Azərbaycanda kişi namaza görə arvadını döyüb dişlərini sındırdı
Digərləri 02 Dek 2025 16:26:00 86 0
Abşeronda kişi dini mübahisə zamanı arvadına xəsarət yetirib.
Bu xəbəri də oxu: Baş nazirdən XİNlə bağlı qərar
Son.az lent.az-a istinadla xəbər verir ki, Abşeron rayonunda 36 yaşlı Ümid Əzizov yaşadığı evdə arvadı ilə dini inanclar üzərində yaranan mübahisə zamanı qadına zor tətbiq edib. Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində baş verib.
Ümid Əzizov yumruq, sillə və təpiklə arvadına müxtəlif xəsarətlər yetirib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) üzrə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində deyib ki, üç övladı var və aralarında əvvəllər də mübahisələr olub:
"Səhər saat 4-də evə gəlib gördüm ki, uşaqlar yatıb amma arvadım yoxdur. Əsəbiləşdim. Evdən çıxdım və günorta yenidən qayıtdım. Evdə arvadımla mübahisəmiz düşdü. O, dini ad altında dələduzlara qoşulub və onu yolundan geri döndərməyə çalışırdım. Mübahisə zamanı o, üstümə qışqırdı. Mən də əsəbiləşib sifətinə təpiklə zərbə vurdum. Nəticədə dişləri sındı".
Ümid Əzizov əməlindən peşman olduğunu və dəfələrlə barışmaq istədiyini, lakin mümkün olmadığını bildirib. O, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib.
Zərərçəkən qadın isə deyib ki, həmin gün əvvəlcə pul üzərində mübahisə baş verib, sonradan dini inanclar mövzusunda yenidən qarşıdurma yaşanıb:
"Günorta yenə aramızda pul və dini görüşlərim üstündə mübahisə düşdü. Ərim deyirdi ki, namaz qılma. Mən qılacam deyəndə, o, üstümə gəlib sən kimsən deyə qışqırdı və məni vurmağa başladı. Zərbələrdən aşağı əyiləndə təpiklə ağzıma vurdu, dişlərim sındı. Hadisə barədə baldızıma məlumat verdim. O da Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək müraciət etdi".
Zərərçəkən əlavə edib ki, ərilə barışmayıb və onun barəsində qanunvericiliyə uyğun tədbir görülməsini tələb edir.
Abşeron rayon Məhkəməsi Ümid Əzizov barəsində altı ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verib.
Azərbaycanın bəzi yerlərində dekabrın 2-si saat 16:00-a olan məlumata əs
Noyabrın 21-də telefon danışığı zamanı ABŞ prezidenti Donald Tramp Vene
Tanınmış sənətçi İbrahim Borçalı qonaq olduğu "Rəngarəng"
Bu ilin qəbul və buraxılış imtahanlarının fevral ayında keçiriləcəyi
Biz deyirik ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pens
Rusiyanın Kamçatka yarımadasında 5,6 bal gücündə zəlzələ qeydə alın�
Qarşıdan Yeni il bayramı gəlir. Bu bayramın əsas simvollarından biri isə
Circus Sea Breeze bu qış mövsümündə tamaşaçılara tamamilə yeni formatd
Türkiyənin "Emmi" mükafatlı aktyoru Haluk Bilginerin aktyor Feyyaz
Bəzi qaçqın və məcbur köçkün şagirdlərinə pulsuz önü bağlanılan c
Son günlər Azərbaycanda yumurtanın bahalaşması ilə bağlı xəbərlər ya
Xanəndə Cahangir Zeynalov canlı yayımdakı çətin anları ilə diqqət çə
Türkiyənin hibrid mühərrikli peyki - "FGN-TUG-S01" ABŞ-nin Vanden
Sürücülərin yorğun, yuxusuz halda avtomobil idarə etməsi yol-nəqliyyat h
