Ticarət mərkəzləri, restoranlar niyə "dolub daşır"?
Digərləri 04 Dek 2025 10:00:00 70 0
Dünyada çətin vəziyyət yaşanır. 2026-cı ildə iqtisadi vəziyyətin daha da çətinləşəcəyi ehtimal olunur. Bir sıra ölkələrdə yaranan böhran vəziyyətinin Azərbaycana necə təsir edəcəyi hələlik məlum deyil.
Bu xəbəri də oxu: Azərbaycanda bayram günlərinin sayı artırıldı
Lakin, çətinliklərə baxmayaraq bütün dünyada restoranlar, ticarət mərkəzləri, telefon mağazaları "ağzına kimi doludur". Demək olar ki, hər 10 nəfərdən 8-nin əlində "iPhone" var. Yay tətilini hamı xarici ölkədə keçirməyə can atır.
Çoxları bu halı rifah göstəricisi hesab etsə də, əslində əlaqəsi yoxdur. Əksinə, böhran vəziyyətlərində yaranan vəziyyətlərdən biridir. Belə ki, iqtisadiyyatda "lipstick" effekti adlandırılan anlayış var. İngilis dilindən tərcümədə dodaq boyası mənasını verən bu anlayış məhz yaranmış belə vəziyyətləri təcəssüm etdirir.
"Lipstick" effekti iqtisadiyyatda müşahidə edilən davranış modelidir. Bu anlayış insanların çətin dövrlərdə böyük xərclərdən (ev, maşın ) qaçıb daha kiçik və sərfəli məhsullara üstünlük verməsini izah edir. Yəni ümumi iqtisadi vəziyyət zəifləyəndə insanlar özlərini daha yaxşı hiss etmək üçün bahalı olmayan lakin zövq verən kiçik alışlar edirlər.
Bu fenomen adını dodaq boyasından alır. Çünki iqtisadi çətinlik dövrlərində belə kosmetik məhsullara, xüsusilə də dodaq boyasına tələbatın azalmadığı müşahidə olunub. İnsanlar daha baha məhsullar əvəzinə özlərini sevindirmək üçün daha əlçatan seçimlər edir və bunu psixoloji rahatlıq vasitəsi kimi istifadə edirlər.
"Lipstick" effekti istehlak vərdişlərinin yalnız maddi imkanlarla deyil emosional ehtiyaclarla da əlaqəli olduğunu göstərir. Bu səbəbdən iqtisadçılar bu effekti insanların motivasiyasını anlamaq üçün mühüm bir göstərici kimi qiymətləndirir. Bu model həm də böhran dövrlərində hansı sektorların daha dayanıqlı ola biləcəyini göstərməsi ilə diqqət çəkir.
İsmayıl Son.az
Xəbərə aid video
Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) son hesabatına
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətin
Aparıcı Elgiz Əkbərin evindən görüntülərlər diqqət çəkib.
Şəmkirdə mikroavtobus su kanalına aşıb.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Gündəlik istifadədə ən zərərsiz görünən məhsullardan biri hesab edil�
Mərdəkan qəsəbəsinin bir hissəsində yenidənqurma işləri ilə əlaqəda
Dekabrın 5-də baş verəcək Tam Ay bir neçə bürc üçün xoş maliyyə sü
Məşhur müğənni Sinan Akçıl Burcu Kıratlı ilə boşanma müddəti ilə
Aparıcı Kamilə Babayeva həyat yoldaşı İbrahim Rzabəyovdan danışıb.
Mütəxəssislər bildirirlər ki, gündəlik qidalanmada soğanın istifadəsi
Qulançar (asparagus) yüksək qidalılıq dəyəri və sağlamlığa müsbət t
Ürək yanması yaşayan insanların suyu necə içməli olduğu ilə bağlı qa
Alkoqollu içkilərin sağlamlığa təsiri ilə bağlı aparılan son araşdır
