Əfqanıstanda yüksək vəzifəyə təyin olunan azərbaycanlı KİMDİR?


Dünya 21 Mar 2025 15:30:00 61 0

Əfqanıstanda yüksək vəzifəyə təyin olunan azərbaycanlı KİMDİR?

Həmvətənimiz Namiq Heydərov Əfqanıstanın Yardım və İnkişaf Koordinasiyası Agentliyinə (ACBAR) rəhbərlik edəcək.

ACBAR, 1988-ci ildən Pakistanın Pişəvar şəhərində, Pakistan-Əfqanıstan sərhədində əfqan qaçqınları ilə çalışan QHT-lərin təşəbbüsü ilə humanitar yardım və xidmətlərin koordinasiyasını təmin etmək məqsədilə yaradılıb və 203 beynəlxalq və yerli QHT-ni bir araya gətirən agentlikdir. Özünün 35 illik təcrübəsinə əsaslanaraq əfqan xalqının rifahı və inkişafı naminə müxtəlif beynəlxalq və yerli QHT-lər, eləcə də dövlət orqanları arasında əməkdaşlığı effektiv şəkildə koordinasiya edir. 2002-ci ildən ACBAR-ın baş bürosu Əfqanıstanın paytaxtı Kabildədir və hazırda təşkilat ölkənin yeddi vilayətində fəaliyyət göstərir, yaxın gələcəkdə isə daha da genişlənməyi planlaşdırır.

ACBAR-ın ali orqanı Ümumi Assambleyadır ki, bu da bütün üzvlərin iştirakını təmin edir, təşkilatın inklüzivlik və əməkdaşlıq prinsiplərinə sadiq olduğunu nümayiş etdirir, demokratik idarəetmə strukturunda fəaliyyət göstərir.

Bir qədər də Agentliyin yeni təyin edilmiş rəhbəri, həmvətənlimiz Namiq Heydərov haqda.

Namiq Heydərov beynəlxalq inkişaf, humanitar yardım, diplomatiya və terrorizmə qarşı mübarizə sahəsində yüksək ixtisaslı mütəxəssisdir. O, Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında beynəlxalq münasibətlər üzrə PhD dərəcəsi alıb və Harvard Universitetində əlavə akademik hazırlıq keçib. Karyerası ərzində BMT və aparıcı beynəlxalq qeyri-hökumət təşkilatlarında rəhbər vəzifələrdə çalışıb, İranda, Əfqanıstanda, Pakistanda, Mərkəzi Asiya və Yaxın Şərqdə əsas humanitar və inkişaf proqramlarını idarə edib. O, bölgədə yüksək səviyyəli siyasi danışıqlarda fəal iştirak edib, strateji təşəbbüslər və diplomatik proseslərə töhfələr verib. Terrorizmə qarşı mübarizə üzrə mütəxəssis olan N.Heydərov BMT-nin "Əl-Qaida" və İŞİD fəaliyyəti üzrə ən məlumatlı mütəxəssislərindən biri hesab olunur.

O, terrorizmə qarşı mübarizə, radikalizmin qarşısının alınması və təhlükəsizlik strategiyalarının hazırlanması sahəsində dövlət orqanları, beynəlxalq təşkilatlar və təhlükəsizlik strukturları ilə sıx əməkdaşlıq edib. Böhran idarəetməsi, diplomatik danışıqlar və tərəfdaşlıq əlaqələrinin yaradılması sahəsində əhəmiyyətli təcrübəyə malik olan Namiq Heydərov, mürəkkəb beynəlxalq şəraitdə effektiv fəaliyyət göstərir. Azərbaycan, rus, ingilis, fars və türk dillərini bilməsi, ona müxtəlif geosiyasi kontekstlərdə uğurla çalışmaq imkanı yaradır. / Globalinfo.az

"Yarım milyon fələstinlini qəbul etməyə hazırıq" like
  • 21 Mar 15:25  
Dünya "Yarım milyon fələstinlini qəbul etməyə hazırıq"

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin Donald Trampın təşəbbü

arrow Ətraflı
Ödənişli yolda qəza  FOTO like
  • 21 Mar 15:24  
Digərləri Ödənişli yolda qəza FOTO

Yük avtomobili dəmir lövhəyə çırpılılıb.

arrow Ətraflı
Vəfat edən anasının FOTOlarını paylaşıb bunları yazdı like
  • 21 Mar 14:41  
Şou-biznes Vəfat edən anasının FOTOlarını paylaşıb bunları yazdı

Rəqqasə Sevda Sanəliyeva anası ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Türkiyənin 2 şəhərində aksiyalara like
  • 21 Mar 14:38  
Digərləri Türkiyənin 2 şəhərində aksiyalara

Ankara və İzmirdə də aksiyalara qadağa qoyulub.

arrow Ətraflı
Elxan Məmmədli vəfat etdi  FOTO like
  • 21 Mar 14:31  
Digərləri Elxan Məmmədli vəfat etdi FOTO

AMEA Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədli uzun sürən xəstə

arrow Ətraflı
İranda da güclü zəlzələ oldu like
  • 21 Mar 14:27  
Digərləri İranda da güclü zəlzələ oldu

İranda 4,8 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı
13 ildən sonra yenidən Dəməşqdə səfirlik açdılar like
  • 21 Mar 14:08  
Dünya 13 ildən sonra yenidən Dəməşqdə səfirlik açdılar

Almaniya 13 ildən sonra Dəməşqdəki səfirliyini yenidən açır.

arrow Ətraflı
Bakıda satılan paxlavanın qiyməti DODAQ UÇUQLATDI like
  • 21 Mar 13:46  
Digərləri Bakıda satılan paxlavanın qiyməti DODAQ UÇUQLATDI

Novruz bayramı ilə əlaqədar hazırda milli şirniyyatlarımız gündəmdir.

arrow Ətraflı
Moskvada məşhur türk aktyora evlilik təklifi  FOTO like
  • 21 Mar 13:35  
Şou-biznes Moskvada məşhur türk aktyora evlilik təklifi FOTO

Türk kinosunun məşhur ulduzu Can Yaman Rusiyanın paytaxtı Moskva şəhərin

arrow Ətraflı
Bu BÜRCÜN arzuları həmişə gerçəkləşir like
  • 21 Mar 13:25  
Digərləri Bu BÜRCÜN arzuları həmişə gerçəkləşir

Ezoterik ekspertlər təkid edirlər ki, bürc dairəsinin bütün nümayəndəl

arrow Ətraflı
İmamoğlunun kadrı tutuldu  qaçmaq istəyirdi like
  • 21 Mar 13:24  
Digərləri İmamoğlunun kadrı tutuldu qaçmaq istəyirdi

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) yönəlik terror və korrupsi

arrow Ətraflı
Ermənistanda güclü ZƏLZƏLƏ like
  • 21 Mar 13:23  
Digərləri Ermənistanda güclü ZƏLZƏLƏ

Martın 20-də səhər saatlarında Ermənistanın Lori vilayətində 3.7 maqnit

arrow Ətraflı
"Azərbaycanlılarla birgə yaşamaq istəmədik" like
  • 21 Mar 13:15  
Digərləri "Azərbaycanlılarla birgə yaşamaq istəmədik"

Azərbaycan Ordusunun Qarabağda bir günlük anti-terror əməliyyatından sonr

arrow Ətraflı