Mərkəzi Banka yeni səlahiyyət verildi


Digərləri 06 Dek 2025 13:33:00 68 0

Mərkəzi Banka yeni səlahiyyət verildi

"Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda"da dəyişikliklər edilib.

Son.az xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorları və banklar arasında kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar üzrə məlumatların ötürülməsi, emalı və klirinqi Mərkəzi Bank tərəfindən həyata keçiriləcək.

Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu Ani ödənişlər sistemi (bundan sonra - AÖS) vasitəsilə həyata keçiriləcək.

Fiziki şəxslərin ölkədaxili ödəniş xidməti təchizatçılararası milli valyutada pul vəsaitlərinin köçürülməsi Mərkəzi Bankın operatoru olduğu AÖS-dən fərqli ödəniş sistemi vasitəsilə həyata keçirilə bilər, bu şərtlə ki, həmin əməliyyatların AÖS vasitəsilə həyata keçirilməsi mümkün olmasın.

AZQR kod təchizatçısı ödəyicini AZQR kodun oxunması funksionallığı və xidmət göstərdiyi təsərrüfat subyektini QR kodla ödənişlərin qəbul edilməsi imkanı ilə təmin edəcək.

Ödəniş xidməti istifadəçisinin alınan yazılı razılığına əsasən təchizatçı ödəniş alətinin fiziki olaraq ödəniş xidməti istifadəçisinə çatdırılması zamanı üçüncü şəxslərin xidmətlərindən istifadə edə biləcək.

Kredit köçürməsi üzrə ödəniş sərəncamında azı aşağıdakılar olmalıdır:

ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda)); vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması (məlum olduqda) və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda)); ödəyici və vəsait alanın hesab nömrəsi; ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu; ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası; ödəniş sərəncamının verildiyi tarix; ödənişin təyinatı; ödənişlə əlaqədar əlavə məlumat (olduqda); büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişlərində); ödəyicinin imzası(ları) və möhür (olduqda).

Birbaşa debitləşmə üzrə ödəniş sərəncamında ən azı aşağıdakılar olmalıdır:

vəsait alanın adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (köçürmə sahibkarlıq fəaliyyəti ilə bağlı olduqda), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş vergi ödəyicisi olduqda)); ödəyicinin adı (fiziki şəxsin adı, soyadı, atasının adı (şəxsiyyəti təsdiq edən sənəddə müəyyən olunduqda) və VÖEN-i (məlum olduqda)), hüquqi şəxsin adı, təşkilati hüquqi forması və VÖEN-i (olduqda)); vəsait alanın və ödəyicinin hesab nömrəsi; ödəyici və vəsait alanın təchizatçılarının, həmçinin vasitəçi təchizatçısının (olduqda) adı, kodu, VÖEN-i, hesab nömrəsi, S.W.I.F.T kodu; ödənişin məbləği (rəqəm və yazı ilə) və valyutası; ödəniş sərəncamının verildiyi tarix; ödənişin təyinatı; ödənişlə əlaqədar əlavə məlumat (olduqda); büdcə təsnifatının və büdcə səviyyəsinin kodları (büdcə ödənişləri olduqda; vəsait alanın imzası(ları) və möhürü (olduqda).

Qalıq dəyərinin nağd qaytarılması bir təqvim ayı ərzində 50 (əlli) manatdan və ya onun ekvivalentində xarici valyutadan çox olmamaq şərtilə "Kredit təşkilatları, ödəniş təşkilatları və elektron pul təşkilatlarında kassa əməliyyatlarının aparılması, nağd pul və digər qiymətlilərin saxlanması və inkassasiyası Qaydası"nın tələblərinə uyğun olaraq həyata keçiriləcək.

Məlumat üçün bildirək ki, qərar noyabrın 12-də qəbul edilib, dekabrın 3-də Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib, dekabrın 4-də qüvvəyə minib.

"Məktəb psixoloqlarının növbəti ildən sertifikasiyası aparılmalıdır" like
  • 06 Dek 13:30  
Digərləri "Məktəb psixoloqlarının növbəti ildən sertifikasiyası aparılmalıdır"

"Elm və Təhsil Nazirliyinə bir daha səslənirəm ki, məktəb psixoloql

arrow Ətraflı
İlin ən yaxşı maşınları müəyyənləşdi   Gözlənilməz nəticələr  SİYAHI like
  • 06 Dek 13:25  
Digərləri İlin ən yaxşı maşınları müəyyənləşdi Gözlənilməz nəticələr SİYAHI

"Consumer Reports"un reytinqinə görə ən yaxşı və ən pis avtom

arrow Ətraflı
“2 estetiksiz müğənni var: Təranə, biri də mən” like
  • 06 Dek 13:14  
Şou-biznes “2 estetiksiz müğənni var: Təranə, biri də mən”

Müğənni Afət Fərmanqızı sosial şəbəkədə səsləndirdiyi fikirlərlə

arrow Ətraflı
Türkiyədə avtobusla yük maşını toqquşdu  Çox sayda ölü və yaralı var like
  • 06 Dek 13:09  
Digərləri Türkiyədə avtobusla yük maşını toqquşdu Çox sayda ölü və yaralı var

Türkiyənin Osmaniye vilayətində sərnişin avtobusu ilə yük maşını toqq

arrow Ətraflı
Evdə "xəyanət" səhnələşdirib, kişini soydular like
  • 06 Dek 13:00  
Dünya Evdə "xəyanət" səhnələşdirib, kişini soydular

Sosial mediadan tanış olduqları kişini döyüb, söyən sevgililər saxlan

arrow Ətraflı
Azərbaycanda müəllim vəfat etdi like
  • 06 Dek 12:40  
Digərləri Azərbaycanda müəllim vəfat etdi

Xudat şəhəri Kərim Məhərrəmov adına 3 nömrəli tam orta məktəbin ibti

arrow Ətraflı
İstirahət günü hava necə olacaq? like
  • 06 Dek 12:37  
Digərləri İstirahət günü hava necə olacaq?

Dekabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkə

arrow Ətraflı
Bakıda hotelin qarajında iki maşın yandı like
  • 06 Dek 12:34  
Digərləri Bakıda hotelin qarajında iki maşın yandı

Bakı şəhərinin Nizami rayonunda yanğın olub.

arrow Ətraflı
Neftimiz bahalaşdı like
  • 06 Dek 12:14  
Digərləri Neftimiz bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ba

arrow Ətraflı
Bakıda 4045 manata satılan mallar Çində 1 dollardır  ARAŞDIRMA like
  • 06 Dek 12:00  
Digərləri Bakıda 4045 manata satılan mallar Çində 1 dollardır ARAŞDIRMA

Ölkəmizdə "böyük endirim" adı ilə satılan tekstil məhsulları

arrow Ətraflı
Kartof yükündə gizlədilən külli miqdarda dərman gömrükdə aşkarlandı like
  • 06 Dek 11:55  
Digərləri Kartof yükündə gizlədilən külli miqdarda dərman gömrükdə aşkarlandı

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf M

arrow Ətraflı
Zelenski onu vəzifələrindən uzaqlaşdırdı like
  • 06 Dek 11:44  
Dünya Zelenski onu vəzifələrindən uzaqlaşdırdı

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Milli Təhlükəsizlik və Müda

arrow Ətraflı
Polis əməliyyatlar keçirdi like
  • 06 Dek 11:42  
Kriminal Polis əməliyyatlar keçirdi

Dekabrın 5-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən b

arrow Ətraflı