“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”


Digərləri 26 Noy 2025 15:13:00 42 0

“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

İki Azərbaycan və bir Türkiyə vətəndaşının 7 aydan çoxdur əsassız ittihamlarla Ukraynada saxlanıldığı deyilir. 

Son.az xəbər verir ki, bu barədə "qafqazino"ya həbs olunan şəxslərdən birinin qohumu müraciət edib.

Adının çəkilməyini istəməyən şikayətçi iddia edib ki, Əmrah Cəfərzadə, Vüsal Əliyev və İsa Koçar erməni əsilli qadının saxta ittihamlarına görə həbsə salınıblar. Onun sözlərinə görə, adıçəkilən şəxslərə erməni əsilli Ukrayna vətəndaşına qarşı təcavüz kimi ağır, alçaldıcı və etibar zədələyici ittiham irəli sürülüb: "Hazırda həmin şəxslər Kiyevdə Lukyanivska təcridxanasında saxlanılırlar. İttihamlara əsasən, guya həmin şəxslər narkotikin təsiri altında Anya adlı erməni qadına təcavüz ediblər. Lakin ilkin ifadələrlə sonrakı ifadələr arasında fərqlər mövcuddur. İttihamın irəli sürülməsinə baxmayaraq, cinayət işi materiallarında zərərçəkmişdə cırılmış paltar, zədə, xəsarət və ya hər hansı fiziki zorakılıq izi qeydə alınmayıb. Bununla yanaşı, tibbi sənədlərdə bədəndə təzyiq, dartılma, əzilmə və ya digər travmatik izlər aşkar olunmayıb. Hadisə baş verdiyi iddia olunan zamanda zorakılığın izlərini təsdiqləyən kriminalistik əlamətlər müəyyən edilməyib.

Bioloji sübutlar isə tamamilə yoxdur. Yəni DNA (DNK) izi aşkar edilməyib, sperm izinə rast gəlinməyib, hadisə yerindən və ya zərərçəkmişdən götürülmüş nümunələrdə hər hansı bioloji iz tapılmayıb. Eyni zamanda, kriminalistik ekspertizalar ittihamla uyğun gələn nəticə təqdim etmir".

R.Süleymanlı qeyd edib ki, hadisəni birbaşa görən və ya təsdiqləyən heç bir şahid də yoxdur: "Şahid kimi göstərilən şəxslər hadisənin təfərrüatlarını öz gözləri ilə görməyib və məlumatlar eşitmə xarakterlidir. Zərərçəkmişin ifadələri başqa heç bir obyektiv sübutla təsdiqlənmir. Narkotik və ya psixoaktiv maddə izləri yoxdur. Hadisəni təsdiq edən video-audio materiallar, müşahidə kamerası görüntüləri təqdim edilməyib. Telefon, mesaj, sosial şəbəkə və digər elektron sübutlarda ittihamla bağlantı yoxdur. Geolokasiya və ya hərəkət trayektoriyasını göstərən sübutlar təqdim edilməyib. Həmçinin zərərçəkmişin tibbi müayinəsində ittihamı dəstəkləyən nəticələr yoxdur. Ekspert rəyləri ziddiyyətlidir və cinayətin tərkibini təsdiqləmir, hadisənin baş verdiyi iddia olunan vaxt və tibbi nəticələr arasında uyğunluq yoxdur.

Yəni ittihamda qeyd olunan hadisə ssenarisini sübut edən heç bir kriminalistik, texniki və ya bioloji dəlil yoxdur. Hadisənin başvermə şəraitinə dair iddialar fərziyyələrdən ibarətdir və obyektiv sübutlarla təsdiq olunmur".

R.Süleymanlı vurğulayıb ki, hazırda adıçəkilən şəxslərin həbsdə saxlanılması ilə bağlı konsul müdafiəsi təmin edilmir.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə də sorğu ünvanlamışıq.

Tacir Şahmalıoğlunun ifasını eşidən Əminə "üz turşutdu"  özü elə oxudu ki... like
  • 26 Noy 15:07  
Şou-biznes Tacir Şahmalıoğlunun ifasını eşidən Əminə "üz turşutdu" özü elə oxudu ki...

Müğənni Tacir Şahmaloğlunun ifası zamanı diqqətlər həmkarı Əminə Ş

arrow Ətraflı
Azərbaycan və Türkiyənin opera teatrları birgə layihələr həyata keçirəcək like
  • 26 Noy 15:03  
Kriminal Azərbaycan və Türkiyənin opera teatrları birgə layihələr həyata keçirəcək

Azərbaycan və Türkiyənin opera müəssisələri arasında birgə layihələr

arrow Ətraflı
Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi  Həbs olundu like
  • 26 Noy 14:44  
Digərləri Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi Həbs olundu

Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xa

arrow Ətraflı
Türkiyədə silahlı şəxs universitet əməkdaşını girov götürdü  FOTO like
  • 26 Noy 14:41  
Digərləri Türkiyədə silahlı şəxs universitet əməkdaşını girov götürdü FOTO

Türkiyədə silahlı şəxs universitet əməkdaşını girov götürüb.

arrow Ətraflı
Rusiya hərbçi Zelenskini həbs etdi like
  • 26 Noy 14:38  
Digərləri Rusiya hərbçi Zelenskini həbs etdi

Rusiyanın Novosibirsk qarnizon hərbi məhkəməsi rüşvət işi üzrə Ukrayn

arrow Ətraflı
ATVyə bu kadrlara görə xəbərdarlıq edildi like
  • 26 Noy 14:34  
Digərləri ATVyə bu kadrlara görə xəbərdarlıq edildi

Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İ

arrow Ətraflı
"Mənzurə Musayeva Musa Musayevin arvadı olub" like
  • 26 Noy 14:27  
Şou-biznes "Mənzurə Musayeva Musa Musayevin arvadı olub"

Təranə Qumralın qızı müğənni Qumral Musayeva diqqətçəkən açıqlam

arrow Ətraflı
Tanınmış türkiyəli jurnalistə hökm oxundu like
  • 26 Noy 14:22  
Digərləri Tanınmış türkiyəli jurnalistə hökm oxundu

Tanınmış türkiyəli jurnalist Fatih Altaylı barəsində məhkəmə hökmü

arrow Ətraflı
Robertdən bizə qalan miras like
  • 26 Noy 13:50  
Digərləri Robertdən bizə qalan miras

Sənaye İnqilabının alovları dünyanı dəyişdirməyə başladığı 1800-c

arrow Ətraflı
"Yaprak dökümü"ndəki ev xarabalığa çevrildi  VİDEO  FOTO like
  • 26 Noy 13:43  
Şou-biznes "Yaprak dökümü"ndəki ev xarabalığa çevrildi VİDEO FOTO

Bir zamanların reytinqli serialı "Yaprak dökümü"ndəki ev artıq

arrow Ətraflı
Xalq artisti dələduzluqla üzləşdi  Kapital Bankdan AÇIQLAMA like
  • 26 Noy 13:37  
Şou-biznes Xalq artisti dələduzluqla üzləşdi Kapital Bankdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son zamanlar insanları müxtəlif yollarla aldadaraq o

arrow Ətraflı
Papa sabah Ərdoğanla görüşəcək like
  • 26 Noy 13:30  
Digərləri Papa sabah Ərdoğanla görüşəcək

Katolik Kilsəsinin mənəvi lideri Papa Leo XIV sabah Türkiyəyə ilk beynəlx

arrow Ətraflı
AFEN plazadakı partlayışda yaralananların vəziyyəti AÇIQLANDI like
  • 26 Noy 13:18  
Digərləri AFEN plazadakı partlayışda yaralananların vəziyyəti AÇIQLANDI

Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində partlay�

arrow Ətraflı