“Qızımın toyuna o müğənninin sifarişi ilə gəlmədilər”
Şou-biznes 06 Dek 2025 11:29:00 52 0
"Demişdi ki, Təranənin qızın toyuna getsəniz, mənimlə daha danışma"
Bu xəbəri də oxu: "Qızımın toyu olandan yanına getməmişəm, zəngini açmamışam"
Müğənni Təranə Qumral "Öz Aramızda" verilişində illərdir davam edən küsülülük mövzularına aydınlıq gətirib və sənət camiəsində yaşanan "oyunlar"dan danışıb.
Son.az-ın məlumatına görə, sənətçi bildirib ki, 12 il əvvəl qızının toyuna bəzi tanınmış həmkarları xüsusi sifariş əsasında gəlməyiblər:
"İkinci qızımıza toy edəndə bir neçə xanım və bəzi kişi müğənniləri dəvət etmişdim. Gördüm ki, gəlmədilər. Səbəbini soruşanda dedilər ki, filan müğənni söyləyib: 'Təranənin qızının toyuna getsən, səninlə işim bitdi'. Siz gəlmədiniz, mənim qızım xoşbəxt olmadı? Maşallah, iki oğlu, gözəl ailəsi var".
Təranə Qumral həmin dövrdə yaşananlara görə heç kimə kin saxlamadığını vurğulayıb:
"O müğənni mənim üçün maraqlı deyil. Heç kimi düşmən bilmirəm, qəlbimə salmıram. Kim nə düşünürsə, özü bilər. Mən özümü saf, təmiz saxlayıram, qurdlu, eybəcər insanları ora salmıram".
Sənətçi əlavə edib ki, illər əvvəl toya gəlməyən insanların bu gün dəvət edilsələr, gələcəklər:
"O zaman toya gəlməyənlərin düşüncələri başqa idi, bu gün çağırsam, hamısı gələcək. Bu camiədə yaltaqlıq çoxdur".
Müğənninin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa Son.az
Çində səfərdə olan Fransa Prezidenti Emmanuel Makron tələbələrlə gör�
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda keçirilən 2026 FIFA Dünya Kubokunun
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikası üzrə ümumilikdə
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.
Azərbaycanda iqtisadi artım 2029-cu ilə kimi 2% civarında olacaq.
Bakı ilk dəfə olaraq D-8 Gənclər Dialoquna ev sahibliyi edir.
"Azərbaycan manatın ABŞ dollarına qarşı məzənnəsini 1,7 səviyyəs
"Sürücülərin yuxulu və ya yorğun vəziyyətdə yola çıxması ağır
"Bentley" ABŞ-də 130 ədəd "Bentayga Hybrid" modelini ger
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Cəmiyyətdə özəl pensiya fondlarının yaradılması ilə bağlı müzakirə
Uzun müddətdir ekranlarda görünməyən müğənni Türkan Vəlizadə sosial
Rusiyanın Kamçatka bölgəsində 5 bal gücündə zəlzələ baş verib.
Ağ paltarlar zaman keçdikcə bozara, sarala və əvvəlki parlaqlığını iti
Xalq artisti Röya Ayxan bu ilin avqustunda vəfat edən atası Yaqub Nəcəfovu
