Təcrübəçi maaş almalıdır?


Digərləri 21 Mar 2025 18:03:00 51 0

Təcrübəçi maaş almalıdır?

Son illər müxtəlif vəzifələr üzrə təcrübəçi tələb olunduğu elanlarla çoxu qarşılaşır. Müşahidələr göstərir ki, bilik və bacarıqla bağlı tələblərə görə iş elanlarından çox da fərqlənməyən belə elanlarda qarşı tərəfə əksər hallarda təcrübə keçməsi barədə sertifikat və ya nəqliyyat, qidalanma xərclərinin ödənilməsi vəd edilir. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki,  belə hallarda faktiki olaraq müəssisəyə təcrübəçi kimi cəlb edilən şəxs müəyyən işlərin görülməsinə səfərbər olunur. Başqa sözlə, təcrübəçi olmaq pul almadan işləmək üçün əsasa çevrilir. 

Bəs müəssisəyə cəlb edilən təcrübəçiyə əməkhaqqı ödənilməməsi qanunidirmi?

Nazirlər Kabinetinin təsdiq etdiyi "İş yerində təcrübə müqaviləsinin Nümunəvi Forması"nda bildirilir ki, təhsilalanla işəgötürən arasında təcrübə dövrü üçün sınaq müddəti müəyyən edilmədən müddətli əmək müqaviləsi bağlanılır. Təhsilalana onun ixtisasına uyğun yerinə yetirdiyi iş və xidmətlərə görə aylıq iş vaxtı norması tam işlənildikdə, işəgötürən tərəfindən minimum aylıq əməkhaqqından (400 manat) az olmamaq şərtilə əməkhaqqı ödənilir.  

Təcrübəçinin, həmçinin aşağıda göstərilən hüquqları var:

- İş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqı almaq və ya onun verilməsini tələb etmək;

- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri (xidmətləri) yerinə yetirməkdən imtina etmək, belə işləri (xidmətləri) icra etdikdə isə müvafiq əlavə əməkhaqqının verilməsini tələb etmək;

-  Sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən istifadə etmək.

İşəgötürən, onu həmçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta etməlidir.

"Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə deyir ki, Nazirlər Kabinetinin sözügedən qərarından irəli gələn tələbləri praktik olaraq tətbiq etmək mümkün olmur.

Hüquqşünas məsələni saytımıza şərh edərkən bildirib ki, bəzi universitetlər vəsait köçürsə də, müəssisələrdə ştatların sayı təhsilalanlarla əmək müqaviləsi bağlanılmasına imkan vermir: "Büdcə təşkilatlarında bunu etmək çox çətin olur. Xüsusən ştatları Nazirlər Kabineti tərəfindən təsdiq edilən dövlət orqanlarında bunu etmək praktiki baxımdan mümkün olmur. Buna görə də əksər hallarda təcrübəçini qəbul edən müəssisələr onlara ödəniş etməkdən imtina edirlər".

Müsahibimiz təcrübəçilərə ödəniş edən müəssisələrin də olduğunu desə də, bunun çox az hallarda baş verdiyini qeyd edir. Ancaq bu, o demək deyil ki, təcrübəçiyə əməkhaqqı ödənilməməlidir. Söhbət ondan gedir ki, işəgötürən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməmişdən əvvəl onlarla əmək müqaviləsi bağlamalıdır. Əks təqdirdə İnzibati Xətalar Məcəlləsinə əsasən, işəgötürən fiziki şəxsdirsə, 1000 manatdan 2000 manatadək, vəzifəli şəxsdirsə 3000 manatdan 5000 manatadək, hüquqi şəxs olduqda isə 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə nəzərdə tutulub. 

Təcrübəçi ilə əməkhaqqı ödənilməməsini nəzərdə tutan müqavilə bağlanması da mümkün deyil. Qanunvericiliyə görə, əmək müqavilələrində əməkhaqqı məbləği minimum əməkhaqqından az olmamalıdır. Bu həddən aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə dərc olunub.

Qar uçqununa düşən hərbçilərimizin meyitləri TAPILDI  FOTO like
  • 21 Mar 17:57  
Digərləri Qar uçqununa düşən hərbçilərimizin meyitləri TAPILDI FOTO

Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb.

arrow Ətraflı
Xamenei: “Ağır sillə vurulacaq” like
  • 21 Mar 17:52  
Digərləri Xamenei: “Ağır sillə vurulacaq”

"İran öz xalqına pislik edən hər kəsə "ağır sillə" vura

arrow Ətraflı
İmamoğlunun ifadəsi alındı like
  • 21 Mar 17:43  
Digərləri İmamoğlunun ifadəsi alındı

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan terrorizm v

arrow Ətraflı
Havaya qalxan kimi ildırım vurdu like
  • 21 Mar 17:40  
Dünya Havaya qalxan kimi ildırım vurdu

Yaponiyada Japan Air Commuter (JAC) təyyarəsini havaya qalxdıqdan dərhal son

arrow Ətraflı
Əməkdar artist ilk dəfə ölən qızından danışıb KÖVRƏLDİ  VİDEO like
  • 21 Mar 17:26  
Şou-biznes Əməkdar artist ilk dəfə ölən qızından danışıb KÖVRƏLDİ VİDEO

Əməkdar artist Zakir Əliyev ilk dəfə dünyasını dəyişən qızından dan

arrow Ətraflı
Külək Bakıda ağacları aşırdı like
  • 21 Mar 17:15  
Digərləri Külək Bakıda ağacları aşırdı

Martın 19-dan 20-nə keçən gecə güclü külək nəticəsində paytaxtda 12

arrow Ətraflı
8 dəqiqəlik ölmüşdü, elə şeylər DANIŞDI Kİ... like
  • 21 Mar 17:07  
Digərləri 8 dəqiqəlik ölmüşdü, elə şeylər DANIŞDI Kİ...

Nottingemdən (Böyük Britaniya) olan 85 yaşlı Deyv Sinqlton klinik ölüm t�

arrow Ətraflı
1 milyona “VAZ2105” SATILIR  FOTO like
  • 21 Mar 17:01  
Digərləri 1 milyona “VAZ2105” SATILIR FOTO

Rusiyada bir milyon rubla (təxminən 20 min manat) "VAZ-2105" satış

arrow Ətraflı
"Böyük oğlum olsaydı, Aygün Bayramovanı alardım"  VİDEO like
  • 21 Mar 16:55  
Şou-biznes "Böyük oğlum olsaydı, Aygün Bayramovanı alardım" VİDEO

Müğənni Xatirə İslam "Afaqla 10lar" verilişinin qonağı olub.

arrow Ətraflı
Dövlət Simfonik Orkestrinin Novruz bayramına həsr olunmuş konserti baş tutub  FOTO like
  • 21 Mar 16:48  
Kriminal Dövlət Simfonik Orkestrinin Novruz bayramına həsr olunmuş konserti baş tutub FOTO

Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin Novruz bayramın

arrow Ətraflı
Qızıl unitaz oğurlandı: dəyəri 5 milyondan çox  FOTO like
  • 21 Mar 16:20  
Digərləri Qızıl unitaz oğurlandı: dəyəri 5 milyondan çox FOTO

İngiltərədə yerləşən Blenheim Sarayında nümayiş etdirilən 4,8 milyon

arrow Ətraflı
Paşinyan sülh sazişinə Bakıda imza atacaq? like
  • 21 Mar 15:58  
Digərləri Paşinyan sülh sazişinə Bakıda imza atacaq?

Məndə olan məlumata görə, Paşinyanın Bakıya getməsi və sülh müqavil�

arrow Ətraflı
Aysun: "Gedirsə də, qapılar açıqdır, yaxşı yol!" like
  • 21 Mar 15:47  
Şou-biznes Aysun: "Gedirsə də, qapılar açıqdır, yaxşı yol!"

"O qədər zəif qadın deyiləm ki, kimisə məndən artıq tutub..."

arrow Ətraflı
Kobaxidze azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib like
  • 21 Mar 15:41  
Digərləri Kobaxidze azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze azərbaycanlı soydaşlarımızı v

arrow Ətraflı