 16:47  
Digərləri İcra başçısının müavini 20 il sonra İŞDƏN ÇIXDI

Samux Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev i�

arrow Ətraflı
Qorxudan göz yaşlarına boğulan PİŞİK like
  • 06 Dek 16:33  
Digərləri Qorxudan göz yaşlarına boğulan PİŞİK

Türkiyədə qeyri-adi və duyğulu bir hadisə yaşanıb.

arrow Ətraflı
"İradə İbrahimova ilə Sevdanı like
  • 06 Dek 16:25  
Şou-biznes "İradə İbrahimova ilə Sevdanı

Aparıcı və aktyor Elşən Orucov maraqlı etiraf edib.

arrow Ətraflı
"Mercedes" əyləcsiz maşın istehsalına hazırlaşır like
  • 06 Dek 16:18  
Digərləri "Mercedes" əyləcsiz maşın istehsalına hazırlaşır

Gələcək elektrokarlarda arxa əyləclər olmaya bilər.

arrow Ətraflı
Hava yenidən PİSLƏŞƏCƏK: like
  • 06 Dek 16:16  
Digərləri Hava yenidən PİSLƏŞƏCƏK:

Bakıda və Abşeron yarımadasında dekabrın 7-si axşamdan 10-u axşamadək a

arrow Ətraflı
Türkanın makiyajsız halı müzakirələr yaratdı like
  • 06 Dek 16:02  
Şou-biznes Türkanın makiyajsız halı müzakirələr yaratdı

Müğənni Türkan Vəlizadə sosial şəbəkədə yeni paylaşımı ilə diqqə

arrow Ətraflı